Kontentə keç

Mündəricatı göstər

DƏRS 35

Qərarlarınızla Allahı sevindirin

Qərarlarınızla Allahı sevindirin

Hər birimiz qərarlar verməli oluruq. Çox vaxt verdiyimiz qərarlar həm bizə, həm də Yehova ilə dostluğumuza təsir edir. Ola bilsin, qərar verməliyik ki, harada yaşayaq, özümüzü necə dolandıraq, ailə quraq, yoxsa qurmayaq. Verdiyimiz qərarlar düzgün olanda həm biz xoşbəxt oluruq, həm də Yehova razı qalır.

1. Qərar verəndə Müqəddəs Kitab sizə necə kömək edə bilər?

Qərar verməzdən əvvəl dua edib Yehovadan kömək istəyin və Onun məsələyə münasibətini bilmək üçün Müqəddəs Kitabı araşdırın. (Məsəllər 2:3—6 ayələrini oxuyun.) Müəyyən hallara aid Müqəddəs Kitabda konkret qanunlar tapacaqsınız. Belə olan halda, bu qanunlara tabe olmaq ən düzgün qərar olar.

Bəs əgər Müqəddəs Kitabda hansısa məsələyə aid qanun yoxdursa, onda nə etmək olar? Hətta bu halda belə, Yehova sizə getməli olduğunuz yolu göstərəcək (Əşiya 48:17). O bunu Kəlamındakı prinsiplər vasitəsilə edəcək. Prinsip dedikdə Allahın fikirlərini və hisslərini bizə açan əsas, rəhbər ideya nəzərdə tutulur. Çox vaxt Müqəddəs Kitabdan hansısa parçanı oxuyanda Allahın müəyyən məsələyə münasibətini öyrənirik. Yehovanın münasibətini başa düşəndə isə Onu razı salan qərarlar verə bilirik.

2. Qərar qəbul etməzdən əvvəl nələri nəzərə almaq lazımdır?

Müqəddəs Kitabda deyilir: «Uzaqgörən hər addımını ölçüb-biçər» (Məsəllər 14:15). Bu o deməkdir ki, qərar verməzdən əvvəl qarşımızdakı variantları götür-qoy etməliyik. Variantların hər birini nəzərdən keçirəndə növbəti suallar barədə düşünün: «Müqəddəs Kitabdakı hansı prinsiplər bu vəziyyətə aiddir? Hansı variantı seçsəm, vicdanım rahat olacaq? Verdiyim qərar başqalarına necə təsir edəcək? Ən əsası, bu qərarı versəm, Yehova razı qalacaq?» (Qanunun təkrarı 32:29).

Yehovanın bizə nəyin yaxşı, nəyin pis olduğunu deməyə ixtiyarı var. Onun qanun və prinsipləri ilə tanış olanda, onlara əməl edəndə vicdanımızı tərbiyə edirik. Vicdan bizə nəyin düzgün, nəyin yanlış olduğunu deyən daxili səsdir (Romalılara 2:14, 15). Tərbiyə olunmuş vicdan bizə düzgün qərarlar verməyə kömək edir.

D Ə R İ N L İ Y Ə  V A R I N

Görün Müqəddəs Kitabdakı prinsiplər və vicdan insana qərar verməyə necə kömək edir.

3. Qoy Müqəddəs Kitab sizə yol göstərsin

Qərar verərkən Müqəddəs Kitabdakı prinsiplər bizə necə yol göstərə bilər? VİDEOYA baxın və növbəti sualları müzakirə edin:

  • İradə azadlığı nədir?

  • Nəyə görə Yehova bizə iradə azadlığı verib?

  • İradə azadlığından düzgün istifadə etmək üçün Yehova bizə nə verib?

Müqəddəs Kitab prinsipinə bir nümunə olaraq, Efeslilərə 5:15, 16 ayələrini oxuyun. Sonra müzakirə edin ki, vaxtın qədrini bilmək növbəti məsuliyyətləri yerinə yetirməyə sizə necə kömək edə bilər.

  • Müqəddəs Kitabı müntəzəm oxumağa

  • Daha yaxşı həyat yoldaşı, valideyn, övlad olmağa

  • Yığıncaq görüşlərində iştirak etməyə

4. Düzgün qərarlar vermək üçün vicdanınızı tərbiyə edin

Müəyyən məsələ ilə bağlı konkret qanun olanda düzgün qərar vermək asan olur. Bəs konkret qanun olmayanda nə etmək olar? VİDEOYA baxın və növbəti sualı müzakirə edin:

  • Bacı vicdanını tərbiyə etmək və Yehovanı razı salan qərar vermək üçün nə etdi?

