Kontentə keç

Mündəricatı göstər

Hazıram?

Hazıram?

Yığıncaqla birgə təbliğ etməyə hazıram?

Vəftiz olunmamış təbliğçi olmaq üçün gərək siz...

  • müntəzəm olaraq Müqəddəs Kitabı araşdırasınız, dua edəsiniz və yığıncaq görüşlərinə gələsiniz;

  • öyrəndiyiniz həqiqətləri qiymətləndirəsiniz, onlara inanasınız və başqalarına onlar haqda danışmaq istəyəsiniz;

  • Yehovanı sevəsiniz və dostlarınızı Onu sevən insanların arasından seçəsiniz;

  • siyasi təşkilatlarla, yaxud yalan dinlə əlaqəni tamamilə kəsəsiniz;

  • Yehovanın qayda-qanunlarına uyğun yaşayasınız və Yehovanın Şahidi olmaq istəyəsiniz.

Əgər yığıncaqla birgə təbliğ etməyə hazır olduğunuzu düşünürsünüzsə, bunu sizə dərs keçən məsihiyə bildirin. O, ağsaqqallardan xahiş edəcək ki, təbliğçi olmağa hazır olub-olmadığınız barədə sizinlə söhbət etsinlər.

Vəftiz olunmağa hazıram?

Vəftiz olunmağa hazır olmaq üçün gərək siz...

  • vəftiz olunmamış təbliğçi olasınız;

  • təbliğ işində bacardığınız qədər müntəzəm iştirak edəsiniz;

  • sadiq və ağıllı nökəri dəstəkləyəsiniz və göstərişlərinə əməl edəsiniz (Mətta 24:45—47);

  • duada özünüzü Yehovaya həsr edəsiniz və Ona əbədiyyən xidmət etmək istəyəsiniz.

Əgər vəftiz olunmağa hazır olduğunuzu düşünürsünüzsə, bunu sizə dərs keçən məsihiyə bildirin. O, ağsaqqallarla görüşməyiniz üçün tədbir görəcək. Ağsaqqallar vəftizə hazır olub-olmadığınız barədə sizinlə söhbət edəcəklər.