Kontentə keç

Mündəricatı göstər

DƏRS 45

Bitərəflik nə deməkdir?

Bitərəflik nə deməkdir?

İsa Məsih davamçılarına buyurmuşdu ki, dünyaya məxsus olmasınlar (Yəhya 15:19). Bu özünə bitərəfliyi, yəni siyasətə və müharibələrə qarışmamağı da daxil edir. Əslində, bitərəf olmaq heç də həmişə asan olmur. Bizi buna görə ələ sala bilərlər. Bəs biz necə bitərəf qalıb Yehovaya sədaqətimizi qoruya bilərik?

1. Əsl məsihilər hökumətə necə yanaşır?

Məsihilər hökumətə hörmət edir. Biz İsanın növbəti sözlərinə əməl edirik: «Padşaha məxsus şeyləri padşaha... verin». Yəni ölkənin qanunlarına tabe oluruq, məsələn, vergiləri ödəyirik (Mark 12:17). Müqəddəs Kitaba əsasən, insan hakimiyyətləri Yehovanın icazəsi ilə mövcuddur (Romalılara 13:1). Buna görə də başa düşürük ki, insan hökumətləri nisbi, yəni məhdud hakimiyyətə sahibdir. Biz əminik ki, bəşəriyyətin problemlərini Allah və Onun səmavi Padşahlığı həll edəcək.

2. Bitərəf olduğumuzu necə göstərə bilərik?

İsa Məsih kimi, biz də siyasətə qarışmırıq. Bir dəfə insanlar İsanın göstərdiyi möcüzələrdən birini görəndə onu padşah etmək istəmişdilər, amma İsa buna imkan verməmişdi (Yəhya 6:15). Nəyə görə? Bunun səbəbini onun bir müddət sonra dediyi sözlərdən anlamaq olar. O demişdi: «Mənim Padşahlığım bu dünyadan deyil» (Yəhya 18:36). İsanın şagirdləri olduğumuz üçün biz də bitərəfliyimizi müxtəlif sahələrdə göstəririk. Məsələn, müharibəyə getmirik. (Mikə 4:3 ayəsini oxuyun.) Dövlətin rəmzlərinə, misal üçün, bayrağa hörmət edirik, amma təzim etmirik, çünki bu, ibadətə bərabər sayılır (1 Yəhya 5:21). Həmçinin heç bir siyasi partiyanın və ya namizədin nə tərəfini tuturuq, nə də əleyhinə çıxırıq. Bu və digər üsullarla göstəririk ki, biz Allahın qurduğu hökumətə, yəni Onun Padşahlığına tam sadiqik.

D Ə R İ N L İ Y Ə  V A R I N

Görün hansı vəziyyətlərdə bitərəfliyiniz sınana bilər və Yehovanı razı salan qərarları necə verə bilərsiniz.

3. Əsl məsihilər bitərəfdir

İsa Məsih və davamçıları bizim üçün nümunə qoyub. Romalılara 13:1, 5—7 1 Butrus 2:13, 14 ayələrini oxuyun. Sonra VİDEOYA baxın və növbəti sualları müzakirə edin:

  • Nəyə görə hökumətə hörmət etməliyik?

  • Onlara tabe olduğumuzu hansı üsullarla göstərə bilərik?

Müharibə olanda bəzi dövlətlər bitərəf olduqlarını desələr də, müharibə edən hər iki tərəfə kömək edirlər. Bəs bitərəflik əslində nədir? Yəhya 17:16 ayəsini oxuyun. Sonra VİDEOYA baxın və növbəti sualı müzakirə edin:

  • Bitərəf olmaq nə deməkdir?

Əgər hökumət Allahın qanununa zidd olan işi görməyi tələb edərsə, onda necə davranmalıyıq? Həvarilərin işləri 5:28, 29 ayələrini oxuyun. Sonra VİDEOYA baxın və növbəti sualları müzakirə edin:

  • İnsan qanunu Allahın qanununa zidd gedəndə biz kimə tabe olmalıyıq?

  • Sizcə, məsihilər hansı hallarda hökumətin qanunlarına tabe olmur?

4. Düşüncədə və davranışda bitərəf olun

1 Yəhya 5:21 ayəsini oxuyun. Sonra VİDEOYA baxın və növbəti sualları müzakirə edin:

  • Nəyə görə Ayenge qardaş siyasi partiyaya qoşulmadı və bayrağa təzim etmədi?

  • Sizcə, o, doğru qərar vermişdi?

Başqa hansı hallarda bitərəfliyimiz sınana bilər? VİDEOYA baxın və növbəti sualları müzakirə edin:

  • Beynəlxalq idman yarışlarına baxanda bitərəfliyi necə qoruya bilərik?

  • Siyasətçilərin qərarı şəxsən sizə təsir edəndə necə bitərəf qala bilərsiniz?

  • Xəbərlərdə eşitdiyimiz məlumatlar və oturub-durduğumuz insanlar bitərəfliyə münasibətimizə necə təsir edə bilər?

Məsihi hansı hallarda düşüncəsində və davranışında bitərəf qalmalıdır?

BƏZİ İNSANLAR SORUŞUR: «Siz nəyə görə bayrağa təzim etmirsiniz və himn oxumursunuz?»

  • Siz necə cavab verərdiniz?

İCMAL

Məsihilər var gücləri ilə çalışırlar ki, düşüncələrində, sözlərində və davranışlarında siyasi bitərəfliyi qorusunlar.

Təkrar

  • Hökumət qarşısında hansı məsuliyyəti daşıyırıq?

  • Nəyə görə siyasi bitərəfliyi qoruyuruq?

  • Hansı hallarda bitərəfliyimiz sınana bilər?

Məqsəd

Ə L A V Ə  M Ə L U M A T

Bitərəf qalmaq üçün bəzən hansı qurbanları verməli oluruq?

«Yehova bizə həmişə dayaq olur» (3:14)

Ailələr bitərəfliklə bağlı sınaqlara qabaqcadan necə hazırlaşa bilərlər?

«İctimai tədbirlərdə bitərəflik» (4:25)

İnsan üçün ən şərəfli iş nədir?

«Allah üçün mümkün olmayan şey yoxdur» (5:19)

İşlə bağlı qərar verərkən dünyaya məxsus olmadığınızı necə göstərə bilərsiniz?

«Hər kəs öz məsuliyyətinin yükünü daşıyacaqdır» («Gözətçi qülləsi», 1 aprel 2006)