Yehova Allah məhəbbətdir
«Allah məhəbbətdir» (1 YƏH. 4:8, 16).
NƏĞMƏ: 18, 91
1. Allahın ən əsas keyfiyyəti nədir və bu, sizdə Ona qarşı hansı hissləri doğurur?
MÜQƏDDƏS KİTABDA deyilir ki, Yehova Allah məhəbbətdir. Fikir verin, deyilmir ki, məhəbbət Onun gözəl keyfiyyətlərindən biridir, deyilir ki, «Allah məhəbbətdir» (1 Yəh. 4:8). Məhəbbət Allahın ən əsas, ən vacib keyfiyyətidir. Məhəbbət Yehovada olan keyfiyyətlərdən biri deyil, Yehova məhəbbətin təcəssümüdür. Kainatın və bütün canlıların Yaradanının məhəbbətli Allah olduğunu bilmək necə də gözəldir! O, hər şeyi məhəbbətdən irəli gələrək edir.
2. Allahın məhəbbəti bizi nəyə əmin edir? (Məqalənin əvvəlindəki şəklə baxın.)
2 Allahın Öz yaratdıqlarına duyduğu isti, nəcib hisslər bizi əmin edir ki, O, bəşər ailəsi üçün olan niyyətini ən gözəl şəkildə həyata keçirəcək və bu, Onun hakimiyyəti altında yaşayan insanlara səadət bəxş edəcək. Məsələn, Yehova məhəbbətdən irəli gələrək «bir gün təyin edib və həmin gündə təyin etdiyi adam [yəni İsa Məsih] vasitəsilə bütün dünyanı ədalətlə mühakimə edəcək» (Həv. 17:31). Bu niyyətin yerinə yetəcəyinə arxayın ola bilərik. Saleh və itaətkar insanlar bəraət qazanıb əbədiyyən sürəcək xoşbəxt həyata qədəm qoyacaqlar.
TARİX NƏYİ SÜBUT EDİR?
3. Allah bəşəriyyəti sevməsəydi, həyat necə olardı?
3 Allah bəşəriyyəti sevməsəydi, təsəvvür edin dünya nə vəziyyətdə olardı. İnsanlar bu dünyanın qəddar, zalım allahı Şeytan İblisin hakimiyyəti altında həmişə bir-birilərinə ağalıq edərdilər. Bizə də dünya səhnəsində baş verən faciələri çarəsiz-çarəsiz izləməkdən başqa heç nə qalmazdı (2 Kor. 4:4; 1 Yəh. 5:19; Vəhy 12:9, 12 ayələrini oxuyun). Bəli, əgər kainatı Allahın məhəbbəti idarə etməsəydi, gələcək dəhşətli olardı.
4. Yehova nəyə görə adil hakimiyyətinə qarşı qalxan üsyanın qarşısını almadı?
4 İblis Yehova Allahın hakimiyyətinə qarşı üsyan edəndə Adəmlə Həvvanı da eyni hərəkətə sürüklədi. O, Allahın ali hakimiyyətinin qanuni və ədalətli olmasını şübhə altına aldı. Mahiyyət etibarilə, Şeytan iddia etdi ki, o, Yaradandan daha yaxşı idarə edə bilər (Yar. 3:1—5). Yehova Şeytana bu məsələdə özünü sübut etməyə icazə versə də, bu hal müvəqqəti idi. Yehovanın hikməti sonsuzdur. O, yol verdi ki, müəyyən vaxt keçsin və sübut olunsun ki, Ondan başqa heç kəs müvəffəqiyyətlə idarə etməyə qadir deyil. Bəşəriyyətin acınacaqlı tarixi göstərir ki, nə insandan, nə də Şeytandan yaxşı hökmdar çıxa bilməz.
5. Bəşər tarixi nəyi aydın şəkildə göstərir?
5 Təkcə son 100 il ərzində millətlərarası müharibələrdə yüz milyondan çox insan həlak olub. Bu gün dünyanın vəziyyəti getdikcə lap betər olur. Allahın Kəlamında axırzamanda vəziyyətin məhz belə olacağı yazılmışdı. Orada deyilmişdi: «Pis adamlar və fırıldaqçılar... get-gedə daha betər işlər görəcəklər» (2 Tim. 3:1, 13). Tarixə nəzər salanda Müqəddəs Kitabda yazılmış növbəti sözlərin doğruluğuna zərrə qədər də olsun şübhə yeri qalmır: «Yehova, bilirəm ki, insanın yolu öz əlində deyil, addımlarını yönəltmək insanın ixtiyarında deyil» (Ərm. 10:23). Bəli, Yehova insanlara Onun rəhbərliyi olmadan, müstəqil şəkildə işlərini idarə etmək ixtiyarı və ya bacarığı verməyib.
