Kontentə keç

Mündəricatı göstər

Ön söz

Ön söz

«Həyat bələdçimiz olan ayələr» nəşri üzləşdiyiniz çətinliklərin öhdəsindən gəlməyə kömək edən əhvalatları və ayələri tapmağınızı asanlaşdıracaq. Həmçinin bu nəşr sizə başqalarını ruhlandırmaq və onlara Yehovanı şərəfləndirən qərarlar verməyə kömək etmək üçün lazım olan ayələri tapmaqda bələdçilik edəcək. Bunun üçün sizə maraqlı gələn mövzunu seçin. Hər mövzuda suallar və Müqəddəs Kitab əhvalatlarının qısa icmalı yer alıb. (Baxın: « Nəşrin istifadə qaydası» adlı çərçivə.) Bu nəşr sayəsində siz Müqəddəs Kitabdan ehtiyac duyduğunuz məsləhət və təsəllini alacaqsınız. Üstəlik, başqaları ilə də bölüşə biləcəyiniz dəyərli fikirlər tapacaqsınız. Bunun sayəsində onlara müsbət əhval-ruhiyyələrini qorumağa, problemlərinin öhdəsindən gəlməyə, faydalı məsləhətlər tapıb ruhlanmağa kömək edəcəksiniz.

Bu nəşrdə gətirilən mövzulara aid ayələrin hamısı yer almır. Nəşr sadəcə mövzuya dair daha münasib ayələri tapmağa kömək edir, amma əlavə məlumata ehtiyacınız olsa, başqa vəsaitlərdən istifadə edə bilərsiniz (Ms 2:1—6). Dərindən araşdırma aparmaq üçün «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»ndəki çarpaz istinadlardan və «Yehovanın Şahidlərinin nəşrləri üzrə axtarış» vəsaitindən istifadə edin. Bu vəsaitlər sizə kömək edəcək ki, nəşrlərimizdən həmin ayə ilə bağlı ən yeni izahatları tapa biləsiniz.

Qoy «Həyat bələdçimiz olan ayələr» nəşri sizə Müqəddəs Kitabdakı hikmətə, biliyə və dərrakəyə yiyələnməyə kömək etsin. Bu nəşrdən istifadə etdikcə «Allahın sözü canlı və qüdrətlidir» sözlərinin doğruluğuna əmin olacaqsınız (İb 4:12).