Kontentə keç

Mündəricatı göstər

Oxucuların sualları

Oxucuların sualları

Nəyə görə Yehovanın Şahidlərinin nəşrlərini heç bir saytda və ya sosial şəbəkələrdə paylaşmaq olmaz?

Müqəddəs Kitaba əsaslanan nəşrlərimiz ödənişsiz olduğu üçün bəziləri onları hər hansı saytda, yaxud sosial şəbəkədə paylaşmaqda heç bir qəbahət görmür. Halbuki bununla saytımızın «İstifadə şərtləri» * pozulur, bu isə ciddi problemlər yaradır. «İstifadə şərtləri»ndə aydın deyilir ki, «bu saytın şəkillərini, elektron nəşrlərini, ticarət nişanlarını, musiqisini, fotoşəkillərini, videolarını və ya məqalələrini İnternetdə (istənilən saytda: torrent, fayl-paylaşma və ya sosial şəbəkə saytlarında)» yerləşdirmək qadağandır. Bu məhdudiyyətlər nə üçün qoyulub?

Nəşrlərimizin müəllif hüquqları qorunur və onları başqa saytlarda paylaşmaq qadağandır

Saytımızda yer alan bütün materialların müəllif hüquqları qorunur. Dönüklər və bizə qarşı çıxan digərləri nəşrlərimizi öz saytlarında yerləşdirərək Yehovanın Şahidlərini, eləcə də digər insanları cəlb etməyə çalışır. Onların məqsədi həmin saytlarda yerləşdirilən digər materialların vasitəsilə oxucuların beyninə şübhə toxumu səpməkdir (Zəb. 26:4; Məs. 22:5). Bir başqaları nəşrlərimizdəki materialları və jw.org loqomuzu reklamlarda, satış üçün nəzərdə tutulan məhsullarda və mobil cihazlar üçün tətbiqetmələrdə istifadə ediblər. Müəllif hüquqları və ticari (əmtəə) nişanlarının qorunması sayəsində bizim bu cür səhv istifadənin qarşısını almaq üçün hüquqi əsasımız var (Məs. 27:12). Amma əgər biz bilərəkdən dindaşımız da daxil olmaqla, kiminsə rəqəmsal məlumatımızı hər hansı saytda yerləşdirməsinə, yaxud jw.org ticarət nişanını satış məhsullarında istifadə etməsinə yol versək, məhkəmələr əleyhdarlarımızın və kommersiya müəssisələrinin qarşısını almaq cəhdlərimizi dəstəkləməyə bilər.

Nəşrlərimizi jw.org saytından başqa hər hansı saytdan yükləmək potensial təhlükə daşıyır. Yehova yalnız «sadiq və ağıllı nökər»ə ruhani qida ilə təmin etmək tapşırığını verib (Mət. 24:45). Həmin «nökər» ruhani qidanı yayımlamaq üçün yalnız www.pr418.com, tv.pr418.comwol.pr418.com rəsmi veb-saytlarından istifadə edir. Mobil cihazlar üçün isə yalnız üç rəsmi tədbiqetmədən istifadə edirik — «JW Language®», «JW Library®»«JW Library Sign Language®». Əmin ola bilərsiniz ki, bu saytlar və tədbiqetmələr reklamlardan uzaqdır və Şeytan dünyasının təsiri ilə zəhərlənməyib. Digər mənbələr vasitəsilə yayılan ruhani qidanın dəyişdirilmədiyinə və təhrif olunmadığına isə heç bir zəmanət yoxdur (Zəb. 18:26; 19:8).

Üstəlik, nəşrlərimizi şərhlər bölməsi olan saytlarda yerləşdirməklə dönüklərin və tənqidçilərin Yehovanın təşkilatına qarşı yanlış fikirlər yazıb insanlarda şübhə oyatmasına şərait yaratmış oluruq. Bəzi qardaşlar onlayn debatlara qoşularaq Yehovanın adına ləkə gətiriblər. Aydındır ki, forumlar bizə «qarşı çıxanlara həlimliklə nəsihət» vermək üçün münasib yer deyil (2 Tim. 2:23—25; 1 Tim. 6:3—5). Üstəlik, təşkilatın, Rəhbərlik Şurasının və onun digər üzvlərinin adına sosial şəbəkələrdə saxta hesablar və saxta veb-saytlar yaradılmışdır. Halbuki, Rəhbərlik Şurasının heç bir üzvünün nə şəxsi veb-səhifəsi, nə də sosial şəbəkələrdə hesabı yoxdur.

İnsanları jw.org saytına yönəltmək müjdənin yayılmasına təkan verir (Mət. 24:14). Xidmətdə istifadə etdiyimiz rəqəmsal vasitələr get-gedə təkmilləşir. Biz hər kəsin onlardan faydalanmasını istəyirik. Bu səbəbdən «İstifadə şərtləri»ndə qeyd olunduğu kimi, biz nəşrlərimizin elektron surətini e-mail vasitəsilə insanlara göndərə və ya jw.org saytındakı linkləri paylaşa bilərik. İnsanları rəsmi veb-saytımıza yönəldəndə onlara kömək edirik ki, ruhani qidanı onun tək mənbəyi olan «sadiq və ağıllı nökər»dən alsınlar.

^ abz. 3 «İstifadə şərtləri» ilə tanış olmaq üçün jw.org saytında ön səhifənin sonundakı linkə daxil ola bilərsiniz. Qoyulmuş məhdudiyyətlər saytdakı bütün materiallara aiddir.