Kontentə keç

Mündəricatı göstər

SÖHBƏTƏ BAŞLAMAQ

DƏRS 4

Təvazökarlıq

Təvazökarlıq

Prinsip: «Təvazökar olub başqalarını özünüzdən üstün sayın» (Filip. 2:3).

Həvari Bulusun qoyduğu nümunə

1. VİDEOYA bax və ya Həvarilərin işləri 26:2, 3 ayələrini oxu. Sonra isə növbəti suallar üzərində düşün:

  1.   a) Aqrippa ilə danışanda Bulusun təvazökar olduğu necə göründü?

  2.  b) Bulus diqqəti özünə yox, Yehovaya və Müqəddəs Kitaba necə yönəltdi? (Həvarilərin işləri 26:22 ayəsinə bax.)

Həvari Bulusdan nə öyrənirik?

2. Təvazökar və hörmətcil tərzdə danışsaq, çatdırdığımız müjdə insanlara daha xoş gələcək.

Həvari Bulus kimi davran

3. İnsana xor baxma. Danışığından elə çıxmasın ki, sən hər şeyi bilirsən, qarşındakı insan isə heç nə bilmir. İnsanla hörmətcil tərzdə danış.

4. Danışdığın sözlərin mənbəyinin Müqəddəs Kitab olduğu bilinsin. Allahın Kəlamı insanın ürəyinə təsir etməyə qadirdir. Biz ondan istifadə edəndə insanın imanını doğru təməl üzərində qurmuş oluruq.

5. Mülayim ol. Özünü haqlı çıxarmağa çalışma. Mübahisə etmə. Həmçinin təmkinli olmağın və söhbəti uzatmamağın təvazökar olduğunu göstərəcək (Məs. 17:14; Tit. 3:2). Bu gün biz insanla mülayim danışsaq, bəlkə də, o, sabah müjdəyə qulaq asacaq.

H Ə M Ç İ N İ N  B A X