Gözünüz kimə dikilib?
«Ey göylərdə taxt quran, gözümü Sənə dikmişəm» (ZƏB. 123:1).
1, 2. Gözümüzü Yehovaya dikmək deyiləndə nə nəzərdə tutulur?
BİZ «son dərəcə çətin» bir vaxtda yaşayırıq. Yehova bu pis sistemi məhv edib yer üzündə sülhü bərqərar edəcəyi vaxta qədər həyatımız daha da çətinləşəcək (2 Tim. 3:1). Odur ki, özümüzə növbəti sualı vermək yerinə düşər: «Məsləhət və kömək üçün gözümü kimə dikmişəm?» Əgər biz dərhal «Yehovaya» deyə cavab veririksə, deməli, doğru yoldayıq.
2 Gözümüzü Yehovaya dikmək deyiləndə nə nəzərdə tutulur? Çətin sınaqlarla üzləşən zaman gözümüzü Yehovadan çəkmədiyimizə necə əmin ola bilərik? Əsrlər öncə yaşamış bir məzmurçu çətin anlarda kömək üçün Yehovaya üz tutmağın vacibliyini vurğulamışdı. (Zəbur 123:1—4 ayələrini oxuyun.) O qeyd etmişdi ki, nökər ağasına baxdığı kimi, biz də Allahımız Yehovaya baxmalıyıq. Məzmurçu bu sözlərlə nəyi nəzərdə tuturdu? Adətən, nökər müdafiə olunmaq və dolanışıq üçün gözünü ağasına dikir. Həmçinin ağasının nə istədiyini bilmək və bu istəyi yerinə yetirmək üçün də nökərin diqqəti daima onda olmalıdır. Eynilə, biz də hər gün Müqəddəs Kitabı oxuyaraq Yehovanın bizdən nə gözlədiyini öyrənməli və Onun göstərdiyi yolla getməliyik. Yalnız bu təqdirdə Yehovanın çətin anlarımızda bizə lütf göstərəcəyinə əmin ola bilərik (Efes. 5:17).
3. Nələr gözümüzü Yehovaya dikməyə mane ola bilər?
Luka 10:40—42). İsa Məsih yanında ola-ola Marta kimi imanlı qadının fikri yayındısa, bizimlə də belə bir şeyin baş verməsi istisna deyil. Nələr gözümüzü Yehovaya dikməyə mane ola bilər? Bu məqalədə başqalarının davranışlarının bizi necə yayındıra biləcəyini araşdıracağıq. Həmçinin öyrənəcəyik ki, gözümüzü daim Yehovaya dikmək üçün nə edə bilərik.
3 Gözümüzü Yehovaya dikməli olduğumuzu bilsək də, bəzən diqqətimiz yayına bilər. İsa Məsihin yaxın dostu Marta belə bir vəziyyətlə üzləşmişdi. Onun «başı biş-düşə bərk qarışmışdı» (O, VƏD EDİLMİŞ DİYARA GİRƏ BİLMƏDİ
4. Musa peyğəmbərin Vəd edilmiş diyara girə bilməməsi bizə nə üçün təəccüblü gələ bilər?
4 Musa peyğəmbər məsləhət üçün həmişə Yehovaya üz tuturdu. Müqəddəs Kitabda deyilir ki, o, «Gözəgörünməzi görürmüş kimi mətin idi». (İbranilərə 11:24—27 ayələrini oxuyun.) Həmçinin yazılıb ki, «İsraildə daha heç vaxt Musa kimi, Yehovanın üzbəsurət tanıdığı peyğəmbər peyda olmadı» (Qan. 34:10). Yehova ilə bu qədər yaxın münasibətlərinin olmasına rəğmən, Musa peyğəmbər Vəd edilmiş diyara ayaq basa bilmədi (Say. 20:12). Görəsən, o, hansı səhvə yol vermişdi?
5—7. İsraillilər Misirdən çıxandan qısa müddət sonra hansı problem yarandı və Musa peyğəmbər problemi necə həll etdi?
5 İsraillilərin Misirdən çıxmasından iki ay keçməmiş ciddi bir problem yaranır. Sina dağına çata-çatda xalq su qıtlığından gileylənməyə başlayır. Onlar Musa peyğəmbərə qarşı deyinirlər. Vəziyyət o həddə çatır ki, peyğəmbər Yehovaya fəryad edir: «Mən bu adamlarla neyləyim? Bir az da keçsə, məni daşqalaq edəcəklər!» (Çıx. 17:4). Yehova ona aydın göstəriş verərək deyir ki, əsasını əlinə götürüb Huribdəki qayaya vursun, bu zaman qayadan su çıxacaq. «Musa İsrail ağsaqqallarının gözü qarşısında» belə də edir. İsraillilər doyunca su içir və problem beləcə həll olunur (Çıx. 17:5, 6).
