Kontentə keç

Mündəricatı göstər

TƏKRAR SÖHBƏT

DƏRS 9

Şəfqət

Şəfqət

Prinsip: «Sevinənlərlə sevinin, ağlayanlarla ağlayın» (Rom. 12:15).

İsa Məsihin qoyduğu nümunə

1. VİDEOYA bax və ya Mark 6:30—34 ayələrini oxu. Sonra isə növbəti suallar üzərində düşün:

  1.   a) Nəyə görə İsa və həvariləri təklikdə qalacaqlarına ümid edirdi?

  2.  b) İsanı izdihama təlim verməyə nə təşviq etdi?

İsa Məsihdən nə öyrənirik?

2. Şəfqət hissi bizi insanlara təkcə xoş müjdəni çatdırmağa yox, həm də onlara qarşı qayğıkeş olmağa təşviq edir.

İsa Məsih kimi davran

3. Diqqətlə dinlə. İnsan fikirlərini, hisslərini, narahatlıqlarını bölüşəndə, nəyəsə etiraz bildirəndə sözünü kəsmə və laqeyd yanaşma. Onu can-dildən dinləməklə fikirlərinə önəm verdiyini göstərəcəksən.

4. Həmsöhbətin haqda düşün. Etdiyiniz söhbətləri xatırlayaraq düşün:

  1.   a) «Onun nəyə görə həqiqəti bilməyə ehtiyacı var?»

  2.  b) «Müqəddəs Kitab dərslərinin onun gündəlik həyatına və gələcəyinə hansı gözəl təsirləri ola bilər?»

5. Ona fayda gətirəcək məlumatları bölüş. Mümkün qədər tez bir zamanda ona göstər ki, Müqəddəs Kitab dərsi vasitəsilə suallarına necə cavab tapa bilər və hansı faydalı məsləhətləri əldə edə bilər.

H Ə M Ç İ N İ N  B A X