Kontentə keç

Mündəricatı göstər

Dözüm

Dözüm

Yehovanın xidmətçilərinə dözüm gərəkdir?

Haradan bilirik ki, bəzi insanlar çatdırdığımız xəbərə laqeyd yanaşacaqlar, hətta bizi təqib edəcəklər?

Mt 10:22; Yh 15:18, 19; 2Kr 6:4, 5

  • Müqəddəs Kitab əhvalatı:

    • 2Bt 2:5; Yr 7:23; Mt 24:37—39. İnsanlar salehlik carçısı olan Nuhu dinləmədilər, nəticədə, yalnız o və ailəsi daşqından sağ çıxdı

    • 2Tm 3:10—14. Həvari Bulus dözüm göstərməkdə Timutiyə nümunə qoymuşdu

Haradan bilirik ki, hətta ailə üzvlərimiz bizə qarşı çıxa bilərlər?

Mt 10:22, 36—38; Lk 21:16—19

  • Müqəddəs Kitab əhvalatı:

    • Yr 4:3—11; 1Yh 3:11, 12. Öz əməlləri pis, qardaşınınkı isə saleh olduğu üçün Qabil Habili öldürdü

    • Yr 37:5—8, 18—28. Qardaşlarının Yusifə hücum edib onu qul kimi satmalarının səbəblərindən biri Yusifin Yehovadan gələn röyanı onlara danışması idi

Təqiblər zamanı nəyə görə ölümdən qorxmamalıyıq?

Mt 10:28; 2Tm 4:6, 7

Həmçinin baxın: Vh 2:10

  • Müqəddəs Kitab əhvalatı:

    • Dn 3:1—6, 13—18. Sədrah, Misah və Abidnağu bütpərəstlik etməmək üçün ölməyə razı idilər

    • Hv 5:27—29, 33, 40—42. Həvarilər ölümlə hədələnsələr də, təbliğ etməyə davam etdilər və dözüm göstərdilər

Tənbeh olunanda belə Yehovaya sadiq qalmağa bizə nə kömək edəcək?

Ms 3:11, 12; İb 12:5—7

  • Müqəddəs Kitab əhvalatı:

    • Sy 20:9—12; Qn 3:23—28; 31:7, 8. Yehova Musa peyğəmbəri cəzalandırdı və o buna görə pis oldu. Bununla belə, Musa axıra qədər imanla dözdü

    • 2Pd 20:12—18; 2Sm 32:24—26. Hizqiyyə padşah günaha yol verdi və buna görə Yehova onu cəzalandırdı; o, qürurunu sındırdı və sona qədər sədaqətini qorudu

Başqalarının sədaqətsizliyi dözümümüzü necə sınaya bilər?

Ər 1:16—19; Hb 1:2—4

  • Müqəddəs Kitab əhvalatı:

    • Zb 73:2—24. Məzmurçu pislərin xoş güzəranını görəndə Yehovaya əbəs yerə dözümlə xidmət etdiyini düşünməyə başladı

    • Yh 6:60—62, 66—68. Çoxları İsadan üz döndərsələr də, həvari Butrus imanda dözümlü olmağa qətiyyətli idi

Dözüm göstərməyə nə bizə kömək edə bilər?

Yehovaya bağlı qalmaq

Allahın Kəlamından bilik əldə edib, üzərində düşünmək

Yehovaya müntəzəm olaraq ürəkdən dua etmək

Rm 12:12; Kl 4:2; 1Bt 4:7

  • Müqəddəs Kitab əhvalatı:

    • Dn 6:4—11. Öləcəyini bilsə də, Dənyal peyğəmbər açıq-aşkar şəkildə və müntəzəm olaraq dua edirdi

    • Mt 26:36—46; İb 5:7. Yerüzü həyatının son gecəsində İsa hərarətlə dua etdi və başqalarını da buna təşviq etdi

Müntəzəm olaraq dindaşlarımızla birgə yığışıb ibadət etmək

Diqqətimizi Yehovanın vəd etdiyi nemətlərə cəmləmək

Yehovaya və bacı-qardaşlarımıza məhəbbətimizi artırmaq

İmanımızı möhkəmləndirmək

Çətinliklər zamanı sağlam düşüncəni qorumaq

Sonadək dözümlü qalmağın hansı faydaları var?

Yehovaya şərəf gətiririk

Ms 27:11; Yh 15:7, 8; 1Bt 1:6, 7

  • Müqəddəs Kitab əhvalatı:

    • Əy 1:6—12; 2:3—5. Şeytan Əyyubun sədaqətini sual altına alaraq Yehovaya meydan oxudu; Şeytanın haqsız və yalançı olduğunu sübut olunması üçün Əyyuba axıra qədər sədaqət göstərib dözmək lazım idi

    • Rm 5:19; 1Bt 1:20, 21. Adəmdən fərqli olaraq İsa ölənə qədər dözüm göstərdi və sadiq qaldı. Bununla da bu vacib suala cavab verdi: kamil insan ən çətin sınaq qarşısında kamilliyini qoruya bilər?

Başqalarını dözüm göstərməyə təşviq edirik

Dözüm sayəsində xidmətdə uğur qazanırıq

Yehovanın rəğbətini qazanıb vəd olunmuş mükafatı alacağıq