6 Müqəddəs Kitabdan oxuyuruq ki, Musa peyğəmbər həmin yerin adını «sınaq» və «münaqişə» mənasını verən «Masah və Məriba qoydu, çünki israillilər onunla dalaşmış və: “Yehova bizim aramızdadır, ya yox?” — deyərək Yehovanı sınamışdılar» (Çıx. 17:7).
7 Məribada baş verənlər Yehovaya necə təsir edir? Yehova bunu Musa peyğəmbərə yox, Özünə və hakimiyyətinə qarşı üsyan kimi qəbul edir. (Zəbur 95:8, 9 ayələrini oxuyun.) İsraillilər açıq-aydın səhvə yol vermişdilər. Lakin Musa peyğəmbər düzgün davranmış, üzünü Yehovaya tutub Ondan gələn göstərişə dəqiqliklə əməl etmişdi.
8. İsraillilərin səhradakı qırxillik səyahətlərinin sonuna yaxın nə baş verdi?
8 Bəs təxminən qırx il sonra eyni vəziyyət yaranan zaman nə baş verir? Budur, israillilər səhradakı səyahətlərini başa vurmaq üzrədirlər. Onlar Vəd edilmiş diyarın sərhədyanı ərazisində yerləşən Qədisin yaxınlığındadırlar. Camaat yenə də su qıtlığından gileyləndiyi üçün bu ərazi də Məriba adlanır * (Say. ). Lakin bu hadisə zamanı Musa peyğəmbər ciddi səhvə yol verir. 20:1—5
9. Yehova Musa peyğəmbərə hansı göstərişləri vermişdi, bəs o, nə etdi? (Məqalənin əvvəlindəki şəklə baxın.)
9 Musa peyğəmbər israillilərin üsyanına necə yanaşır? O, yenə də məsləhət üçün Yehovaya üz tutur. Lakin bu dəfə Yehova ona əsanı qayaya vurmağı buyurmur. Peyğəmbərə əsasını əlinə almağı, camaatı qayanın önünə toplamağı, sonra isə qayaya «su ver» deməyi tapşırır (Say. 20:6—8). Lakin Musa peyğəmbər belə etmir. Qayaya «su ver» deməkdənsə, əsəbiləşərək orada toplaşanların üstünə qışqırır: «Eşidin, ey asilər! İndi deyirsiniz biz sizin üçün bu qayadan su çıxardaq?» Sonra o, bir yox, düz iki dəfə əsanı qayaya vurur (Say. 20:10, 11).
10. Yehova Musa peyğəmbərin hərəkətini necə qarşıladı?
10 Yehovanın peyğəmbərə acığı tutur, hətta ona qəzəblənir (Qan. 1:37; 3:26). Allah nə üçün onun bu hərəkətini belə qarşılayır? Bir neçə səbəbə görə. Ola bilsin, səbəblərdən biri peyğəmbərin Yehovanın verdiyi göstərişə itaət etməməsi idi.
11. Musa peyğəmbərin əsanı qayaya vurması Yehovanın möcüzəsini hansı mənada puç edə bilərdi?
11 Digər bir ehtimal da var. İlk hadisənin baş verdiyi Məriba ərazisindəki qayalar möhkəm qranitdən idi. Bu qranitlərə nə qədər möhkəm zərbə ilə vurulsa da, su çıxma ehtimalı yox idi. Lakin ikinci Məribanın ətrafındakı sıldırım qayalar olduqca fərqli idi. Onlar əsasən kövrək əhəngdaşından ibarət idi. Əhəngdaşı məsaməli olduğu üçün onun altında yeraltı su hövzələri yığılır və bu qayalarda oyuq açmaqla su əldə etmək olur. Bəlkə də, Musa peyğəmbər qayaya iki dəfə vurduğuna görə israillilər suyun Yehovanın köməyilə yox, təbii yolla çıxdığını iddia edə bilərdilər. Demək olarmı ki, qayaya su verməsini demək əvəzinə, ona əsayla vurmaqla Musa bir növ möcüzəni puç etdi? * Bəlkə də. Amma bunu dəqiq deyə bilmərik.
