Kontentə keç

Mündəricatı göstər

DƏRS 52

Geyim və xarici görünüş

Geyim və xarici görünüş

Geyim və xarici görünüş məsələsində hərənin bir zövqü var. Müqəddəs Kitabdakı bəzi sadə prinsiplərə əməl etsək, həm öz zövqümüzə uyğun geyinəcəyik, həm də Yehovanı razı salacağıq. Gəlin bu prinsipləri nəzərdən keçirək.

1. Geyim və xarici görünüş məsələsində hansı prinsipləri rəhbər tutmalıyıq?

Biz ləyaqətlə, abır-həya ilə, ağıl-kamalla geyinməliyik, həmçinin üst-başımız təmiz olmalıdır ki, mömin olduğumuz görünsün (1 Timutiyə 2:9, 10). Gəlin dörd prinsipə nəzər salaq: 1) Geyimimiz «ləyaqətli», yaxud münasib olmalıdır. Yəqin, yığıncaq görüşlərində fikir vermisiniz ki, Yehovanın xidmətçilərinin zövqləri müxtəlifdir, amma onların geyimindən və saç düzümündən Allaha hörmət etdikləri görünür. 2) «Abır-həya ilə» geyinmək odur ki, paltarımız açıq-saçıq olmamalı və çox diqqət çəkməməlidir. 3) «Ağıl-kamalla» geyinmək isə o deməkdir ki, biz dəb dalınca qaçmamalıyıq. 4) Xarici görünüşümüzdən «mömin» olduğumuz, yəni Allaha ibadət etdiyimiz həmişə görünməlidir (1 Korinflilərə 10:31).

2. Geyimimiz dindaşlarımıza necə təsir edə bilər?

Geyim seçməkdə azad olsaq da, görünüşümüzün başqalarına necə təsir edəcəyi barədə düşünməliyik. Biz heç kimin hisslərinə toxunmaq istəmirik, əksinə, «hər birimiz başqasının xeyri və qüvvətlənməsi üçün» çalışırıq. (Romalılara 15:1, 2 ayələrini oxuyun.)

3. Geyimimiz insanları Yehovaya necə cəlb edə bilər?

Biz həmişə ləyaqətlə geyinməyə çalışırıq. Amma yığıncaq görüşlərinə gələndə və xidmət edəndə geyimimizə xüsusilə fikir veririk. Biz istəmirik ki, geyimimiz insanların diqqətini çatdırdığımız xəbərdən yayındırsın, əksinə, istəyirik ki, insanları həqiqətə cəlb eləsin və Xilaskarımız Allahın təlimini bəzəsin (Titusa 2:10).

D Ə R İ N L İ Y Ə  V A R I N

Gəlin görək geyimimizdən və xarici görünüşümüzdən məsihi olduğumuz necə görünə bilər.

Xarici görünüşümüzlə səlahiyyətli kəslərə hörmətimizi göstəririk. Yehova ürəyimizi görsə də, xarici görünüşümüzdən də Ona hörmət etdiyimiz görünməlidir

4. Xarici görünüşümüz Yehovaya münasibətimizi göstərir

Xarici görünüşümüzə fikir verməyin ən əsas səbəbi nədir? Zəbur 47:2 ayəsini oxuyun və növbəti sualları müzakirə edin:

  • Yehovanı təmsil etməyimiz geyimimizə necə təsir etməlidir?

  • Sizcə, yığıncaq görüşlərinə gələrkən, yaxud təbliğ edərkən geyimimizə fikir vermək vacibdir? Nəyə görə belə düşünürsünüz?

5. Geyim və xarici görünüşlə bağlı düzgün seçimlər edin

VİDEOYA baxın.

Bahalı və ya ucuz olmasından asılı olmayaraq, geyimimiz təmiz olmalıdır, həmçinin hər vəziyyətə münasib və ləyaqətli olmalıdır. 1 Korinflilərə 10:24 1 Timutiyə 2:9, 10 ayələrini oxuyun. Sonra növbəti geyim tərzlərinin nəyə görə namünasib olduğunu müzakirə edin:

  • səliqəsiz və həddindən artıq sərbəst

  • dar və açıq-saçıq

Məsihilər Tövratın tabeliyi altında olmasalar da, oradan Yehovanın düşüncə tərzi barədə çox şey öyrənə bilərlər. Qanunun təkrarı 22:5 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:

  • Nəyə görə geyimimiz və xarici görünüşümüz elə olmamalıdır ki, biz əks cinsin nümayəndəsinə oxşayaq?

1 Korinflilərə 10:32, 33 1 Yəhya 2:15, 16 ayələrini oxuyun. Sonra növbəti sualları müzakirə edin:

  • Nəyə görə xarici görünüşümüzün yaşadığımız ərazidə, yaxud yığıncaqda insanların hisslərinə toxunub-toxunmadığı barədə düşünməliyik?

  • Yaşadığınız ərazidə hansı geyim və xarici görünüş tərzləri geniş yayılıb?

  • Sizcə, onlardan hansılarsa məsihilər üçün namünasibdir? Nəyə görə belə düşünürsünüz?

Həm zövqlə geyinmək, həm də Allahı razı salmaq mümkündür

BƏZİ İNSANLAR DEYİR: «İstədiyimi geyinməyə haqqım var».

  • Siz bu fikirlə razısınız? Nəyə görə?

İCMAL

Geyimimiz və xarici görünüşümüzlə bağlı düzgün seçimlər edəndə Yehovaya və insanlara hörmət etdiyimizi göstəririk.

Təkrar

  • Nəyə görə Yehova geyimimizin və xarici görünüşümüzün münasib olub-olmadığına fikir verir?

  • Xarici görünüşümüzlə bağlı qərar verərkən hansı prinsipləri rəhbər tutmalıyıq?

  • Xarici görünüşümüz insanların ibadətimizə münasibətinə necə təsir edə bilər?

Məqsəd

Ə L A V Ə  M Ə L U M A T

Görün geyiminiz sizin haqqınızda nə deyə bilər.

«Necə görünürəm?» (internet məqaləsi)

Döymə vurdurmazdan əvvəl nəyə görə yaxşıca düşünmək lazımdır?

«Allahın Kəlamında döymə vurdurmaq haqda nə deyilir?» (internet məqaləsi)

Daha hansı prinsiplər geyimlə bağlı qərar verməyə kömək edə bilər?

«Geyiminiz Allaha şərəf gətirir?» («Gözətçi qülləsi», sentyabr 2016)

Görün bir qadına başqalarının geyimlə bağlı qərarına tarazlı yanaşmağa nə kömək etdi.

«Geyim və xarici görünüş yaralı yerim idi» («Oyanın!», 22 dekabr 2003)