Kontentə keç

Mündəricatı göstər

DƏRS 32

Allahın Padşahlığı artıq hakimiyyət sürür!

Allahın Padşahlığı artıq hakimiyyət sürür!

Allahın Padşahlığı 1914-cü ildən etibarən göydə hakimiyyət sürür. Elə həmin ildən insan hakimiyyətinin son günləri başlayıb. Bunu haradan bilirik? Gəlin görək Müqəddəs Kitabda bu barədə qabaqcadan nə deyilmişdi, o cümlədən 1914-cü ildən bəri dünyada hansı hadisələr baş verir və insanlar necə olub.

1. Müqəddəs Kitabda qabaqcadan nə deyilmişdi?

Dənyal kitabında deyilmişdi ki, Allahın Padşahlığı yeddi dövrün sonunda hakimiyyət sürməyə başlayacaq (Dənyal 4:16, 17). Əsrlər sonra İsa Məsih həmin yeddi dövrü «xalqlara verilən vaxt» adlandırmışdı və bu dövrün hələ bitmədiyini bildirmişdi (Luka 21:24). Bu fəsildə görəcəyik ki, yeddi dövr 1914-cü ildə bitib.

2. Dünyada 1914-cü ildən bəri hansı hadisələr baş verir və insanlar necə olub?

İsanın şagirdləri ona belə sual vermişdilər: «Sənin hüzuruna və o dövrün yekununa əlamət nə olacaq?» (Mətta 24:3). İsa da onlara Allahın Padşahlığında taxta oturandan sonra baş verəcək hadisələri sadalamışdı. Müharibələrin, qıtlığın, zəlzələlərin və s. hadisələrin olacağını demişdi. (Mətta 24:7 ayəsini oxuyun.) Müqəddəs Kitabda həmçinin qabaqcadan deyilmişdi ki, insanların xasiyyətinə görə axırzamanda həyat son dərəcə çətin olacaq (2 Timutiyə 3:1—5). 1914-cü ildən həm bu hadisələr, həm də bu xasiyyətdə olan insanlar xüsusilə artıb.

3. Nəyə görə Allahın Padşahlığı hakimiyyət sürməyə başlayandan dünyada vəziyyət pisləşib?

İsa Məsih Padşah olandan dərhal sonra göydə Şeytanla və cinlərlə döyüşdü. Şeytan bu döyüşdə məğlub oldu. Müqəddəs Kitabda deyilir ki, o, «yerə atıldı, mələkləri də onunla birlikdə atıldı» (Vəhy 12:9, 10, 12). Şeytan çox qəzəblidir, çünki məhv olacağını bilir. Bu səbəbdən bütün dünyada insanlara ağrı-acı yaşadır. Məhz buna görə dünya belə acınacaqlı vəziyyətdədir. Amma Allahın Padşahlığı bütün bu əzablara son qoyacaq.

D Ə R İ N L İ Y Ə  V A R I N

Görün haradan bilirik ki, Padşahlıq 1914-cü ildə qurulub və bu bizim üçün hansı mənanı daşıyır.

4. Müqəddəs Kitaba əsasən, Padşahlıq 1914-cü ildə qurulub

Allah qədim Babilin padşahı Navuxodonosora yuxuda göstərdi ki, gələcəkdə hansı hadisələr baş verəcək. Bu yuxu və Dənyal peyğəmbərin ona verdiyi yozum Müqəddəs Kitabda yazılıb. Bu ayələrdən aydın görünür ki, yuxu həm Navuxodonosorun hakimiyyətinə, həm də Allahın Padşahlığına aiddir a. (Dənyal 4:17 ayəsini oxuyun.)

Dənyal 4:20—26 ayələrini oxuyun və sxemin köməyi ilə növbəti suallara cavab verin:

Ağacla bağlı yuxu Allahın Padşahlığına necə aiddir?

PEYĞƏMBƏRLİK (Dənyal 4:20—36)

Hakimiyyət

A) Hündür ağac

Hakimiyyət dayandırılır

B) Ağacı kəsin. Qoy yeddi dövr keçsin

Hakimiyyət bərpa olunur

C) «Taxt-tacın yenə sənin olacaq»

Peyğəmbərlik ilk dəfə yerinə yetəndə...

  • Ç) Ağac kimi təmsil edirdi? (22-ci ayəyə baxın.)

  • D) Onun hakimiyyəti necə dayandırıldı? (Dənyal 4:29—33 ayələrini oxuyun.)

  • E) Yeddi dövrün tamamında Navuxodonosorla nə baş verdi? (Dənyal 4:34—36 ayələrini oxuyun.)

İLK İCRASI

Hakimiyyət

Ç) Babil padşahı Navuxodonosor

Hakimiyyət dayandırılır

D) B. e. ə. 606-cı ildən sonra Navuxodonosor ağlını itirdi və yeddi il hakimiyyət sürə bilmədi

Hakimiyyət bərpa olunur

E) Navuxodonosorun ağlı başına gəldi və yenidən hakimiyyətə qayıtdı

Peyğəmbərlik ikinci dəfə yerinə yetəndə...

