Kontentə keç

Mündəricatı göstər

Müjdənin təbliği

Müjdənin təbliği

Nəyə görə bütün həqiqi məsihilər insanlar qarşısında imanlarını açıq şəkildə bəyan edirlər?

İsa təbliğ işində bizə hansı nümunəni qoyub?

Lk 8:1; Yh 18:37

  • Müqəddəs Kitab əhvalatı:

    • Lk 4:42—44. İsa demişdi ki, o təbliğ etmək üçün yer üzünə göndərilib

    • Yh 4:31—34. İsa demişdi ki, müjdənin təbliği onun üçün yemək kimidir

Təkcə yığıncaqdakı məsul qardaşlar təbliğ etməlidir?

Zb 68:11; 148:12, 13; Hv 2:17, 18

  • Müqəddəs Kitab əhvalatı:

    • 2Pd 5:1—4, 13, 14, 17. Balaca israilli qız aşşurlu ağasına Yehovanın peyğəmbəri Əlyəsə haqda danışdı

    • Mt 21:15, 16. İsa məbəddəki oğlanların onu tərifləməsinə etiraz edən baş kahinlərin və mirzələrin ittihamlarını boşa çıxardı

Məsihi nəzarətçilər təbliğ və təlim vermək işində hansı rolu oynayırlar?

Yehova və İsa təbliğ işində bizə necə kömək edirlər?

2Kr 4:7; Fp 4:13; 2Tm 4:17

  • Müqəddəs Kitab əhvalatı:

    • Hv 16:12, 22—24; 1Sk 2:1, 2. Həvari Bulus və əməkdaşları pis rəftara məruz qalsalar da, Allahın köməkliyi ilə cəsarətlə təbliğ etməyə davam etdilər

    • 2Kr 12:7—9. Həvari Bulusun cisminə tikan batırılmışdı, ehtimal ki, səhhətində problem var idi; bununla belə, Yehova ona təbliğ işini davam etdirməyə güc verirdi

Məsihilər hansı əsasla təbliğ edirlər?

1Kr 1:26—28; 2Kr 3:5; 4:13

  • Müqəddəs Kitab əhvalatı:

    • Yh 7:15. Camaat İsanın dini təhsil almadan çoxlu biliyə sahib olduğuna mat-məəttəl qalmışdı

    • Hv 4:13. Camaat İsanın həvarilərini savadsız hesab etsə də, onlar cəsarətlə təbliğ etməkdən qorxmurdular

Haradan bilirik ki, Yehova bizim başqalarına təbliğ etməyi və dərs keçməyi öyrətməyimizi istəyir?

Mr 1:17; Lk 8:1; Ef 4:11, 12

  • Müqəddəs Kitab əhvalatı:

    • Əş 50:4, 5. İsa yer üzünə gəlməzdən əvvəl göydə Yehovadan təlim almışdı

    • Mt 10:5—7. Yer üzündə olanda İsa səbirlə şagirdlərinə təbliğ etməyi öyrədirdi

Müjdənin təbliğinə necə yanaşmalıyıq?

Məsihi təbliğ edəndə hansı hissləri keçirir?

Təbliğdə nələr haqda danışırıq?

Nəyə görə məsihilər yalan təlimləri ifşa edirlər?

2Kr 10:4, 5

  • Müqəddəs Kitab əhvalatı:

    • Mr 12:18—27. İsa Müqəddəs Yazılardan əsas gətirərək saddukilərin dirilmə ilə bağlı yanıldıqlarını sübut etdi

    • Hv 17:16, 17, 29, 30. Həvari Bulus afinalılara bütpərəstliyin yanlış olduğunu izah etdi

Təbliğ işi necə həyata keçirilir?

Nəyə görə ictimai yerlərdə təbliğ etməliyik?

Haradan bilirik ki, təbliğ işi səbir və qətiyyət tələb edir?

Təbliğ etmək hansı yaxşı nəticələri gətirir?

Nəyə görə məsihi hər fürsətdən istifadə edib təbliğ etməlidir?

1Kr 9:23; 1Tm 2:4; 1Bt 3:15

  • Müqəddəs Kitab əhvalatı:

    • Yh 4:6, 7, 13, 14. İsa yorğun olsa da, ictimai yerdə səməriyyəli qadına təbliğ etdi

    • Fp 1:12—14. Həvari Bulus əqidəsinə görə həbs olunsa da, təbliğ etmək və başqalarını ruhlandırmaq üçün hər fürsətdən istifadə edirdi

Təbliğ etdiyimiz xəbərə hamının hay verəcəyini gözləməliyik?

Yh 10:25, 26; 15:18—20; Hv 28:23—28

  • Müqəddəs Kitab əhvalatı:

    • Ər 7:23—26. Yehova Ərəmya vasitəsilə xalqının dəfələrlə peyğəmbərlərinə qulaq asmadığını təsvir etmişdi

    • Mt 13:10—16. İsa açıqlamışdı ki, Əşiyanın dövründə olduğu kimi çoxları müjdəni eşidəcək, amma hay verməyəcək

Əksər insanlar bizi dinləməyə vaxtları olmadığını deyəndə biz niyə təəccüblənmirik?

Haradan bilirik ki, bəziləri əvvəl-əvvəl bizi dinləyəcəklər, amma sonra öyrənməyə davam etməyəcəklər?

Bəzilərinin təbliğ işinə sərt şəkildə qarşı çıxması bizi nəyə görə təəccübləndirmir?

Təbliğ etdiyimizə görə təqib olunanda nəyə görə təəccüblənməməliyik?

Nəyə görə əmin ola bilərik ki, müjdəyə hay verənlər olacaq?

Müjdəçilərin Allahın qarşısında hansı böyük məsuliyyəti var?

Nəyə görə dinindən, irqindən və milliyyətindən asılı olmayaraq, bütün insanlara təbliğ etməliyik?

Həftənin istənilən günü, eləcə də şənbə günü təbliğ etmək düzgündür?

Hansı nümunələr göstərir ki, hər kəsə, hətta öz Müqəddəs Kitabı və dini olan insanlara da təbliğ etmək düzgündür?