Kontentə keç

Mündəricatı göstər

SÖHBƏTƏ BAŞLAMAQ

DƏRS 1

Diqqətcil olmaq

Diqqətcil olmaq

Prinsip: «Məhəbbət... öz xeyrini güdmür» (1 Kor. 13:4, 5).

İsa Məsihin qoyduğu nümunə

1. VİDEOYA bax və ya Yəhya 4:6—9 ayələrini oxu. Sonra isə növbəti suallar üzərində düşün:

  1.   a) İsa söhbətə başlamazdan əvvəl nəyə fikir verdi?

  2.  b) İsa demişdi: «Mənə içməyə su ver». Söhbətə başlamaq üçün bu nəyə görə yaxşı üsul idi?

İsa Məsihdən nə öyrənirik?

2. Əgər söhbətə insanı maraqlandıran mövzu ilə başlasaq, çox ehtimal ki, söhbətimiz də yaxşı alınacaq.

İsa Məsih kimi davran

3. Vəziyyətə uyğunlaş. Şərt deyil ki, söhbətə hazırladığın təqdimatla başlayasan. İnsanlar üçün aktual olan mövzulardan başla. Düşün:

  1.   a) «Hansı xəbərlər gündəmdədir?»

  2.  b) «Qonşularım, iş yoldaşlarım və ya sinif yoldaşlarım ən çox hansı mövzular ətrafında danışırlar?»

4. Müşahidə et. Düşün:

  1.   a) «Təbliğ etmək istədiyim insan hal-hazırda nə iş görür? Görəsən, onu hansı mövzular düşündürür?»

  2.  b) «Geyimi, görkəmi, ev-eşiyi mənə insanın dini və mənsub olduğu mədəniyyət haqda nə deyir?»

  3.  c) «Münasib vaxtda gəlmişəm?»

5. Dinlə.

  1.   a) Çalış, daha çox sən danışmayasan.

  2.  b) İnsanı söhbətə cəlb et. Yeri düşəndə suallar ver.

H Ə M Ç İ N İ N  B A X