6. Allah nəyə görə pisliyə müvəqqəti olaraq izin verib?
6 Pisliyin bir müddət davam etməsi sayəsində həm insan hakimiyyətinin fani olduğu üzə çıxdı, həm də başqa bir məqsədə nail olundu. Belə ki, yalnız Allahın hakimiyyətinin uğurlu olduğu həmişəlik sübuta yetirildi. Yehova şəri və onun səbəbkarlarını məhv edəndən sonra kimsə yenidən Yehovanın hakimiyyətini şübhə altına alsa, artıq bu məsələnin uzanmasına lüzum olmayacaq. Bəşər tarixi üsyankarların dərhal məhv edilməli olduğuna bir sübut kimi xidmət edəcək. Allah pisliyin yer üzündə bir də kök atmasına izin verməyəcək.
YEHOVANIN MƏHƏBBƏTİ GÖZ ÖNÜNDƏDİR
7, 8. Yehova Öz böyük məhəbbəti necə göstərir?
7 Yehovanın intəhasız məhəbbəti çox şeydə özünü büruzə verir. Məsələn, əsrarəngiz Kainata nəzər salın. Kainatda milyardlarla qalaktikalar, hər qalaktikada isə milyardlarla ulduzlar və planetlər var. Bizim Süd Yolu qalaktikamızdakı ulduzlardan biri də günəşdir. Günəş olmasaydı, yer üzündə həyat olmazdı. Bütün xilqət Yehovanın Yaradan Rom. 1:20).
olduğuna, güc, hikmət və məhəbbət kimi keyfiyyətlərinə şəhadət edir. Bəli, Allahın «gözəgörünməz keyfiyyətləri: əbədi qüdrəti və ilahiliyi dünya yaranandan bəri aydın görünür, yaradılmış şeylər vasitəsilə dərk edilir» (8 Yehova yer üzünü elə yaradıb ki, orada həyat mümkün olsun. O, insanlar üçün gözəl cənnət bağı yaratmışdı, onlara kamil şüur bəxş etmişdi, əbədiyyən mövcud ola bilən bədən vermişdi. (Vəhy 4:11 ayəsini oxuyun.) Üstəlik, O, bütün canlılara ruzi verir, çünki məhəbbəti əbədidir (Zəb. 136:25).
9. Yehova məhəbbətli Allah olsa da, Onda bəzən hansı hisslər olur və nə üçün?
9 Yehova Özünü məhəbbət Allahı kimi tanıtmaqla yanaşı pisliyə nifrət etdiyini də bildirir. Məsələn, Zəbur 5:4—6 ayələrində Yehova haqqında deyilir: «Sən şərdən xoşlanan Allah deyilsən... zalımlara nifrət edirsən». Sonra əlavə edilir: «Zorakı, hiyləgər adamdan ikrah edirsən, ey Yehova».
TEZLİKLƏ PİSLİYİN SONU GƏLƏCƏK
10, 11. a) Şər insanları nə gözləyir? b) Yehova saleh insanlara hansı mükafatı verəcək?
10 Yehova məhəbbətli Allah olduğu və pisliyə nifrət etdiyi üçün niyyət edib ki, hakimiyyət məsələsi yoluna qoyulanda yer üzünü, eləcə də bütün dünyanı pislikdən təmizləsin. Allahın Kəlamında deyilir: «Pislərin kökü kəsiləcək, Yehovaya güvənənlər isə yer üzünə sahib olacaq. Az qalıb! Artıq pis adam olmayacaq... Yehovanın düşmənləri əlvan çəməntək solub gedəcək, duman kimi dağılacaqlar» (Zəb. 37:9, 10, 20).
