Kontentə keç

Mündəricatı göstər

 ÜZ QABIĞINDA | ALLAHIN KƏLAMI NƏDƏN BƏHS EDİR?

Nəyə görə Allahın Kəlamı ilə maraqlanmağa dəyər?

Nəyə görə Allahın Kəlamı ilə maraqlanmağa dəyər?

Müqəddəs Kitab dünyada yayılmış ən geniş kitabdır. Çünki bu ilahi kitabda həqiqətən də yaşamış insanların başlarına gələn hadisələr, onların bir-biri ilə və Allahla münasibətləri qələmə alınıb. Buna görə də həmin insanların keçirdiyi hisslər bizim keçirdiyimiz hisslərlə eynidir. Sadə dildə və dürüst şəkildə yazıldığı üçün bu həyat hekayələri bizə çox şey öyrədir. Həmçinin bunun sayəsində Müqəddəs Kitabı yüzlərlə dilə tərcümə etmək mümkündür, eləcə də harada və nə vaxt yaşamasından asılı olmayaraq, hər kəs onu başa düşə bilər. Göründüyü kimi Müqəddəs Kitab prinsipləri həmişə işə yarayır.

Ən vacibi isə odur ki, Müqəddəs Kitab sadəcə olaraq Allah haqqında olan kitab deyil, o, Allahdan olan kitabdır. Orada Allahın adı və xüsusiyyətləri, eləcə də Yer kürəsi və insanlarla bağlı dəyişilməz niyyətləri açıqlanır. Müqəddəs Kitabda tarix boyu pislə yaxşı arasında gedən mübarizədən, yəni bütün dünyanı əhatə edən və sonu xoşbəxtliklə bitən hadisədən danışılır. Allahın Kəlamını qərəzsiz şəkildə oxumaq insanda iman və ümid yaradır.

Bu ilahi kitabda başqa heç harada tapa bilməyəcəyimiz məlumatlar var. Misal üçün, Müqəddəs Kitab aşağıda gətirilən mövzularla bağlı həqiqətləri açıqlayır:

  • Biz necə yaradılmışıq və nəyə görə bu qədər əzab-əziyyət çəkirik?

  • Yerin-göyün Yaradanı insanları ağ günə çıxartmaq üçün hansı tədbiri görüb?

  • İsa peyğəmbər bizim üçün nə edib?

  • Yaşadığımız dünyanın və insanların aqibəti necə olacaq?

Nəyə görə növbəti səhifələrə qısaca nəzər salaraq Müqəddəs Kitabın bu suallara necə cavab verdiyinə baxmayasınız?