Kontentə keç

Mündəricatı göstər

DƏRS 57

Ciddi günah işləyərkən nə etməli?

Ciddi günah işləyərkən nə etməli?

Biz Yehovanı sevirik. Çalışırıq hər hərəkətimizə diqqət yetirək ki, Onu incitməyək. Bununla belə, bəzən səhvlərə yol veririk. Amma bəzi səhvlər daha ciddidir (1 Korinflilərə 6:9, 10). Əgər ciddi günaha yol vermisinizsə, unutmayın ki, Yehova sizi hələ də sevir. O bağışlamağa və sizə kömək etməyə hazırdır.

1. Yehovanın bizi bağışlaması üçün nə etməliyik?

Yehovanı sevən insan ciddi günaha yol verdiyini başa düşəndə dərin kədər hissi keçirir. Amma o, Yehovanın keçmişdə xalqına verdiyi vəddən təsəlli tapır: «Günahlarınız al-qırmızı olsa da, onları qar kimi ağappaq edəcəyəm» (Əşiya 1:18). Əgər səmimi-qəlbdən tövbə etsək, Yehova bizi bağışlayacaq. Bəs tövbə etmək nə deməkdir? Bu o deməkdir ki, biz hərəkətimizə görə peşman oluruq və pis əməlimizdən əl çəkib, Yehovadan əfv diləyirik. Sonra isə əlimizdən gələni edirik ki, bu günaha səbəb olan düşüncəni və vərdişləri dəyişək, həmçinin Yehovanın qayda-qanunlarına uyğun yaşayaq. (Əşiya 55:6, 7 ayələrini oxuyun.)

2. Yehova ağsaqqallar vasitəsilə bizə necə kömək edir?

Əgər ciddi günah etmişiksə, Yehova bizə yığıncağın ağsaqqallarını çağırmağı buyurur. (Yaqub 5:14, 15 ayələrini oxuyun.) Ağsaqqallar Yehovanı və Onun xidmətçilərini sevirlər. Onlar təlim alıblar və bilirlər ki, bizə Yehova ilə münasibətlərimizi bərpa etməyə necə kömək etmək olar (Qalatiyalılara 6:1).

Ciddi günah işləyəndə ağsaqqallar bizə necə kömək edir? İki və ya üç ağsaqqal Müqəddəs Kitabdakı ayələr vasitəsilə hərəkətimizin nəyə görə düzgün olmadığını izah edir, həmçinin yenidən günah etməmək üçün bizə məsləhət verir. Ola bilsin, Yehova ilə münasibətlərimiz möhkəmlənənə kimi, yığıncağın müəyyən işlərində iştirakımıza məhdudiyyət qoysunlar. Yığıncağı pis təsirdən qorumaq üçün ağsaqqallar ciddi günah işləyib tövbə etməyən kəsləri yığıncaqdan kənar edir.

D Ə R İ N L İ Y Ə  V A R I N

Görün Yehova ciddi günah etmiş insanlara necə kömək edir və bunu nəyə görə qiymətləndirməliyik.

3. Günahlarınızı etiraf edin və şəfa tapın

Etdiyimiz hər günah Yehovaya qarşı edilmiş günahdır. Buna görə də günahımızı Ona etiraf etməliyik. Zəbur 32:1—5 ayələrini oxuyun və növbəti sualı müzakirə edin:

  • Nəyə görə günahımızı gizlətməyə çalışmamalıyıq, əksinə, onu Yehovaya etiraf etməliyik?

Günahımızı Yehovaya etiraf edəndən sonra ağsaqqallardan da kömək istəməliyik. Bu bizə rahatlıq gətirəcək. VİDEOYA baxın və növbəti sualı müzakirə edin:

  • Ağsaqqallar Kanon qardaşa Yehovaya geri dönməyə necə kömək etdi?

