Kontentə keç

Mündəricatı göstər

Ruhlandırmaq

Ruhlandırmaq

Nəyə görə Allahın xidmətçilərinin bir-birlərini ruhlandırmaları vacibdir?

Əş 35:3, 4; Kl 3:16; 1Sk 5:11; İb 3:13

  • Müqəddəs Kitab əhvalatı:

    • 2Sm 32:2—8. Xalq darda olanda Hizqiyyə padşah onlara ürək-dirək verdi

    • Dn 10:2, 8—11, 18, 19. Bir mələk taqətdən düşmüş və ahıl yaşda olan Dənyal peyğəmbəri ruhlandırdı və möhkəmləndirdi

Ağsaqqalların başqalarını ruhlandırmaqla bağlı hansı məsuliyyəti var?

Əş 32:1, 2; 1Bt 5:1—3

Həmçinin baxın: Mt 11:28—30

  • Müqəddəs Kitab əhvalatı:

    • Qn 3:28; 31:7, 8. Musa peyğəmbər Yehovadan göstəriş alan kimi xələfi Yuşəni ruhlandırıb möhkəmləndirdi

    • Hv 11:22—26; 14:22. Təqiblər zamanı həvari Bulus və Barnəba Antakyadakı məsihiləri ruhlandırdı

Nəyə görə başqalarını ruhlandırarkən səmimi şəkildə tərifləmək önəmlidir?

Ms 31:28, 29; 1Kr 11:2

  • Müqəddəs Kitab əhvalatı:

    • Hk 11:37—40. İsrailli qızlar hər il İftahın qızını ziyarət edib onu göstərdiyi fədakarlığa görə tərifləyirdilər

    • Vh 2:1—4. İsa Efesdəki məsihilərə irad tutmazdan öncə onları yaxşı əməllərinə görə tərifləmişdi

Dindaşlarımızı necə ruhlandıra bilərik?

Ms 15:23; Ef 4:29; Fp 1:13, 14; Kl 4:6; 1Sk 5:14

Həmçinin baxın: 2Kr 7:13, 15, 16

  • Müqəddəs Kitab əhvalatı:

    • 1İş 23:16—18. Yonatan gənc dostu Davudun darda olduğunu biləndə yanına gedib onu ruhlandırmışdı

    • Yh 16:33. İsa şagirdlərinə nümunə qoydu və onları əmin etdi ki, onlar da dünyaya qalib gələ bilərlər

    • Hv 28:14—16. Bulusun məhkəmə ilə əlaqədar Romaya gəldiyini eşidən dindaşları onu qarşılayıb ruhlandırdılar; onları görən Bulus ürəkləndi

Nəyə görə mənfi əhval-ruhiyyədən qaçmalıyıq və başqalarına hörmət etməliyik?

Fp 2:14—16; Yd 16—19

  • Müqəddəs Kitab əhvalatı:

    • Sy 11:10—15. Xalqın itaətsizliyi və bədbinliyi Musa peyğəmbəri pərişan etdi

    • Sy 13:31, 32; 14:2—6. On kəşfiyyatçının bədbin danışığı xalqı ruhdan saldı və onları üsyana qaldırdı

Dindaşlarımızla vaxt keçirmək bizi necə ruhlandırır?

Ms 27:17; Rm 1:11, 12; İb 10:24, 25; 12:12

  • Müqəddəs Kitab əhvalatı:

    • 2Sm 20:1—19. Yəhuşafat padşah böyük ordunun hücumuna məruz qalanda xalqı bir yerə toplayıb dua etdi

    • Hv 12:1—5, 12—17. Həvari Yaqub qətlə yetiriləndən, həvari Butrus isə həbsə salınandan sonra Yerusəlimdəki məsihilər bir yerə yığışıb dua etdilər

Keşməkeşli dönəmlərdə müsbət əhval-ruhiyyə bizə necə güc verə bilər?

Hv 5:40, 41; Rm 8:35—39; 1Kr 4:11—13; 2Kr 4:16—18; 1Bt 1:6, 7

  • Müqəddəs Kitab əhvalatı:

    • Yr 39:19—23; 40:1—8. Yalandan ittiham olunub haqsız yerə həbsə atılan Yusif sadiq qaldı və başqalarına ürəkdən kömək əlini uzatdı

    • 2Pd 6:15—17. Əlyəsə böyük təhlükə qarşısında mətin qaldı, üstəlik, nökərinin qorxuya düşməməsi üçün dua etdi

Allahın Kəlamı bizi ruhlandırır

Yehovanın bizə kömək edəcəyini haradan bilirik?

Yehovanın səbri və mərhəməti haqda düşünəndə nəyə görə ruhlanırıq?

Yehova taqətdən düşənlərə necə kömək edə bilər?

Zb 46:1; Əş 12:2; 40:29—31; Fp 4:13

  • Müqəddəs Kitab əhvalatı:

    • 1İş 1:10, 11, 17, 18. Hənnə taqətdən düşmüş halda Yehovaya dua etdi və Yehova ona kömək etdi

    • 1Pd 19:1—19. Yehova ruhdan düşmüş İlyası yemək və su ilə təmin etdi; diqqətini müsbət şeylərə cəmləməyə kömək etdi

Müqəddəs Kitabdakı vədlər bizə necə cəsarət verə bilər?

2Sm 15:7; Zb 27:13, 14; İb 6:17—19; 12:2

  • Müqəddəs Kitab əhvalatı:

    • Əy 14:1, 2, 7—9, 13—15. Dirilmənin olacağını bilmək həyatının ən zülmət çağında belə Əyyuba təsəlli verdi

    • Dn 12:13. Mələk təxminən 100 yaşına çatmış Dənyal peyğəmbərə gələcəkdə alacağı nemətlərdən danışaraq təsəlli verdi

Yehovaya dua etmək və Onun haqqında bildiklərimiz üzərində düşünmək bizi necə ruhlandıra bilər?

Zb 18:6; 56:4, 11; İb 13:6

  • Müqəddəs Kitab əhvalatı:

    • 1İş 30:1—9. Davud padşah çətinliklə üzləşəndə Yehovaya üz tutdu və Yehova ona güc verdi

    • Lk 22:39—43. İsa həyatının ən çətin sınağı ilə üz-üzə qalanda hərarətlə dua etdi; duasına cavab olaraq Yehova mələyini göndərib onu ruhlandırdı

Şad xəbərlər eşitmək və onları başqaları ilə bölüşmək insanı necə ruhlandırır?

Ms 15:30; 25:25; Əş 52:7

  • Müqəddəs Kitab əhvalatı:

    • Hv 15:2—4. Həvari Bulus və Barnəba ziyarət etdikləri yığıncaqları çox ruhlandırırdılar

    • 3Yh 1—4. Yaşa dolmuş həvari Yəhya xoş xəbəri sədaqətlə müjdələyənlər haqda eşidəndə çox ruhlanırdı