11 Digər tərəfdən Allahın Kəlamında vəd olunur: «Salehlər yerə sahib olacaq, orada əbədi yaşayacaqlar» (Zəb. 37:29). Saleh insanlar «əmin-amanlığın bolluğundan həzz alacaqlar» (Zəb. 37:11). Bu gerçəkləşəcək, çünki məhəbbətli Allahımız həmişə öz sadiq xidmətçilərinin rifahı üçün çalışır. Müqəddəs Kitabda deyilir: «O, onların gözlərindən bütün yaşları siləcək. Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq, çünki əvvəlki şeylər keçib getdi» (Vəhy 21:4). Yehovanın məhəbbətini qiymətləndirib Hökmdar kimi Ona xidmət edənləri möhtəşəm bir gələcək gözləyir.
12. Kamil adam kimdir?
12 Allahın Kəlamında deyilir: «Kamil adama fikir ver, əməlisalehə bax, belə adamın gələcəyi əmin-aman olacaq. Lakin asilərin hamısı məhv ediləcək, şər adamların axırı yoxdur» (Zəb. 37:37, 38). Kamil adam Yehova və Onun Oğlu haqda öyrənən və Allahın iradəsinə boyun əyən insandır. (Yəhya 17:3 ayəsini oxuyun.) Belə insan 1 Yəhya 2:17 ayəsindəki sözlərə ciddi yanaşır: «Dünya öz istəkləri ilə bərabər keçib gedir, Allahın istəyini yerinə yetirən isə əbədi yaşayır». Dünyanın sonu yaxınlaşdığı üçün ümidimizi Yehovaya bağlamaq, Onun yolunu tutmaq son dərəcə vacibdir (Zəb. 37:34).
MƏHƏBBƏTİN ƏN BÖYÜK TƏZAHÜRÜ
13. Yehova günahkar insanlara böyük məhəbbətini necə göstərmişdi?
13 Biz qeyri-kamil olsaq da, Yehovanın yolunu tuta bilərik. Həmçinin Yehovanın böyük məhəbbətdən irəli gələrək atdığı bir addımın sayəsində Onunla dostlaşa bilərik. O, İsa Məsihi fidyə kimi qurban verərək itaətkar insanların Adəmdən miras aldığı günah və ölümdən azad olmasına yol açıb. (Romalıla ra 5:12; 6:23 ayələrini oxuyun.) Yehova yeganə Oğluna tam etibar edirdi, çünki o, saya-hesaba gəlməz illər ərzində göydə sədaqətlə Ona xidmət etmişdi. Sözsüz ki, yer üzündə İsaya qarşı edilən haqsızlıqlar övladını sevən Ata kimi Yehovanın ürəyini ağrıdırdı. Bununla belə İsa sədaqətlə Allahın hakimiyyətinin tərəfini tutdu və göstərdi ki, kamil insan ən çətin vəziyyətlərdə belə Yehovaya sadiq qala bilər.
14, 15. İsanın ölümü sayəsində nəyə nail olundu?
14 İsa ən şiddətli sınaq zamanı belə nöqsansızlığını qorudu, Yehovanın hakimiyyətinə sadiq qaldı. O, həyatı bahasına başa gəlsə də, Atasına sədaqətindən dönmədi. Biz son dərəcə minnətdarıq ki, İsa öz ölümü ilə həmçinin bəşəriyyəti xilas etmək üçün lazım olan fidyəni ödədi və Allahın vəd etdiyi yeni dünyada əbədi yaşamağa yol açdı. Həvari Bulus fidyənin həm Yehova, həm də İsa tərəfindən böyük bir məhəbbət ifadəsi olduğunu belə göstərmişdi: «Biz hələ zəif olarkən Məsih təyin olunmuş vaxtda günahlı adamlar uğrunda öldü. Saleh adam uğrunda çətin ki, kimsə ölə, amma yaxşı adam uğrunda, ola bilsin, kimsə canından keçər. Allah isə Öz məhəbbətini bizə onunla göstərir ki, biz hələ günahlı ikən Məsih uğrumuzda Rom. 5:6—8). Həvari Yəhya yazmışdı: «Allah məhəbbəti bizə bu cür izhar oldu: Allah ilkin Oğlunu dünyaya göndərdi ki, onun vasitəsilə həyata qovuşaq. Məhəbbət ondadır ki, biz Allahı yox, O, bizi sevdi və Oğlunu günahlarımızı örtən kəffarə qurbanı kimi dünyaya göndərdi» (1 Yəh. 4:9, 10).
