Kontentə keç

Mündəricatı göstər

Dua

Dua

Haradan bilirik ki, Yehova dualarımızı dinləyir və onlara cavab verir?

Zb 65:2; 145:18; 1Yh 5:14

Həmçinin baxın: Zb 66:19; Hv 10:31; İb 5:7

  • Müqəddəs Kitab əhvalatı:

    • 1Pd 18:36—38. Yehova İlyas peyğəmbərin Karmel dağında Baal peyğəmbərlərinin qarşısında etdiyi duaya dərhal cavab verdi

    • Mt 7:7—11. İsa bizi israrla dua etməyə təşviq edir və əmin edir ki, Yehova övladlarını sevən ata kimi bizi dinləyir

Məsihilər yalnız kimə dua etməlidirlər?

Duada diləyimizi kimin adı ilə Allaha çatdırmalıyıq?

Yehova kimlərin duasını dinləyir?

Kimlərin duasını Yehova qəbul etmir?

Ms 15:29; 28:9; Əş 1:15; Mi 3:4; Yq 4:3; 1Bt 3:7

  • Müqəddəs Kitab əhvalatı:

    • Yş 24:9, 10. Bələmin dilədiyi şey Yehovanın iradəsinə məqbul olmadığı üçün O, Bələmin duasını qəbul etmədi

    • Əş 1:15—17. Xalqı ikiüzlü və əliqanlı olduğu üçün Yehova onların duasını dinləmədi

Adətən duanın sonunda nə deyirik və nə üçün?

Müqəddəs Kitaba əsasən dua edərkən xüsusi duruş tərzi tələb olunur?

Yehovanın xidmətçiləri Ona ibadət etmək üçün bir yerə toplaşanda nələr haqda dua edə bilərlər?

Hv 4:23, 24; 12:5

  • Müqəddəs Kitab əhvalatı:

    • 1Sm 29:10—19. Xalq məbəd üçün könüllü ianə toplayanda Davud padşah icmanın qarşısında dua etdi

    • Hv 1:12—14. Həvarilər, İsanın qardaşları, anası Məryəm və bəzi imanlı qadınlar Yerusəlimdə bir evin yuxarı otağında birgə dua etmişdilər

Nəyə görə dua edəndə insan heç vaxt özünü ucaltmamalıdır və ya başqalarında təəssürat yaratmağa çalışmamalıdır?

Yemək yeyəndə dua etmək lazımdır?

Yehovaya daima dua etmək nəyə görə vacibdir?

Rm 12:12; Ef 6:18; 1Sk 5:17; 1Bt 4:7

  • Müqəddəs Kitab əhvalatı:

    • Dn 6:6—10. Dənyal ölüm təhlükəsi ilə üz-üzə qalanda belə Yehovaya dua etmək vərdişindən əl çəkmədi

    • Lk 18:1—8. İsanın ədalətsiz hakimlə bağlı çəkdiyi məsəldə qadın israrla hakimdən onun məsələsinə ədalətlə baxmağı tələb edir və hakim məcbur qalıb bu məsələni həll edir; bu hakimdən fərqli olaraq, ədalətli Atamız Yehova xidmətçilərinin israrlı yalvarışlarına canla-başla hay verir

Duada Yehovadan bizi bağışlamasını xahiş ediriksə, necə davranmalıyıq?

2Sm 7:13, 14

  • Müqəddəs Kitab əhvalatı:

    • 2Pd 22:11—13, 18—20. Yuşiyyə padşah Yehovanın qarşısında özünü aşağı tutdu və Yehovanı razı salmağa can atdı, Yehova da ona böyük mərhəmət və xeyirxahlıq göstərdi

    • 2Sm 33:10—13. Mənəssə padşah özünü alçaldaraq dua etdi, Yehova da onu bağışlayıb taxtını geri qaytardı

Yehovanın bizi bağışlaması üçün nə etməliyik?

Yehovanın iradəsini dəstəklədiyimizi duada nəyə görə dilə gətirməliyik?

Dualarımızdan səmavi Atamıza iman etdiyimiz nəyə görə hiss olunmalıdır?

Aşağıdakı mövzular haqda dua edə bilərik:

Allahın adının müqəddəs tutulması

Allahın Padşahlığının bütün dünyanı idarə etməsi

Yehovanın iradəsini yerinə yetməsi

Maddi ehtiyaclarımız

Günahlarımızın bağışlanması

Sınaqlara dözə bilmək

Minnətdarlıq

Allahın iradəsini bilmək, qavramaq və hikmət əldə etmək

Ms 2:3—6; Fp 1:9; Yq 1:5

Həmçinin baxın: Zb 119:34

  • Müqəddəs Kitab əhvalatı:

    • 1Pd 3:11, 12. Süleyman padşahın Yehovadan hikmət diləməsi Onun xoşuna gəldi və buna görə də ona böyük hikmət bəxş etdi

Müqəddəs ruh diləmək üçün

Bacı-qardaşlarımız, xüsusi ilə də sınaqlarla üzləşənlər üçün

Yehovanı ucaltmaq

Zb 86:12; Əş 25:1; Dn 2:23

  • Müqəddəs Kitab əhvalatı:

    • Lk 10:21. Yehova ruhani həqiqətləri uşaq kimi təvazökar insanlara açdığı üçün İsa camaat içində Onu mədh etdi

    • Vh 4:9—11. Yehovanın səmavi ailəsi Ona layiq olduğu şanı, şərəfi verir

Hökumət nümayəndələrinin Yehovaya sülh içində ibadət etməyimizə və təbliğ işimizə izin verməsi üçün

Mt 5:44; 1Tm 2:1, 2

Həmçinin baxın: Ər 29:7

Vəftiz zamanı dua etmək olar?

Ruhani cəhətdən zəif olanlar üçün dua etmək düzgündür?

Nəyə görə kişilər adətən başıaçıq dua edirlər, amma qadınlar dua edəndə bəzən başlarını bağlayırlar?

Allah üçün Ona tez-tez və uzun-uzadı dua etməyimizdən daha vacibi nədir?

Mrs 3:41; Mt 6:7

  • Müqəddəs Kitab əhvalatı:

    • 1Pd 18:25—29, 36—39. İlyas Karmel dağında olanda Baal peyğəmbərləri bağıraraq öz allahlarını çağırdılar, amma bunun heç bir xeyri olmadı

    • Hv 19:32—41. Efesdəki bütpərəstlər iki saat Artemida ilahəsinə qışqıraraq həmd ucaltdılar, amma heç bir nəticə əldə etmədilər və şəhər rəhbərliyi onlara çığır-bağır salmağı qadağan etdi