Ağsaqqallarla açıq və dürüst şəkildə danışmaq lazımdır. Onlar bizə kömək etmək üçün təyin olunub. Yaqub 5:16 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:

  • Nəyə görə dürüst olsaq, bizə kömək etmək ağsaqqallara daha asan olacaq?

Günahınızı etiraf edin, ağsaqqallarla dürüst olun və Yehovanın köməyini qəbul edin

4. Günahkarı yığıncaqdan kənar etməyin faydası

Əgər ciddi günah işləmiş insan Yehovanın qoyduğu qaydalara uyğun yaşamaq istəmirsə, o, artıq Yehovanın Şahidi ola bilməz. Həmin insan yığıncaqdan kənar edilir. Biz onunla nə oturub-dururuq, nə də danışırıq. 1 Korinflilərə 5:6, 11  2 Yəhya 9—11 ayələrini oxuyun. Sonra növbəti sualı müzakirə edin:

  • Maya bütün xəmiri acıtdığı kimi, tövbə etməyən günahkarla ünsiyyət də yığıncağa necə təsir edər?

Yığıncaqdan kənar edilənlərin çoxu sonradan yığıncağa qayıdır. Nəyə görə? Çünki yığıncaqdan kənar edilmək insana əzab versə də, bu ona səhvini başa düşməyə kömək edir (Zəbur 141:5). VİDEOYA baxın və növbəti sualı müzakirə edin:

  • Yığıncaqdan kənar edilmək Sonyaya necə kömək etdi?

Günahkarı yığıncaqdan kənar etmək...

  • Yehovanın adına necə şərəf gətirir?

  • Yehovanın ədalətini və məhəbbətini necə göstərir?

5. Yehova tövbə edəni bağışlayır

İsa Məsih bir nümunə əsasında göstərmişdi ki, insan tövbə edəndə Yehova hansı hissləri keçirir. Luka 15:1—7 ayələrini oxuyun və növbəti sualı müzakirə edin:

  • Bu ayələrdən Yehova barədə nə öyrənirsiniz?

Hizqiyal 33:11 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:

  • Hansı vacib addım insanın, həqiqətən də, tövbə etdiyini göstərir?

Çoban sürüsünün qeydinə qaldığı kimi, Yehova da bizim qeydimizə qalır

BƏZİ İNSANLAR DEYİR: «Qorxuram ki, günahımı ağsaqqallara desəm, məni yığıncaqdan kənar edərlər».

  • Bu cür düşünən insana necə ürək-dirək verərdiniz?

İCMAL

Ciddi günah işləmiş insan ürəkdən peşmandırsa və həmin səhvi bir də təkrarlamamağa qətiyyətlidirsə, Yehova onu bağışlayacaq.

Təkrar

  • Nəyə görə günahımızı Yehovaya etiraf etməliyik?

  • Günahımızın bağışlanması üçün nə etməliyik?

  • Ciddi günah etmişiksə, nəyə görə ağsaqqallardan kömək istəməliyik?

Məqsəd

Ə L A V Ə  M Ə L U M A T

Görün bir nəfər Əşiya 1:18 ayəsində yazıldığı kimi, Yehovanın mərhəmətini necə daddı.

«Yehovanın mərhəmətinə şübhə etməyin» (5:02)

Tövbə etməyən günahkarı yığıncaqdan kənar etməyin hansı faydası var?

«Yığıncaqdan kənar edilmə məhəbbətin təzahürüdür» («Gözətçi qülləsi», 15 aprel 2015)

Yehovanın Şahidi olmayan insana necə izah etmək olar ki, bəzən kimisə yığıncaqdan kənar etmək lazım gəlir?

«Yehovanın Şahidləri dinlərinin keçmiş nümayəndələri ilə əlaqəni kəsirlər?» (internet məqaləsi)

«Yehovaya geri dönməli idim» adlı məqaləni oxuyun və görün həqiqətdən uzaqlaşan bir nəfər sonradan Yehovaya necə geri döndü.

«Müqəddəs Kitab həyatları dəyişir» («Gözətçi qülləsi», 1 aprel 2012)