Kontentə keç

Mündəricatı göstər

İtaətkarlıq

İtaətkarlıq

İtaətkarlıq nə dərəcədə vacibdir?

Çx 19:5; Qn 10:12, 13; Vz 12:13; Yq 1:22

  • Müqəddəs Kitab əhvalatı:

    • 1İş 15:17—23. Talut padşah Yehovaya itaət etmədiyinə görə İşmuil peyğəmbər onu məzəmmət etdi, ona itaətkarlığın vacibliyini vurğuladı

    • İb 5:7—10. İsa Allahın kamil Oğlu idi; o, pis rəftara məruz qalmağına baxmayaraq, yerüzü həyatının sonuna kimi Yehovaya itaətkar qaldı

İnsan hökumətləri Allahın sözündən çıxmağı əmr edəndə məsihi necə davranmalıdır?

Hv 5:29

  • Müqəddəs Kitab əhvalatı:

    • Dn 3:13—18. Üç sadiq ibrani həyatları bahasına olsa da, Navuxodonosor padşahın qoydurduğu heykələ səcdə etməkdən imtina etdilər

    • Mt 22:15—22. İsa izah etdi ki, insan hökumətləri Allahın qanununu pozmağı tələb etmədiyi halda davamçıları onlara itaət edir

    • Hv 4:18—31. Hətta hökumət qadağan etsə də, həvarilər cəsarətlə təbliğ etməyə davam edirdi

Yehovanın əmrlərinə həmişə itaət etmək üçün nə etməliyik?

Qn 6:1—5; Zb 112:1; 1Yh 5:2, 3

Həmçinin baxın: Zb 119:11, 112; Rm 6:17

  • Müqəddəs Kitab əhvalatı:

    • Üz 7:7—10. Sadiq kahin Üzeyir Allahın qanununa itaət etməyi ürəyində qət etmişdi və bunu başqalarına da öyrədirdi

    • Yh 14:31. İsa Atasının əmrlərinə tam əməl etməsinin səbəbini açıqladı

Yehovaya və İsaya itaət etməyə bizi nə təşviq etməlidir?

İtaətkarlığımız imanımızı necə əks etdirir?

Rm 1:5; 10:16, 17; Yq 2:20—23

Həmçinin baxın: Qn 9:23

  • Müqəddəs Kitab əhvalatı:

    • Yr 6:9—22; İb 11:7. Nuh gəmini Yehovanın dediyi kimi tikməklə imanını göstərdi

    • İb 11:8, 9, 17. İbrahim həm Urdan çıxmaqla, həm də oğlunu qurban verməyə hazır olmaqla Yehovanın əmrinə itaət etdi, bununla da imanını göstərdi

Yehova itaətkar insanlara necə xeyir-bərəkət verir?

Ər 7:23; Mt 7:21; 1Yh 3:22

  • Müqəddəs Kitab əhvalatı:

    • Lv 26:3—6. Yehova Ona itaət edənlərə söz verib ki, həm qayğılarına qalacaq, həm də onları nemət sahibi edəcək

    • Sy 13:30, 31; 14:22—24. Kalib itaətkar idi və buna görə də Yehova ona nemətlər bəxş etdi

İtaətsizlik nəyə gətirib çıxarır?

Rm 5:19; 2Sk 1:8, 9

  • Müqəddəs Kitab əhvalatı:

    • Yr 2:16, 17; 3:17—19. Yehovanın sözündən çıxdıqları üçün Adəmlə Həvva Cənnəti, kamilliyi və əbədi həyatı itirdi

    • Qn 18:18, 19; Hv 3:12, 18, 22, 23. Yehova qabaqcadan bildirdi ki, Musadan da böyük Peyğəmbər gələcək və ona itaət etməyənlərin aqibəti pis olacaq

    • Yd 6, 7. Üsyankar mələklər, eləcə də Sədum və Əmurə şəhərinin sakinləri itaətsizliklərinə görə Yehovanın qəzəbinə tuş gəldilər

Nəyə görə İsa Məsihə itaət etməliyik?

Yr 49:10; Mt 28:18

  • Müqəddəs Kitab əhvalatı:

    • Yh 12:46—48; 14:24. İsa izah etmişdi ki, onun sözlərinə itaət etməyənlər mühakimə olunacaqlar

Məsihilər yığıncaqlardakı nəzarətçilərə nəyə görə itaət etməlidirlər?

Məsihi qadın ərinə nəyə görə tabe olmalıdır?

Uşaqlar valideynlərinə nəyə görə itaət etməlidirlər?

Ms 23:22; Ef 6:1; Kl 3:20

  • Müqəddəs Kitab əhvalatı:

    • Yr 37:3, 4, 8, 11—13, 18. Gənc Yusif atasına itaət edirdi və qardaşları ona nifrət etsə də, onları görməyə etdi

    • Lk 2:51. İsa kamil olsa da, qeyri-kamil valideynlərinə itaət edirdi

Nəyə görə hətta başqaları görməsə də, işdə müdirə tabe olmaq düzgün olardı?

Nəyə görə məsihilər hökumətə tabe olurlar?