Nəyə görə başqalarından bizim əvəzimizə qərar verməyi xahiş etməməliyik? İbranilərə 5:14 ayəsini oxuyun və növbəti sualları müzakirə edin:

  • Başqalarından bizim yerimizə qərar verməyi xahiş etmək daha rahat olsa da, özümüz nəyi bacarmalıyıq?

  • Vicdanınızı tərbiyə etməyə və düzgün qərar verməyə sizə nələr kömək edə bilər?

Vicdan, xəritə kimi, bizə getməli olduğumuz yolu göstərir

5. Başqalarının vicdanını nəzərə alın

İnsanlar fərqli olduğu kimi, verdikləri qərarlar da fərqli olur. Bəs biz başqalarının vicdanını nəzərə aldığımızı necə göstərə bilərik? İki nümunəyə baxaq:

1-ci nümunə: Kosmetikadan istifadə edən bir bacı elə yığıncağa keçir ki, oradakı bacıların çoxu kosmetika çəkməyə pis baxır.

Romalılara 15:1 1 Korinflilərə 10:23, 24 ayələrini oxuyun. Sonra növbəti sualları müzakirə edin:

  • Bacı bu ayələrə əsaslanaraq hansı qərara gələ bilər? Sizin vicdanınızın yol verdiyi şeyi yanınızdakı adamın vicdanı götürmürsə, nə edərsiniz?

2-ci nümunə: Bir qardaş bilir ki, Allah qədərində spirtli içki içməyə icazə verir. Bununla belə, o qərar verib ki, içki içməsin. Ancaq bir məclisdə olanda qardaşların içki içdiyini görür.

Vaiz 7:16 Romalılara 14:1, 10 ayələrini oxuyun. Sonra növbəti sualları müzakirə edin:

  • Qardaş bu ayələrə əsaslanaraq hansı qərara gələ bilər? Yanınızdakı adam vicdanınızın yol vermədiyi bir şeyi etsə, nə edərsiniz?

 Düzgün qərar vermək üçün nə etmək lazımdır?

1. Yehovaya dua edin. Ondan xahiş edin ki, sizə qərar verməyə kömək etsin (Yaqub 1:5).

2. Araşdırma aparın. Müqəddəs Kitabdan və ona əsaslanan nəşrlərdən vəziyyətə aid prinsiplər axtarın. Həmçinin təcrübəli məsihilərlə də məsləhətləşə bilərsiniz.

3. Nəticəni düşünün. Verdiyiniz qərarın sizin vicdanınıza və başqalarının vicdanına necə təsir edəcəyini nəzərə alın.

BƏZİ İNSANLAR DEYİR: «Necə istəyirəm, elə də yaşayıram. Başqalarının fikri mənim üçün maraqlı deyil».

  • Nəyə görə həm Allahın, həm də insanların hisslərini nəzərə almalıyıq?

İCMAL

Biz Yehovanın məsələyə münasibətini öyrənəndə, həmçinin hərəkətlərimizin başqalarına fayda gətirəcəyini, ya da zərər yetirəcəyini nəzərə alanda düzgün qərarlar veririk.

Təkrar

  • Yehovanı razı salan qərarlar verməyə sizə nə kömək edə bilər?

  • Vicdanınızı necə tərbiyə edə bilərsiniz?

  • Başqalarının vicdanını nəzərə aldığınızı necə göstərə bilərsiniz?

Məqsəd

Ə L A V Ə  M Ə L U M A T

Allahla dostluğunuzu möhkəmləndirən qərarlar verməyə sizə nə kömək edə bilər?

«Qoy hər bir qərarın Yehovaya izzət gətirsin» («Gözətçi qülləsi», 15 aprel 2011)

Görün Yehova məsləhəti necə verir.

«Yehova xalqına yol göstərir» (9:50)

Bir nəfərə çətin məsələdə qərar verməyə nə kömək edib?

«Yehovanın yolunda hər şeyə zəmanət var» (5:46)

Görün konkret qanun olmayanda Yehovanı razı salan qərar verməyə nə kömək edə bilər.

«Hər vəziyyət üçün konkret qanun lazımdır?» («Gözətçi qülləsi», 1 dekabr 2003)