DƏRS 47
Vəftiz olunmağa hazırsınız?
Müqəddəs Kitabı araşdırandan bəri Yehova haqda çox şey öyrənmisiniz. Yəqin ki, öyrəndiklərinizə uyğun davranaraq həyatınızda müəyyən dəyişikliklər etmisiniz. Bununla belə, ola bilsin, özünüzü Yehovaya həsr edib, vəftiz olunmağa nəsə sizə mane olur. Bu dərsdə həmin maneələrdən bəzilərini nəzərdən keçirəcəyik və görəcəyik ki, onları necə aşmaq olar.
1. Vəftiz olunmaq üçün nə qədər biliyiniz olmalıdır?
Vəftiz olunmaq üçün «həqiqət barəsində dəqiq biliyə» yiyələnməlisiniz (1 Timutiyə 2:4). Bu o demək deyil ki, siz Müqəddəs Kitaba aid bütün sualların cavabını bilməlisiniz. Hətta uzun müddətdir vəftiz olunmuş məsihilər belə, öyrənməyə davam edirlər (Koloslulara 1:9, 10). Bununla belə, Müqəddəs Kitabın əsas təlimlərini bilmək vacibdir. Yığıncağın ağsaqqalları biliyinizin kifayət qədər olub-olmadığını müəyyən etməyə sizə kömək edəcək.
2. Vəftiz olunmaq üçün hansı addımları atmalısınız?
Vəftiz olunmaq üçün tövbə edib, yolunuzdan dönməlisiniz. (Həvarilərin işləri 3:19 ayəsini oxuyun.) Bu o deməkdir ki, əvvəllər etdiyiniz hər hansı günaha görə ürəkdən peşmansınız və Yehovadan əfv diləyirsiniz. Həmçinin pis əməlləri qətiyyətlə rədd edirsiniz və Allahın buyurduğu kimi yaşamağa əzmlisiniz. Bundan başqa, yığıncaq görüşlərinə gəlirsiniz və vəftiz olunmamış təbliğçi kimi xidmət edirsiniz.
3. Nəyə görə vəftiz olunmağa qorxmamalısınız?
Bəzi insanlar qorxurlar ki, Yehovaya verdikləri sözü tuta bilməzlər. Düzdür, bəzən səhvlərə yol verəcəksiniz. Müqəddəs Kitabda adı çəkilən bəzi mömin kişi və qadınlar da hərdən səhvlər edirdi. Unutmayın ki, Yehova xidmətçilərindən kamillik gözləmir. (Zəbur 103:13, 14 ayələrini oxuyun.) Siz əlinizdən gələni edəndə Yehova sevinir. O sizə kömək edəcək. Yehova əmin edir ki, heç nə sizi Onun «məhəbbətindən ayıra bilməz». (Romalılara 8:38, 39 ayələrini oxuyun.)
D Ə R İ N L İ Y Ə V A R I N
Görün Yehovanı daha yaxından tanımaqla və Onun köməyini qəbul etməklə maneələri necə aşa bilərsiniz.
4. Yehovanı yaxından tanıyın
Vəftiz olunmaq üçün Yehovanı nə qədər yaxından tanımalısınız? O qədər yaxşı tanımalısınız ki, ürəyinizdə Ona qarşı məhəbbət yaransın və Onu razı salmaq istəyəsiniz. VİDEOYA baxın və görün dünyanın müxtəlif yerlərində yaşayan insanlar bunu necə ediblər. Sonra növbəti sualı müzakirə edin:
-
Bəzi insanlara vəftizə hazır olmağa nə kömək edib?
Romalılara 12:2 ayəsini oxuyun və növbəti sualları müzakirə edin:
-
Müqəddəs Kitabda yazılanlara, yaxud Yehovanın Şahidlərinin həqiqəti öyrətdiyinə şübhə edirsiniz?
-
Əgər ürəyinizdə şübhə varsa, nə edə bilərsiniz?
5. Maneələri aşın
Hər birimiz həyatımızı Yehovaya həsr edib, vəftiz olunmaq qərarına gələndə çətinliklərlə üzləşirik. Nümunə üçün VİDEOYA baxın və növbəti sualları müzakirə edin:
-
Narangerel bacı Yehovaya xidmət etmək üçün hansı maneələri aşmalı idi?
-
Yehovaya məhəbbət bu maneələrə qalib gəlməyə ona necə kömək etdi?
Məsəllər 29:25 və 2 Timutiyə 1:7 ayələrini oxuyun. Sonra növbəti sualı müzakirə edin:
-
Nəyin sayəsində maneələri cəsarətlə aşa bilərik?
6. Yehovanın köməyinə arxalanın
Yehova sizə kömək edəcək ki, Onun buyurduğu kimi yaşayasınız. VİDEOYA baxın və növbəti sualları müzakirə edin:
-
Videodakı kişi nəyə görə vəftiz olunmağa tərəddüd edirdi?
-
Onun Yehovaya etibarını nə möhkəmləndirdi?
Əşiya 41:10, 13 ayələrini oxuyun və növbəti sualı müzakirə edin:
-
Nəyə görə əmin ola bilərsiniz ki, həsr olunarkən Allaha verdiyiniz sözü tuta biləcəksiniz?
7. Yehovanın sizə olan məhəbbətini qiymətləndirin
Yehovanın sizə olan sevgisi barədə düşündükcə minnətdarlığınız artacaq və Ona əbədiyyən ibadət etmək istəyiniz alovlanacaq. Zəbur 40:5 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:
-
Bəxş etdiyi hansı nemətlərə görə Yehovaya xüsusilə minnətdarsınız?
Ərəmya peyğəmbər Yehovanı da, Kəlamını da çox sevirdi. Onun üçün Yehovanın adını daşımaq böyük şərəf idi. O demişdi: «Sözün mənə sevinc verdi, ürəyimə şadlıq gətirdi. Çünki mən Sənin adını daşıyıram, ey ordular Allahı Yehova» (Ərəmya 15:16). Növbəti suallara cavab verin:
-
Yehovanın Şahidi olmaq nəyə görə böyük şərəfdir?
-
Vəftiz olunub Yehovanın Şahidi olmaq istəyirsiniz?
-
Bunu etməyə sizə nəsə mane olur?
-
Bu məqsədə çatmaq üçün siz nə etməlisiniz?
BƏZİ İNSANLAR DEYİR: «Qorxuram ki, vəftiz olunanda verdiyim sözü tuta bilməyim».
-
Siz də belə düşünürsünüz?
İCMAL
Yehovanın köməyi ilə vəftizə mane olan hər şeyi dəf edə bilərsiniz.
Təkrar
-
Vəftiz olunmaq üçün nə qədər biliyiniz olmalıdır?
-
Vəftiz olunmaq üçün həyatınızda hansı dəyişiklikləri etməlisiniz?
-
Nəyə görə vəftiz olunmağa qorxmamalısınız?
Ə L A V Ə M Ə L U M A T
Görün vəftiz olunmaq qərarınız nəyə əsaslanmalıdır.
«Vəftiz olunmağa hazırsınız?» («Gözətçi qülləsi», mart 2020)
Vəftiz olunmağınıza mane olan çətinliklərin öhdəsindən necə gələ bilərsiniz?
«Vəftiz olunmağıma nə mane olur?» («Gözətçi qülləsi», mart 2019)
Görün bir kişi vəftiz olunmaq üçün hansı böyük maneələri uğurla dəf etmişdi.
Bir kişi əvvəl-əvvəl vəftiz olunmağa tərəddüd edirdi. Bu vacib addımı atmağa onu nə əmin etdi?