Kontentə keç

Mündəricatı göstər

DƏRS 41

Müqəddəs Kitabda cinsi münasibətlər

Müqəddəs Kitabda cinsi münasibətlər

Bir çox insan cinsi münasibət haqda danışmağa çəkinir. Müqəddəs Kitabda isə bu münasibətlər barədə açıq, lakin ləyaqətli şəkildə danışılır. Orada yazılanlar bizim xeyrimizədir. Bu, məntiqlidir, çünki Yehova bizim Yaradanımızdır və O nəyin bizə xeyir gətirdiyini bilir. Yehova bizə izah edir ki, Onun razılığını qazanmaq, əbədiyyən xoşbəxt yaşamaq üçün nə etmək lazımdır.

1. Müqəddəs Kitabda cinsi münasibətlər haqda nə deyilir?

İntim münasibətlər Yehovanın insana bəxşişidir. O istəyir ki, bu münasibətlər bir-birilə nikahda olan kişi ilə qadına zövq versin. Bu bəxşiş sayəsində ərlə arvad dünyaya övlad gətirməklə yanaşı, bir-birinə sevgilərini gözəl şəkildə ifadə edir. Bu səbəbdən Allahın Kəlamında deyilir: «Cavanlığında aldığın arvadından kam al» (Məsəllər 5:18, 19). Yehova ailəli məsihilərdən həyat yoldaşlarına sadiq qalmağı tələb edir. Buna görə də onlar bir-birinə heç vaxt xəyanət etməməlidir. (İbranilərə 13:4 ayəsini oxuyun.)

2. Cinsi əxlaqsızlığa nələr daxildir?

Müqəddəs Kitabda deyilir ki, «əxlaqsızlar... Allahın Padşahlığına girməyəcəklər» (1 Korinflilərə 6:9, 10). Müqəddəs Kitabı yunan dilində yazanlar cinsi əxlaqsızlığı ifadə etmək üçün «porneya» sözündən istifadə etmişdilər. «Porneya» sözü 1) bir-birilə nikahda olmayan insanlar arasındakı cinsi münasibətlərə a, 2) homoseksuallığa və 3) heyvanla cinsi əlaqəyə aid işlənir. Əxlaqsızlıqdan uzaq durmaq bizə həm Yehovanın razılığını qazandırır, həm də fayda gətirir (1 Salonikililərə 4:3).

D Ə R İ N L İ Y Ə  V A R I N

Görün əxlaqsızlıqdan necə uzaq dura bilərsiniz və əxlaqi cəhətdən təmiz qalmağın hansı faydası var.

3. Əxlaqsızlıqdan qaçın

Yusif adlı mömin bir cavan əxlaqını təmiz saxlamaq üçün əlindən gələni edirdi. Yaradılış 39:1—12 ayələrini oxuyun və növbəti sualları müzakirə edin:

  • Yusif nəyə görə qaçdı? (9-cu ayəyə baxın.)

  • Sizcə, Yusif düzgün davrandı? Nəyə görə belə düşünürsünüz?

Gənclər Yusifdən nümunə götürüb əxlaqsızlıqdan necə qaça bilərlər? VİDEOYA baxın.

Yehova istəyir ki, hər birimiz əxlaqsızlığı rədd edək. 1 Korinflilərə 6:18 ayəsini oxuyun və növbəti sualları müzakirə edin:

  • Hansı vəziyyətlər insanı cinsi əxlaqsızlığa sürükləyə bilər?

  • Əxlaqsızlıqdan necə qaça bilərsiniz?

4. Tələyə düşməyin

Əxlaqsızlıq etmək meylini boğmağı nə çətinləşdirə bilər? VİDEOYA baxın və növbəti sualı müzakirə edin:

  • Qardaş başa düşəndə ki, fikirləri və hərəkətləri onu xəyanətə sürükləyə bilər nə etdi?

Hətta Allaha sadiq məsihilərə də bəzən düşüncələrini təmiz saxlamaq çətin olur. Əxlaqsız fikirləri ağlınızdan necə qova bilərsiniz? Filippililərə 4:8 ayəsini oxuyun və növbəti sualları müzakirə edin:

  • Nə cür şeylər barədə düşünməliyik?

