Kontentə keç

Mündəricatı göstər

Qocalıq; qocalar

Qocalıq; qocalar

İnsan yaşa dolanda nə baş verir?

Zb 71:9; 90:10

Həmçinin baxın: «Təsəlli. Xəstəliyin və ya yaşlılığın gətirdiyi məhdudiyyətlər»

  • Müqəddəs Kitab əhvalatı:

    • Vz 12:1—8. Süleyman padşah poetik dildə qocalığın özü ilə gətirdiyi görmə («pəncərədən baxan xanımların gözü qaranlıq görəcək») və eşitmə qabiliyyətinin zəifləməsi («mahnı oxuyan bütün qızların səsi zəifləyəcək») kimi bəzi çətinlikləri təsvir etmişdi

Sınaqlara və qocalığın gətirdiyi məhdudiyyətlərə baxmayaraq, qocalar sevinclərini qoruya bilərlər?

2Kr 4:16—18; Yq 1:2—4

  • Müqəddəs Kitab əhvalatı:

    • 1İş 12:2, 23. Yaşlı peyğəmbər İşmuil Yehovanın xalqı üçün dua etməyin vacibliyini dərk edirdi

    • 2İş 19:31—39. Davud padşah onu sədaqətlə dəstəklədiyinə görə yaşlı Bərzillaya minnətdarlığını bildirdi; Davud Bərzillaydan gücündən artığını xahiş edəndə o, təvazökarlıqla məhdudiyyətlərini etiraf etdi

    • Zb 71:9, 18. Qoca vaxtında heç bir işə yaramadığını düşünən Davud padşah yalvarıb Yehovadan güc istədi ki, gələcək nəsillərə Onun haqda danışa bilsin

    • Lk 2:36—38. Yaşlı qadın peyğəmbər Hənnə sədaqətinə və imanına görə Yehovadan nemət aldı

Yehova qocalara dəyər verdiyini necə göstərir?

Zb 92:12—14; Ms 16:31; 20:29; Əş 46:4; Tt 2:2—5

  • Müqəddəs Kitab əhvalatı:

    • Yr 12:1—4. İbrahim 75 yaşı olanda Yehovadan həyatını kökündən dəyişən bir tapşırıq aldı

    • Dn 10:11, 19; 12:13. Dənyal təxminən 90 yaşında olanda mələk onun yanına gəlib Yehova üçün dəyərli olduğunu və sədaqətinə görə mükafat alacağına bildirdi

    • Lk 1:5—13. Yehova Zəkəriyyəyə və İlsəbaya qoca yaşında möcüzəvi şəkildə oğul bəxş etdi

    • Lk 2:25—35. Yehova yaşlı Şəmuna gələcəkdə Məsih olacaq körpəni görməyi nəsib etdi; Şəmun Məsih haqda peyğəmbərlik etdi

    • Hv 7:23, 30—36. Yehova Musa peyğəmbərə xalqına başçılıq etməyi tapşıranda onun 80 yaşı var idi

Sədaqətlərini qorumuş yaşlı insanlarla necə davranmalıyıq?

Lv 19:32; 1Tm 5:1

  • Müqəddəs Kitab əhvalatı:

    • Yr 45:9—11; 47:12. Yusif qoca atası Yaqubu qarşılamaq üçün adam göndərdi; atası ölənə qədər onun qeydinə qaldı

    • Rt 1:14—17; 2:2, 17, 18, 23. Rut sözləri və hərəkətləri ilə yaşlı Naiməyə dayaq olurdu

    • Yh 19:26, 27. İsa işgəncə dirəyində olanda sevimli həvarisi Yəhyaya buyurmuşdu ki, anasının qeydinə qalsın

Yığıncaqdakı yaşlı dindaşlarımıza necə kömək edə bilərik?