MUSA PEYĞƏMBƏRİN ASİLİYİ
12. Yehova Musa peyğəmbərə və Haruna başqa hansı səbəbə görə qəzəblənmişdi?
12 Yehovanın Musa peyğəmbərə və qardaşı Haruna qəzəblənməsinin daha bir səbəbi var. Görün peyğəmbər camaata nə deyir: «İndi deyirsiniz biz sizin üçün bu qayadan su çıxardaq?» Musa peyğəmbər «biz» deyərkən, ehtimal ki, Harunla özünü nəzərdə tuturdu. Onun bu sözləri möcüzənin mənbəyi olan Yehovaya qarşı böyük hörmətsizlik idi. Zəbur 106:32, 33 ayələrində yazılıb: «Məriba sularında Onu hirsləndirdilər, onların ucbatından Musa zərər çəkdi. Onu əsəbiləşdirdilər, o da düşünmədən danışdı» * (Say. 27:14). Bu davranışı ilə Musa peyğəmbər Yehovaya layiq olduğu şərəfi vermədi. Yehova Musa ilə Haruna dedi: «İkiniz də Mənim əmrimə qarşı çıxdınız» (Say. 20:24). Bu, çox ciddi səhv idi!
13. Nəyə əsasən deyə bilərik ki, Yehovanın Musa peyğəmbərə çıxardığı hökm ədalətli idi?
Luka 12:48). İsraillilər illər öncə üsyankarlıq etdiklərinə görə Yehova onların bütöv bir nəslinin Kənan diyarına daxil olmasına izin verməmişdi (Say. 14:26—30, 34). Odur ki, asiliyinə görə Musa peyğəmbər haqda da eyni qərarı çıxarmaq ədalətli idi. Beləcə, digər üsyankarlar kimi, o da Vəd edilmiş diyara daxil olmaq imkanından məhrum oldu.
13 Musa peyğəmbər və qardaşı Harun Yehovanın xalqına rəhbərlik etdiyi üçün onların üzərinə böyük məsuliyyət düşürdü (PROBLEMİN SƏBƏBİ
14, 15. Musa peyğəmbərin asiliyinə səbəb nə idi?
14 Musa peyğəmbərin asilik etməsinə nə səbəb oldu? Zəbur 106:32, 33 ayələrinə bir daha diqqət yetirək: «Məriba sularında Onu hirsləndirdilər, onların ucbatından Musa zərər çəkdi. Onu əsəbiləşdirdilər, o da düşünmədən danışdı». İsraillilər Yehovaya qarşı deyinsələr də, əsəbiləşən Musa peyğəmbər oldu. O, təmkinini qorumadığı üçün düşünmədən danışdı.
15 Musa peyğəmbər ilk hadisədə düzgün davransa da, ehtiyatı əldən verdi, başqalarının səhvi onun diqqətini Yehovadan yayındırdı (Çıx. 7:6). Bəlkə də, o, uzun illər ərzində bu üsyankar qövmün əlindən bezib, təngə gəldiyi üçün belə davrandı. Ola bilsin, bu dəfə o, Yehovanı necə şərəfləndirəcəyi barədə yox, öz hissləri barədə düşünmüşdü.
16. Musa peyğəmbərin hərəkəti nə üçün bizə ibrət olmalıdır?
16 Əgər Musa peyğəmbər kimi sədaqətli bir şəxsin diqqəti yayındısa və o, səhvə yol verdisə, bizimlə də belə bir şey asanlıqla baş verə bilər. Musa peyğəmbər Vəd edilmiş diyarın bir addımlığında idi. Bu gün biz də Yehovanın vəd etdiyi yeni dünyaya daxil olmaq üzrəyik (2 But. 3:13). Əlbəttə, heç birimiz bu imkandan məhrum olmaq istəməzdik. Odur ki, amalımıza çatmaq üçün gözümüzü Yehovaya dikməli, daim Onun istədiyi kimi davranmalıyıq (1 Yəh. 2:17). Bəs Musa peyğəmbərin səhvindən hansı ibrəti götürməliyik?
DİQQƏTİNİZİ BAŞQALARININ SƏHVİNƏ CƏMLƏMƏYİN
17. Çətin vəziyyətdə təmkinimizi qorumağa nə kömək edəcək?
