Kontentə keç

Mündəricatı göstər

SÖHBƏTƏ BAŞLAMAQ

DƏRS 6

Cəsarət

Cəsarət

Prinsip: «Allahımız bizi cəsarətləndirdi ki,.. Onun müjdəsini sizə çatdıraq» (1 Salon. 2:2).

İsa Məsihin qoyduğu nümunə

1. VİDEOYA bax və ya Luka 19:1—7 ayələrini oxu. Sonra isə növbəti suallar üzərində düşün:

  1.   a) Nəyə görə bəzi insanlar Zəkkaydan uzaq gəzirdilər?

  2.  b) Buna baxmayaraq, İsanı ona xoş xəbəri təbliğ etməyə nə təşviq etdi?

İsa Məsihdən nə öyrənirik?

2. İnsanlara fərq qoymadan müjdəni hər kəsə təbliğ etmək üçün bizə cəsarət lazımdır.

İsa Məsih kimi davran

3. Yehovaya güvən. Allah müqəddəs ruhu vasitəsi ilə İsa Məsihi cəsarətləndirmişdi, O sənə də təbliğ etmək üçün cəsarət verə bilər (Mət. 10:19, 20; Luka 4:18). Çəkindiyin adamlara təbliğ etmək üçün Yehovadan cəsarət istə (Həv. 4:29).

4. İnsanlara qərəzli yanaşma. Ola bilər ki, xarici görünüşünə, sosial və maddi vəziyyətinə, həyat tərzinə, yaxud dini əqidəsinə görə bəzi insanlara təbliğ etməyə tərəddüd edək. Amma unutma:

  1.   a) Yalnız Yehova və İsa Məsih ürəkləri görə bilir, biz yox.

  2.  b) Düşünmə ki, Yehova bu insana lütf göstərməz.

5. Cəsarətli olmaqla yanaşı, hörmətcil və ehtiyatlı olmağı da unutma (Mət. 10:16). Mübahisədən qaçın. Əgər insan müjdəni kəskin şəkildə rədd edirsə və təhlükə hiss edirsənsə, nəzakətli şəkildə söhbəti bitir (Məs. 17:14).

H Ə M Ç İ N İ N  B A X