Kontentə keç

Mündəricatı göstər

Oxucuların sualları

Oxucuların sualları

Evli olmayan iki nəfərin ciddi səbəb olmadan gecəni eyni məkanda tək keçirməsi günah hesab edilirmi və buna görə intizam komitəsi təşkil olunmalıdırmı?

Bəli, əsaslı səbəb olmadan gecəni bir yerdə keçirmələri onların cinsi əxlaqsızlıq etdiklərini düşünməyə ciddi əsas verir. Odur ki, əsaslı səbəb yoxdursa, intizam komitəsi təşkil olunmalıdır (1 Kor. 6:18).

Ağsaqqallar şurası intizam komitəsinin təşkil olunmasına ehtiyacın olub-olmadığını dəqiqləşdirmək üçün hər vəziyyəti diqqətlə araşdırmalıdır. Misal üçün, bu iki şəxsin arasında romantik münasibət var? Ağsaqqallar onlara daha öncə münasibətləri ilə bağlı məsləhət verib? Hansı səbəbə görə onlar gecəni bir yerdə keçiriblər? Bunu əvvəlcədən planlaşdırmışdılar? Onların başqa seçimi var idi, yoxsa onlardan asılı olmayan səbəblərə görə, məsələn, gözlənilmədən baş verən hadisə, yaxud fövqəladə hal ucbatından gecəni bir yerdə keçirməyə məcbur qalmışdılar? (Vaiz 9:11). Harada yatıblar? Hər vəziyyət fərqli olduğundan, ağsaqqallara başqa amilləri də nəzərə almaq lazım gələ bilər.

Ağsaqqallar şurası bütün məlumatları nəzərdən keçirdikdən sonra intizam komitəsinin təşkil olunmasına ehtiyac olub-olmadığına qərar verəcək.