Kontentə keç

Mündəricatı göstər

Bilirsiniz?

Bilirsiniz?

Təqiblə üzləşən şagird Stefan nəyin sayəsində təmkinli qala bilmişdi?

STEFAN bir qrup ədavət dolu insanın, İsrailin ali məhkəməsi olan Sinedrion üzvlərinin arasına düşmüşdü. Bu 71 hakim xalq arasında ən nüfuzlu insanlar hesab olunurdu. Məhkəmə iclasını baş kahin Qayafa çağırmışdı. Bir neçə ay bundan öncə İsa Məsih ölümə məhkum olunan zaman Sinedriona məhz o, sədrlik etmişdi (Mət. 26:57, 59; Həv. 6:8—12). Stefana bir-birinin ardınca saxta ittihamlar irəli sürülən zaman əleyhdarlar qeyri-adi bir şeyə şahid olmuşdular — «onun üzü mələk üzünə» bənzəyirdi (Həv. 6:13—15).

Belə bir gərgin vəziyyətdə Stefan nəyin sayəsində təmkinli, sakit qala bilmişdi? Qamarlanıb Sinedrionun qarşısına çıxarılmazdan öncə o, müqəddəs ruhun verdiyi güc sayəsində özünü tamamilə ilahi işə həsr etmişdi (Həv. 6:3—7). Sinedrionun önündə olanda da elə həmin ruh onda fəaliyyət göstərərək qəlbinə rahatlıq vermiş və bildiklərini yadına salmışdı (Yəh. 14:16, haş.). Həvarilərin işləri kitabının 7-ci fəslinə əsasən, Stefan imanını cəsarətlə müdafiə edərkən müqəddəs ruhun köməyilə Tövratdan təxminən 20 ayəyə istinad etmişdi (Yəh. 14:26). İsa Məsihin Allahın sağında əyləşdiyinə dair görüntü aldıqdan sonra isə Stefanın imanı daha da möhkəmlənmişdi (Həv. 7:54—56, 59, 60).

Bir gün biz də hədə-qorxu və təqiblə üz-üzə qala bilərik (Yəh. 15:20). Müntəzəm olaraq Allahın Kəlamını oxumaqla və xidmətdə fəal iştirak etməklə Onun müqəddəs ruhunun bizdə fəaliyyət göstərməsinə yol açacağıq. Həmçinin təqiblərlə üzləşəndə mətin qalmağa güc tapacaq və qəlb rahatlığımızı qoruya biləcəyik (1 But. 4:12—14).