  • Müqəddəs Kitabı oxumaq və Yehovaya xidmətdə fəal olmaq bizə günahdan uzaq durmağa necə kömək edə bilər?

5. Yehovanın öyüdləri xeyrimizədir

Yehova nəyin bizim xeyrimizə olduğunu yaxşı bilir. O bizə əxlaqi cəhətdən təmiz qalmağı öyrədir və bunun hansı faydaları gətirdiyini deyir. Məsəllər 7:7—27 ayələrini oxuyun, yaxud VİDEOYA baxın. Sonra növbəti sualları müzakirə edin:

  • Cavan oğlan əxlaqsızlıq tələsinə necə düşür? (Məsəllər 7:8, 9 ayələrinə baxın.)

  • Məsəllər 7:23, 26 ayələrinə əsasən, əxlaqsızlığın ağır nəticələri olur. Əxlaqımızı qorusaq, özümüzü hansı problemlərdən qoruyarıq?

  • Əxlaqi cəhətdən təmiz qalmaq bizə əbədi xoşbəxt həyata nail olmağa necə kömək edir?

Bəzi insanlar düşünür ki, Müqəddəs Kitab homoseksualizmə qarşı sərt mövqe tutur. Amma bir şeyi unutmayaq ki, Yehova Allah məhəbbətdir və O, hamının əbədiyyən xoşbəxt yaşamasını istəyir. Ancaq bunun üçün gərək Onun öyüdlərinə riayət edək. 1 Korinflilərə 6:9—11 ayələrini oxuyun və növbəti sualı müzakirə edin:

  • Allahın gözündə təkcə homoseksualizm günahdır?

Allahı razı salmaq üçün hər birimiz lazımi dəyişikliklər etməliyik. Bəs bunu etməyə dəyər? Zəbur 19:8, 11 ayələrini oxuyun və növbəti sualları müzakirə edin:

  • Sizcə, Allahın əxlaqla bağlı qoyduğu qaydalara riayət etmək mümkündür? Nəyə görə belə düşünürsünüz?

Yehova qoyduğu əxlaq qaydalarına uyğun yaşamağa çoxlarına kömək edib. O sizə də kömək edə bilər

BƏZİ İNSANLAR DEYİR: «İki insan bir-birini sevirsə, cinsi münasibətdə ola bilər».

  • Siz nə deyərdiniz?

İCMAL

İntim münasibətlər Yehovanın bəxşişidir. O istəyir ki, bu münasibətlər ərlə arvada zövq versin.

Təkrar

  • Cinsi əxlaqsızlığa nələr daxildir?

  • Əxlaqsızlıqdan qaçmağa bizə nə kömək edə bilər?

  • Yehovanın əxlaq qaydalarına riayət etməyin bizə hansı xeyri var?

Məqsəd

Ə L A V Ə  M Ə L U M A T

Birgə yaşamaq istəyən kişi ilə qadının nikaha daxil olması Allah üçün nəyə görə önəmlidir?

«Müqəddəs Kitabda nikaha daxil olmadan birgə yaşamaqla bağlı nə deyilir?» (internet məqaləsi)

Müqəddəs Kitabda homoseksualizmlə bağlı yazılanlar homoseksuallara nifrət aşılayır?

«Homoseksualizm günahdır?» (internet məqaləsi)

Cinsi əlaqə növləri ilə bağlı Allahın verdiyi qanunlar bizi necə qoruyur?

«Oral seksi cinsi əlaqə saymaq olar?» (internet məqaləsi)

«Mənimlə hörmətlə rəftar etdilər» adlı məqaləni oxuyun və görün homoseksual olan bir nəfər Allahı razı salmaq üçün necə dəyişdi.

«Müqəddəs Kitab həyatları dəyişir» («Gözətçi qülləsi», 1 aprel 2011)

a Bu cür cinsi münasibətlərə müxtəlif hərəkətlər, məsələn, cinsi əlaqə, oral seks, anal seks, başqasının cinsiyyət üzvünü ehtirasla sığallamaq daxildir.