öldü» (15 Allahın bəşəriyyətə sevgisi ilə bağlı İsa demişdi: «Allah [fidyəyə ehtiyacı olan] dünyanı o qədər sevir ki, yeganə Oğlunu onun uğrunda fəda etdi. Bunu ona görə etdi ki, ona iman edənlər məhv olmasın, onların əbədi həyatı olsun» (Yəh. 3:16). Allahın insanlara məhəbbəti elə böyükdür ki, Ona nəyin bahasına başa gəlsə də, heç nəyi onlardan əsirgəmir. Onun məhəbbəti əbədidir. O, bizi Öz məhəbbətindən heç vaxt məhrum etməyəcək. Həvari Bulus yazmışdı: «Mən əminəm ki, nə ölüm, nə həyat, nə mələklər, nə hakimiyyətlər, nə indiki şeylər, nə gələcək şeylər, nə bir qüvvə, nə hündürlük, nə dərinlik, nə də mövcud olan başqa bir şey bizi Ağamız Məsih İsa vasitəsilə ifadə olunan Allahın məhəbbətindən ayıra bilməz» (Rom. 8:38, 39).
PADŞAHLIQ FƏALİYYƏT GÖSTƏRİR
16. Yehovanın qurduğu Padşahlıq nədir və O, bu Padşahlıqda hakimiyyəti kimə etibar edib?
16 Allahın bəşəriyyətə məhəbbəti həmçinin Onun qurduğu Padşahlıqdan da görünür. Yehova bu hökumətin başına bəşəriyyəti sevən və idarə etməyə layiq olan Oğlunu qoyub (Məs. 8:31). Üstəlik, İsanın 144 000 həmvarisi diriləndə yer üzündə yaşayarkən topladıqları təcrübəni unutmayacaqlar (Vəhy 14:1). Padşahlıq İsa Məsihin təlimlərinin əsas mövzusu idi. O, şagirdlərinə belə dua etməyi öyrətmişdi: «Göylərdə olan Atamız, qoy adın müqəddəs tutulsun. Qoy Padşahlığın gəlsin. Qoy Sənin iradən göydə olduğu kimi, yerdə də yerinə yetsin» (Mət. 6:9, 10). Bu kimi duaların yerinə yetməsi itaətkar bəşəriyyətə çox gözəl nemətlər bəxş edəcək.
17. İsanın hakimiyyəti ilə günahlı insanların hakimiyyəti arasında hansı fərq var?
17 İsanın Padşahlığı ilə milyonlarla insanları müharibələrdə qırdıran insan hakimiyyətləri arasında necə də böyük fərq var. İsa öz təbəələrinin qeydinə qalır və Allahın əsrarəngiz keyfiyyətlərini, xüsusilə də məhəbbətini öz xasiyyətində əks etdirir (Vəhy 7:10, 16, 17). O demişdi: «Ey bütün zəhmətkeşlər və yükü ağır olanlar, yanıma gəlin, mən sizə təravət verəcəyəm. Boyunduruğumu üzərinizə götürün və məndən öyrənin, çünki mən həlim və qəlbən təvazökaram. Onda canınız təravətlənər. Çünki boyunduruğum rahat, yüküm yüngüldür» (Mət. 11:28—30). Bu vəddə necə də böyük məhəbbət əks olunur!
18. a) Allahın Padşahlığı təsis olunandan bəri hansı işi görür? b) Növbəti məqalədə nəyi müzakirə edəcəyik?
18 Müqəddəs Kitabdakı peyğəmbərliklər göstərir ki, Allahın səmavi Padşahlığı 1914-cü ildə Məsihin hüzuru başlananda təsis olunmuşdu. O vaxtdan bəri İsa ilə göydə idarə edəcək məsh olunmuşların qalan hissəsi, eləcə də bu dünyanın sonunda sağ qalıb yeni dünyada yaşayacaq böyük izdiham yığılır (Vəhy 7:9, 13, 14). Bəs böyük izdiham nə dərəcədə böyükdür? Bura daxil olan insanlardan nə tələb olunur? Növbəti məqalədə bu suallara cavab veriləcək.