Kontentə keç

Mündəricatı göstər

Bilirsinizmi?

Bilirsinizmi?

Eramızın 70-ci ilindən sonra Yerusəlim məbədi nə vaxtsa bərpa olunubmu?

İSANIN Yehovanın məbədi barədə dediyi daş daş üstdə qalmayacaq peyğəmbərliyi eramızın 70-ci ilində Titin başçılığı altında Roma ordusu Yerusəlimi məhv edərkən yerinə yetdi (Mat. 24:2). Sonradan imperator Yuli bu məbədi yenidən bərpa etməyi planlaşdırdı.

Yuli sonuncu bütpərəst Roma imperatoru adlandırılır. Böyük Konstantinin ögey qardaşı oğlu Yuli saxta məsihçi təliminə öyrədilmişdi. Lakin eramızın 361-ci ilində o, imperator elan olunduqdan sonra öyrəndiyi təlimləri bütpərəstliyə dəyişdi. Tarixi kitablarda o, «dönük» kimi qələmə verilir.

Yuli «məsihçiliyə» nifrət edirdi. Səbəblərdən biri altı yaşında olarkən atasının və qohum-əqrəbalarının bu dinin nümayəndələri tərəfindən öldürülməsi idi. Kilsə tarixçilərinin dediyinə görə Yuli İsanın yalançı peyğəmbər olduğunu sübut etmək üçün israilliləri həmin məbədi bərpa etməyə təşviq etdi *.

Yulinin məbədi bərpa etməyi planlaşdırdığına şübhə yoxdur. Tarixçilər onun məbədin bərpa işlərinə başlayıb-başlamadığı və əgər başlamışdısa, onda tikintinin nə üçün dayandırıldığı barədə mübahisə edirlər. Lakin bir şeyi əminliklə demək olar: hakimiyyətə gələndən iki il sonra Yuli öldürülür, layihəsi də onunla birlikdə ölür.

İsanın dövründə mövcud olan məbədin ərazisi indi də olduğu kimi qalır

^ abz. 5 İsa məbədin heç zaman bərpa olunmayacağını deməmişdi. O, yalnız onun məhvi barədə peyğəmbərlik etmişdi. Bu da eramızın 70-ci ilində yerinə yetdi.