Kontentə keç

Mündəricatı göstər

Yehovaya hansı bəxşişi verə bilərik?

Yehovaya hansı bəxşişi verə bilərik?

İSA MƏSİH demişdi: «Vermək almaqdan daha çox xoşbəxtlik gətirir» (Həv. 20:35). Bu sözlər Yehova ilə münasibətlərimizə də aiddir. Yehova bizə çoxlu nemətlər bəxş edib və onlar bizə xoşbəxtlik gətirir. Lakin biz Yehovaya bəxşiş verərək daha çox xoşbəxtlik duya bilərik. Bəs biz Yehovaya hansı bəxşişləri verə bilərik? Məsəllər 3:9 ayəsində yazılıb: «Sərvətinlə, məhsulunun nübarilə Yehovanı şərəfləndir». Bizim sərvətimizə vaxtımız, bacarıqlarımız, gücümüz və maddi vəsaitlərimiz daxildir. İmkanlarımızı haqq dini dəstəkləməyə sərf edəndə Yehovaya bəxşiş veririk. Bu isə nəticədə bizə böyük xoşbəxtlik gətirir.

Maddi vəsaitlərimizi Yehovaya bəxş etmək məsələsinə barmaqarası yanaşmamağa bizə nə kömək edə bilər? Həvari Bulus Korinfdəki məsihilərə ianə etmək üçün «pul ayırıb» qırağa qoymağı məsləhət görmüşdü (1 Kor. 16:2). Ərazinizdə mövcud olan ianə üsulları haqda daha çox məlumatı haradan ala bilərsiniz? Aşağıdakı çərçivəyə baxın.

Bütün ölkələrdən onlayn ianə etmək mümkün deyil. Amma başqa üsullarla ianə etmək üçün ianə səhifəsində məlumat tapa bilərsiniz. Bəzi ölkələr üçün həmin səhifədə ianələrlə bağlı tez-tez verilən sualların cavabları olan bir sənəd yerləşdirilib.