17 Təmkininizi pozmayın. Eyni problemlə dəfələrlə üzləşsək də, «gəlin yaxşı iş görməkdən yorulmayaq, çünki taqətdən düşməsək, vaxtında biçəcəyik» (Qal. 6:9; 2 Salon. 3:13). Xoşagəlməz vəziyyətlə üzləşəndə, eyni adamla dəfələrlə aramızda mübahisə yarananda dilimizi və hisslərimizi nəzarətdə saxlayırıqmı? (Məs. 10:19; 17:27; Mət. 5:22). Kiminsə hərəkəti bizi əsəbiləşdirəndə «Allahın qəzəbinə» yer verməyi öyrənməliyik. (Romalılara 12:17—21 ayələrini oxuyun.) Səbirlə gözləməliyik ki, Yehova lazım biləndə məsələni yoluna qoysun. Bununla Yehovaya hörmət etdiyimizi, Onun qəzəbinə yer verdiyimizi göstərəcəyik. Bunun əksinə davranıb, hər hansı yolla qisası özümüz almağa çalışsaq, Yehovaya qarşı hörmətsizlik edəcəyik.
18. Göstərişlərə əməl etməklə bağlı nəyi yadda saxlamalıyıq?
18 Ən son göstərişlərə dəqiqliklə əməl edin. Yehovanın bizə verdiyi İbr. 13:17). Həmçinin ehtiyatlı olmalıyıq ki, «yazılanlardan kənara çıxma»yaq (1 Kor. 4:6). Belə etməklə gözümüzü Yehovaya dikdiyimizi göstərəcəyik.
ən son göstərişlərə əməl edirik? Əgər itaətkarlıq göstəririksə, onda əvvəlki qayda ilə getməyəcəyik. Əksinə, Yehovanın təşkilatı vasitəsilə verdiyi yeni göstərişlərə dərhal uyğunlaşacağıq (19. Başqalarının səhvinin Yehova ilə dostluq münasibətlərimizi korlamaması üçün nə edə bilərik?
19 Başqalarının səhvinin Yehova ilə dostluğunuzu pozmasına imkan verməyin. Gözümüzü Yehovadan çəkməsək, başqalarının hərəkətlərinin bizi əsəbiləşdirməsinə və Yehova ilə münasibətlərimizi pozmasına izin verməyəcəyik. Bu, xüsusilə Musa peyğəmbər kimi Allahın təşkilatında müəyyən məsuliyyətləri olan insanlara aiddir. Düzdür, hər birimiz «qorxu və ehtiramla xilasa yetişməyə» çalışmalıyıq (Filip. 2:12). Amma eyni zamanda unutmamalıyıq ki, Yehova sabit, dəyişməz bir qanun təyin edərək hamını bu qanun əsasında mühakimə etmir. Məsuliyyətimiz nə qədər çoxdursa, cavabdehliyimiz də bir o qədər çoxdur (Luka 12:48). Lakin əgər Yehovaya böyük məhəbbətimiz varsa, heç nə bizi büdrətməyəcək və heç bir şey bizi Onun məhəbbətindən ayırmayacaq (Zəb. 119:165; Rom. 8:37—39).
20. Nəyə qətiyyətli olmalıyıq?
20 Biz çox çətin zəmanədə yaşayırıq. Buna görə gözümüzü «göylərdə taxt quran» Yehova Allaha dikməliyik ki, daima Onun iradəsinə uyğun davrana bilək. Qoy başqalarının davranışı Yehova ilə münasibətlərimizi korlamasın. Musa peyğəmbərlə baş verənlər bizə bunun nə qədər vacib olduğunu bir daha xatırlatdı. Başqalarının qeyri-kamilliyinə çox həssas yanaşmaq əvəzinə, gəlin gözümüzü Allahımız Yehovaya dikib Ondan lütf gözləyək (Zəb. 123:1, 2).
^ abz. 8 Bu Məriba Rəfdim yaxınlığında yerləşən və Masah adlandırılan Məriba ərazisi deyil. Bu, Qədis yaxınlığındakı Məribadır. Hər iki ərazinin Məriba adlandırılmasına səbəb israillilərin bu ərazilərdə gileylənməsi olmuşdu. Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»nin B3 əlavəsinə baxın.
^ abz. 11 Professor Con Bek Müqəddəs Kitabın bu parçası haqqında belə sözlər deyir: «Yəhudi əfsanəsinə əsasən, üsyankarlar Musanı növbəti sözlərlə tənqid edirdilər: “Musa bu qayada su olduğunu bilir. Möcüzə göstərmək istəyirsə, qoy o biri qayadan su çıxarsın!”» Əlbəttə ki, bu, sadəcə əfsanədir.
^ abz. 12 «Gözətçi qülləsi» jurnalının 1987-ci il 15 oktyabr sayının «Oxucuların sualları» məqaləsinə (rus.) baxa bilərsiniz.