Kontentə keç

Mündəricatı göstər

SÖHBƏTƏ BAŞLAMAQ

DƏRS 5

Nəzakət

Nəzakət

Prinsip: «Hər kəsin qarşısında ümidinizi müdafiə etməyə hazır olun, ancaq bunu həlimliklə və dərin hörmətlə edin» (1 But. 3:15).

Həvari Bulusun qoyduğu nümunə

1. VİDEOYA bax və ya Həvarilərin işləri 17:22, 23 ayələrini oxu. Sonra isə növbəti suallar üzərində düşün:

  1.   a) Afinalıların yalan dinə sitayiş etdiyini görəndə Bulus hansı hissləri keçirdi? (Həvarilərin işləri 17:16 ayəsinə bax.)

  2.  b) Bulus afinalıları mühakimə etmədən inandıqları şeylər vasitəsilə onlara necə təbliğ etdi?

Həvari Bulusdan nə öyrənirik?

2. Biz nə deyəcəyimizlə yanaşı, sözü deməyin tərzinə və məqamına da fikir verməliyik. Onda insanlar bizə qulaq asmağa daha da meyilli olacaqlar.

Həvari Bulus kimi davran

3. Münasib sözlər seç. Təbliğ etdiyin insanın dinini nəzərə al. Fikirləş gör onunla Müqəddəs Kitab, yaxud İsa Məsih haqda danışanda hansı sözləri işlətsən, yaxşı olar.

4. İnsanın fikirlərinə dərhal düzəliş etmə. Qoy fikirlərini rahat söyləsin. Müqəddəs Kitab təlimlərinə zidd fikir söyləsə, mübahisə doğuracaq heç nə demə (Yaq. 1:19). İnsanı dinləməyin sayəsində nəyə inandığını öyrənəcəksən (Məs. 20:5).

5. İnsan Müqəddəs Kitaba uyğun fikir söyləyəndə təsdiqlə və təriflə. Ola bilsin, insan səmimi-qəlbdən inanır ki, dini inancları düzdür. Belə vəziyyətdə əvvəlcə ortaq mövzulardan danış, sonra isə Müqəddəs Kitab təlimlərini tədricən izah et.

H Ə M Ç İ N İ N  B A X