Kontentə keç

Mündəricatı göstər

İş

İş

İşlə sevinc arasında hansı əlaqə var?

İşi yaxşı mənimsəməyin hansı üstünlükləri var?

Ms 22:29

  • Müqəddəs Kitab əhvalatı:

    • 1İş 16:16—23. Gənc Davud mahir musiqiçi kimi şöhrət qazanmışdı və bu istedadı sayəsində o, İsrail padşahına sakitlik tapmağa kömək edə bildi

    • 2Sm 2:13, 14. Hiramabi mahir usta olduğu üçün Süleyman padşah onu tikinti işində istifadə edə bildi

Yehovanın xidmətçiləri işdə yaxşı ad qazanmağa nəyə görə can atırlar?

Ef 4:28; Kl 3:23

  • Müqəddəs Kitab əhvalatı:

    • Yr 24:10—21. Rəfəqə İbrahimin nökəri üçün onun istədiyindən də çox şey etdi və bundan onun zəhmətkeş olduğu göründü

    • Fp 2:19—23. Timuti başqaları üçün canla-başla və təvazökarlıqla çalışdığı üçün həvari Bulus ona vacib təyinat verdi

Nəyə görə Allahın xidmətçiləri tənbəlliyin daşını atmalıdırlar?

Ms 13:4; 18:9; 21:25, 26; Vz 10:18

  • Müqəddəs Kitab əhvalatı:

    • Ms 6:6—11. Süleyman padşah qarışqanı misal çəkərək tənbəl yox, zəhmətkeş olmağı öyrətdi

Nəyə görə ehtiyaclarımızı ödəmək üçün çalışqan olmaq lazımdır?

Nəyə görə ailəmizin qeydinə qalmaq üçün zəhmətkeş olmalıyıq?

1Tm 5:8

  • Müqəddəs Kitab əhvalatı:

    • Rt 1:16, 17; 2:2, 3, 6, 7, 17, 18. Gənc yaşında dul qalan Rut gecə-gündüz çalışıb qayınanası Naiməyə baxırdı

    • Mt 15:4—9. İsa Allaha ibadət etdiyini bəhanə edib valideynlərinin qeydinə qalmayan insanları mühakimə etmişdi

Nəyə görə məsihilər qazanclarından başqalarına kömək etmək üçün istifadə etməlidirlər?

Qazandığımız məvacibə necə yanaşmalıyıq?

Haradan bilirik ki, Yehova bizə işimizin öhdəsindən gəlməyə və maddi ehtiyaclarımızı ödəməyə kömək etmək istəyir?

Mt 6:25, 30—32; Lk 11:2, 3; 2Kr 9:10

  • Müqəddəs Kitab əhvalatı:

    • Yr 31:3—13. Laban kürəkəni və işçisi Yaquba qarşı haqsızlıq etdi, amma Yehova zəhmətkeş Yaqubun işini avand etdi

    • Yr 39:1—6, 20—23. Yusif həm Fitfirin evində qul olanda, həm də həbsdə olanda Yehova onun zəhmətinə bərəkət vermişdi

Nəyə görə işimiz heç vaxt Allaha xidmətimizdən vacib olmamalıdır?

Zb 39:5—7; Mt 6:33; Yh 6:27

  • Müqəddəs Kitab əhvalatı:

    • Lk 12:15—21. İsa maddi sərvəti ruhani sərvətdən üstün tutmağın ağılsızlıq olduğunu izah etmək üçün bir məsəl çəkmişdi

    • 1Tm 6:17—19. Həvari Bulus varlı məsihilərə məsləhət verdi ki, təkəbbürlü olmasınlar və «xeyirli işlərlə zəngin» olsunlar

İş seçimində hansı prinsipləri əldə rəhbər tutmalıyıq?

Yehovanın yolunda çalışmaq

Məsihilərin gördüyü ən vacib iş hansıdır?

Nəyə görə Yehovaya xidmətdə əlimizdən gələni etməyə can atırıq?

Nəyə görə hamıdan Yehovaya eyni dərəcədə xidmət etməyi gözləməməliyik?

Qt 6:3—5

  • Müqəddəs Kitab əhvalatı:

    • Mt 25:14, 15. İsanın çəkdiyi məsəl göstərir ki, o, bütün davamçılarından eyni miqdarda iş görmələrini gözləmir

    • Lk 21:2—4. İsa kasıb dul qadının etdiyi kiçik ianənin böyük dəyərini vurğuladı

Yehovaya xidmətdə bizə tapşırılan işi yerinə yetirmək üçün haradan güc alırıq?

2Kr 4:7; Ef 3:20, 21; Fp 4:13

  • Müqəddəs Kitab əhvalatı:

    • 2Tm 4:17. Həvari Bulus etiraf etmişdi ki, ehtiyac duyduğu gücü düz vaxtında alıb

Nəyə görə Yehovaya çalışqanlıqla xidmət etmək bizə sevinc gətirir?