Kontentə keç

Mündəricatı göstər

Məsləhət

Məsləhət

Məsləhət veriləndə

Nəyə görə Müqəddəs Kitaba əsaslanan məsləhətlər axtarmalıyıq?

Nəyə görə məsləhətə qulaq asmaq özünə bəraət qazandırmaqdan yaxşıdır?

Ms 12:15; 29:1

Həmçinin baxın: Ms 1:23—31; 15:31

  • Müqəddəs Kitab əhvalatı:

    • 1İş 15:3, 9—23. İşmuil peyğəmbər Talut padşahı məzəmmət edəndə o özünə bəraət qazandırdı və məsləhəti rədd etdi, buna görə də Yehova ondan üz döndərdi

    • 2Sm 25:14—16, 27. Amisay padşah günah etdi və Yehovanın peyğəmbərinin məsləhətinə qulaq asmadı, buna görə də Yehovanın müdafiəsini və razılığını itirdi

Bizə məsləhət verən nəzarətçilərə nəyə görə hörmət göstərməliyik?

1Sk 5:12; 1Tm 5:17; İb 13:7, 17

  • Müqəddəs Kitab əhvalatı:

    • 3Yh 9, 10. Yaşlı həvari Yəhya Diotrefi yığıncaqdakı nəzarətçilərə hörmət etmədiyi üçün məzəmmət etmişdi

Yaşlılara nəyə görə qulaq asmalıyıq?

Lv 19:32; Ms 16:31

Həmçinin baxın: Əy 12:12; 32:7; Tt 2:3—5

  • Müqəddəs Kitab əhvalatı:

    • 1İş 23:16—18. Davud padşah özündən 30 yaş böyük Yonatanın məsləhətinə qulaq asdı və ruhlandı

    • 1Pd 12:1—17. Rəhabam padşah böyüklərin faydalı məsləhətinə qulaq asmaq əvəzinə, cavanların ağılsız məsləhətinə qulaq asdı və nəticədə fəlakət baş verdi

Haradan bilirik ki, Yehovaya xidmət edən sadiq qadınlar və gənclər dəyərli məsləhətlər verə bilərlər?

Əy 32:6, 9, 10; Ms 31:1, 10, 26; Vz 4:13

Həmçinin baxın: Zb 119:100

  • Müqəddəs Kitab əhvalatı:

    • 1İş 25:14—35. Davud padşah Abiqayilin məsləhətinə qulaq asdı və nəticədə, çoxlu sayda günahsız insan sağ qaldı

    • 2İş 20:15—22. Abil şəhərindən olan bir müdrik qadının verdiyi məsləhət bütün şəhəri xilas etdi

    • 2Pd 5:1—14. Balaca israilli qız şücaətli sərkərdəyə cüzamdan qurtulması üçün məsləhət verdi

Nəyə görə Yehovaya və ya Onun Kəlamına hörmət etməyən insanların məsləhətinə qulaq asmamalıyıq?

Zb 1:1; Ms 4:14

Həmçinin baxın: Lk 6:39

  • Müqəddəs Kitab əhvalatı:

    • 1Sm 10:13, 14. Talut padşah Yehovanın yox, cindarın verdiyi məsləhətə qulaq asdı və itaətsizliyinə görə öldü

    • 2Sm 22:2—5, 9. Yanlış insanların məsləhətinə qulaq asdığı üçün Əhəzya öldü

    • Əy 21:7, 14—16. Əyyub Yehovaya hörmət etməyən insanların fikirlərini rədd etdi

Məsləhət verəndə

Nəyə görə məsləhət verməzdən əvvəl yaxşı olardı ki, qulaq asaq, bütün faktları, eləcə də hər iki tərəfin fikrini öyrənək?

Ms 18:13, 17

Həmçinin baxın: Ms 25:8

  • Müqəddəs Kitab əhvalatı:

    • 1İş 1:9—16. Baş kahin Əli Hənnənin sərxoş olduğunu düşündü və bütün faktları bilmədən ona kobud şəkildə məsləhət verdi

    • Mt 16:21—23. Həvari Butrus bütün faktları bilmədiyi üçün İsa Məsihə Yehovanı yox, Şeytanı razı salan məsləhət verdi

Nəyə görə məsləhət verməzdən əvvəl duada Yehovadan bizə yol göstərməsini diləməliyik?

