Kontentə keç

Mündəricatı göstər

Günah

Günah

Günah nədir və nəyə görə hamımıza təsir edir?

Müqəddəs Kitab günahlı meyillərə qarşı dura biləcəyimizə bizi necə əmin edir?

Rm 6:12—14

  • Müqəddəs Kitab əhvalatı:

    • 2İş 11:2—5, 14, 15, 26, 27; 12:1—13. Davud padşah çox böyük günahlar işlədi, ciddi cəza aldı və tövbə etdiyini əməldə göstərdi

    • Rm 7:15—24. Həvari Bulus iman, Allah qorxusu, eləcə də möminlik baxımından çox gözəl nümunə olsa da, yanlış düşüncə və istəklərlə mübarizə aparırdı

Cəhalət və hiyləgərlik insanları günaha necə sürükləyir?

Nəyə görə qəsdən günah etmək xüsusilə ciddi məsələdir?

Şeytan Allahın xidmətçilərini günaha sövq etmək üçün nədən istifadə edə bilər?

Ms 1:10, 11, 15; Mt 5:28; Yq 1:14, 15

  • Müqəddəs Kitab əhvalatı:

    • Yr 3:1—6. İlandan istifadə edərək Şeytan Həvvanı yoldan çıxardı, xudbin istəklərini təmin etməyə təşviq etdi və Yehovaya etibarını sarsıtdı

    • Ms 7:6—10, 21—23. Süleyman padşah ağılsız bir gəncin əxlaqsız qadının təklifinə necə uyduğunu təsvir etmişdi

Şeytanın təkliflərini necə rədd edə bilərik?

Ef 4:27; 6:10—18; Yq 4:7, 8

  • Müqəddəs Kitab əhvalatı:

    • Ms 5:1—14. Süleyman padşah əxlaqsızlığa gətirib çıxaran sınaqlardan nəyə görə və necə qaça biləcəyimizə dair ata nəsihəti vermişdi

    • Mt 4:1—11. İsa Allahın Kəlamına əsaslanaraq Şeytanın hiyləgərliklə etdiyi təkliflərə qarşı durmağa dair mükəmməl nümunə qoydu

Məsihilərin uzaq durmalı olduğu bəzi ciddi günahlar hansılardır?

Günahı etiraf etmək

Nəyə görə günahımızı gizlətməyə çalışmamalıyıq?

Günahlarımızı kimə etiraf etməliyik?

Yehovanın qarşısında kim bizim üçün vasitəçilik edərək «yardımçımız» kimi çıxış edir?

Günah işlədən şəxs tövbə etdiyini necə göstərə bilər?

Hv 26:20; Yq 4:8—10

Həmçinin baxın: «Tövbə»

  • Müqəddəs Kitab əhvalatı:

    • Çx 22:1—12. Musanın qanununa əsasən oğru oğurladığı şeyin dəyərini əşyanın sahibinə ödəməli idi

    • Lk 19:8, 9. Vergiyığanların başçısı Zəkkay tövbə etdiyini əməllərini dəyişərək və haqsızlıq etdiyi adamlara pullarını qaytarmaqla göstərdi

Nəyə görə Yehovanın bizi bağışlayacağına əmin ola bilərik?

Baxın: «Bağışlamaq»

Yehova ciddi günaha yol verən adama kömək etməyi və yığıncağı qorumağı kimə tapşırıb?

Yq 5:14, 15

Həmçinin baxın: Hv 20:28; Qt 6:1

Ciddi günaha yol verməyimizin ailə üzvlərimizə və yığıncaqdakı dindaşlarımıza hansı təsiri var?

İb 12:15, 16

Həmçinin baxın: Qn 29:18

  • Müqəddəs Kitab əhvalatı:

    • Yş 7:1—13, 20—26. Axan ciddi günaha yol verərək və onu ört-basdır etməyə çalışaraq bütün israillilərin başına bəla açdı

    • Yn 1:1—16. Yunus peyğəmbər Yehovanın sözündən çıxaraq özü ilə birlikdə gəmidə olanların həyatını təhlükəyə atdı

    • 1Kr 5:1—7. Həvari Bulus Korinfdə bütün yığıncağa zərər vuran ciddi günahı ifşa etdi

Nəyə görə cəza almaq qorxusu ağsaqqallardan kömək istəməyimizə əsla mane olmamalıdır?

Nəyə görə oturub-durub keçmiş günahımıza görə pis olmaqdansa, Yehovanın bizi bağışladığına əmin olmalıyıq?

Baxın: «Bağışlamaq»

Nəyə görə kiminsə ciddi günaha yol verdiyini biləndə onun günahını ağsaqqallara etiraf etdiyindən əmin olmalıyıq?

Lv 5:1

  • Müqəddəs Kitab əhvalatı:

    • Qn 13:6—9; 21:18—20. Musanın qanununda tələb olunurdu ki, insan hətta ailə üzvünün və ya yaxınının ciddi günahını gizlətməməlidir