  • Ə) Ağac kimləri təmsil edirdi? (1 Salnamələr 29:23 ayəsini oxuyun.)

  • F) Onların hakimiyyəti necə dayandırıldı? Haradan bilirik ki, İsa yer üzündə olanda onların hakimiyyəti hələ də bərpa olunmamışdı? (Luka 21:24 ayəsini oxuyun.)

  • G) Bu hakimiyyət nə vaxt və harada bərpa olundu?

İKİNCİ İCRASI

Hakimiyyət

Ə) Allahın hakimiyyətini təmsil edən İsrail padşahları

Hakimiyyət dayandırılır

F) Yerusəlim darmadağın edildi. İsrail padşahlarının sülaləsinin hakimiyyətinə 2520 illik fasilə verildi

Hakimiyyət bərpa olunur

G) İsa göydə Allahın Padşahlığının Padşahı kimi hakimiyyət sürməyə başladı

Yeddi dövr neçə ildir?

Müqəddəs Kitabın bir hissəsi onun digər hissələrini anlamağa kömək edir. Məsələn, «Vəhy» kitabında yazılıb ki, üç dövr yarım 1260 gündür (Vəhy 12:6, 14). Yeddi dövr üç dövr yarımın iki qatıdır, deməli, 2520 günə bərabərdir. Hərdən Müqəddəs Kitabda bir gün bir ili təmsil edir (Hizqiyal 4:6). «Dənyal» kitabındakı yeddi dövr də 2520 ilə bərabərdir.

5. Dünya 1914-cü ildən dəyişib

İsa Məsih demişdi ki, o, Padşah olandan sonra dünyada vəziyyət dəyişəcək. Luka 21:9—11 ayələrini oxuyun və növbəti sualı müzakirə edin:

  • Bu ayələrdəki hadisələrdən hansını görürsünüz və ya hansı haqqında eşidirsiniz?

Həvari Bulus axırzamanda insanların necə olacağını təsvir etmişdi. 2 Timutiyə 3:1—5 ayələrini oxuyun və növbəti sualı müzakirə edin:

  • Bu xüsusiyyətlərdən hansını zəmanəmizin insanlarında görürsünüz?

6. Allahın Padşahlığının hazırda hakimiyyət sürməsi bizi hərəkətə təşviq etməlidir

Mətta 24:3, 14 ayələrini oxuyun və növbəti sualları müzakirə edin:

  • Hansı mühüm iş göstərir ki, Allahın Padşahlığı hazırda hakimiyyət sürür?

  • Siz bu işə necə töhfə verə bilərsiniz?

Allahın Padşahlığı hazırda hakimiyyət sürür və tezliklə bütün Yer kürəsi üzərində hakimiyyəti ələ alacaq. İbranilərə 10:24, 25 ayələrini oxuyun və növbəti sualı müzakirə edin:

  • «O günün yaxınlaşdığını gördükcə» hər birimiz nə etməliyik?

Əgər bilsəydiniz ki, öyrəndiyiniz məlumat insanlara kömək edə bilər, onların həyatını xilas edə bilər, nə edərdiniz?

BƏZİ İNSANLAR SORUŞUR: «Nəyə görə Yehovanın Şahidləri deyir ki, 1914-cü il mühüm tarixdir?»

  • Siz necə cavab verərdiniz?

İCMAL

Peyğəmbərlik, Müqəddəs Kitaba əsaslanan hesablamalar və dünyadakı vəziyyət sübut edir ki, Allahın Padşahlığı hazırda hakimiyyət sürür. Biz bu barədə təbliğ etməklə və yığıncaq görüşlərinə getməklə buna inandığımızı göstəririk.

Təkrar

  • «Dənyal» kitabında yazılan yeddi dövrün tamamında nə baş verdi?

  • Allahın Padşahlığının 1914-cü ildə hakimiyyət sürməyə başladığına sizi nə əmin edir?

  • Padşahlığın bu gün hakimiyyət sürdüyünə inandığınızı necə göstərə bilərsiniz?

Məqsəd

Ə L A V Ə  M Ə L U M A T

Tarixçilər və digər insanlar 1914-cü ildən bəri dünyanın dəyişdiyi barədə nə deyir?

«Əxlaq nə vaxt çökməyə başlayıb?» («Oyanın!», aprel 2007)

Görün Mətta 24:14 ayəsindəki peyğəmbərlik bir nəfərin həyatına necə təsir edib.

«Beysbolu hər şeydən çox sevirdim!» («Gözətçi qülləsi» № 3, 2017)

a Bu dərsin «Əlavə məlumat» hissəsindəki  son iki məqaləyə baxın.