Zb 32:8; 73:23, 24; Ms 3:5, 6

  • Müqəddəs Kitab əhvalatı:

    • Çx 3:13—18. Musa peyğəmbər israillilərin problemini həll etmək üçün Yehovadan kömək istədi

    • 1Pd 3:5—12. Gənc padşah Süleyman özünə arxalanmadı, o, Yehovadan hikmət istədi və buna görə də Yehova Ona bərəkət verdi

Nəyə görə verdiyimiz məsləhətlər və cavablar Allahın Kəlamına əsaslanmalıdır?

Zb 119:24, 105; Ms 19:21; 2Tm 3:16, 17

Həmçinin baxın: Qn 17:18—20

  • Müqəddəs Kitab əhvalatı:

    • Mt 4:1—11. İsanın Şeytana verdiyi cavablar öz hikmətinə yox, Allahın Kəlamına əsaslanırdı

    • Yh 12:49, 50. İsa insanlara Atasından aldığı təlimləri öyrədirdi; bu sahədə o bizə gözəl nümunə qoyub

Məsləhət verərkən nəyə görə nəzakətli olmalıyıq və imkan yarananda insanı səmimi şəkildə tərifləməliyik?

Qt 6:1; Kl 3:12

Həmçinin baxın: Əş 9:6; 42:1—3; Mt 11:28, 29

  • Müqəddəs Kitab əhvalatı:

    • 2Sm 19:2, 3. Yehova peyğəmbəri vasitəsilə Yəhuşafat padşahı məzəmmət etdi, amma sonra onu etdiyi yaxşı işlərə görə təriflədi

    • Vh 2:1—4, 8, 9, 12—14, 18—20. İsa bir neçə yığıncağa məsləhət verməzdən əvvəl onları təriflədi

Əgər hansısa məsihi bizə dindaşının ona fırıldaq gəldiyini, böhtan atdığını deyib şikayət edirsə, nəyə görə onu həmin dindaşı ilə danışmağa təşviq etməliyik?

Mt 18:15—17; Lk 17:3

Həmçinin baxın: Lv 19:17

Haqsızlıqla üzləşdiyi düşünən dindaşımızı mərhəmətli, səbirli və bağışlayan olmağa necə təşviq edə bilərik?

Mt 18:21, 22; Mr 11:25; Lk 6:36; Ef 4:32; Kl 3:13

Həmçinin baxın: Mt 6:14; 1Kr 6:1—8; 1Bt 3:8, 9

  • Müqəddəs Kitab əhvalatı:

    • Mt 18:23—35. İsa bağışlamağın vacibliyini göstərən çox gözəl bir nümunə çəkdi

Nəyə görə məsləhət verəndə Yehovanın prinsiplərinə uyğun davranmağa qətiyyətli olmalıyıq?

Zb 141:5; Ms 17:10; 2Kr 7:8—11

  • Müqəddəs Kitab əhvalatı:

    • 1İş 15:23—29. İşmuil peyğəmbər Talut padşaha məsləhət verməkdən çəkinmədi

    • 1Pd 22:19—28. Mikay peyğəmbər Əhəb padşah tərəfindən zorakılığa və pis rəftara məruz qalsa da, onu xəbərdar etməkdən çəkinmədi

İnsanı ruhdan salmadan ona necə məsləhət verə bilərik?

İb 12:11—13

  • Müqəddəs Kitab əhvalatı:

    • Lk 22:31—34. Həvari Butrus ciddi səhvlər etsə də, İsa əmin idi ki, o, başqalarını ruhlandıra biləcək

    • Fm 21. Həvari Bulus əmin idi ki, Filimon Allahın iradəsinə məqbul olan məsləhətə əməl edəcək

Narahatlıq və məyusluq keçirən insana məsləhət verərkən nəyə görə şəfqətli olmalıyıq?

Günah edən şəxsə Yehova ilə münasibətlərini bərpa etməyə kömək etmək istədiyimizi necə göstərə bilərik?

Yaşından və cinsindən asılı olmayaraq məsləhət verdiyimiz kəsə hörmət etdiyimizi necə göstərə bilərik?

Nəyə görə ağsaqqallar dəfələrlə verilən Müqəddəs Kitab məsləhətinə əməl etməyən insana davamlı olaraq düzəliş etməlidirlər?