Kontentə keç

Mündəricatı göstər

ŞAGİRD HAZIRLAMAQ

DƏRS 12

Dürüstlük

Dürüstlük

Prinsip: «Sözeşidənə hikmətli məzəmmətçi qızıl sırğa, saf qızıldan düzəlmiş zinət kimidir» (Məs. 25:12).

İsa Məsihin qoyduğu nümunə

1. VİDEOYA bax və ya Mark 10:17—22 ayələrini oxu. Sonra isə növbəti suallar üzərində düşün:

  1.   a) İsa varlı gəncdə hansı yaxşı xüsusiyyətləri görmüşdü?

  2.  b) Nəyə görə İsa həmin gəncə məsləhət verərkən mehriban olmaqla yanaşı, açıq danışmalı idi?

İsa Məsihin nümunəsindən nə öyrənirik?

2. Biz şagirdimizə ruhani cəhətdən inkişaf etməyə kömək etmək üçün fikrimizi mehribanlıqla və dürüst şəkildə bildirməliyik.

İsa Məsih kimi davran

3. Şagirdə qarşısına məqsəd qoymağa və ona nail olmağa kömək et.

  1.   a) «Əbədi xoşbəxt həyat» kitabındakı hər dərsdə olan «Məqsəd» yarımbaşlığından istifadə et.

  2.  b) Şagirdə kiçik və böyük məqsədlərə çatmaq üçün atmalı olduğu konkret addımları müəyyən etməyə kömək et.

  3.  c) Ruhani inkişafına görə şagirdi müntəzəm olaraq yerində təriflə.

4. Şagirdin ruhani cəhətdən inkişafına mane olan şeyləri müəyyən et və bu maneələri aradan qaldırmağa kömək et.

  1.   a) Düşün:

    • «Şagirdimə vəftizə doğru irəliləməyə nə mane olur?

    • «Ona necə kömək edə bilərəm?»

  2.  b) Yehovaya dua et, şagirdinlə mehriban və açıq şəkildə danışa bilməyin üçün cəsarət istə.

5. İnkişaf etməyən şagirdlə dərsi dayandır.

  1.   a) Şagirdin Müqəddəs Kitab dərslərinə münasibəti haqda düşün:

    • «Şagirdim öyrəndiklərinə əməl edir?»

    • «Yığıncaqlara gəlir? Başqaları ilə həqiqət haqda danışır?»

    • «Xeyli müddətdir dərs keçir, bəs Yehovanın Şahidi olmaq istəyir?»

  2.  b) Şagird ruhən inkişaf etməyə can atmırsa:

    • Şagirdi təşviq et ki, ona nəyin mane olduğunu ayırd etsin.

    • Nəzakətli şəkildə dərsi dayandırma səbəbini açıqla.

    • Gələcəkdə yenidən dərs keçmək istəyərsə, ondan nə gözlənildiyini izah et.

H Ə M Ç İ N İ N  B A X