Kontentə keç

Mündəricatı göstər

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | MƏTTA 20, 21

«Aranızda böyük olmaq istəyən qulluğunuzda durmalıdır»

«Aranızda böyük olmaq istəyən qulluğunuzda durmalıdır»

20:28

Qürurlu mirzələr və fərisilər diqqət mərkəzində olmağı və bazar meydanlarında camaatdan salam almağı xoşlayırdılar

Qürurlu mirzələr və fərisilər insanlarda təəssürat oyatmaq və onların gözündə ucalmaq istəyirdilər (Mt 23:5—7). Ancaq İsa peyğəmbər onlardan tamamilə fərqlənirdi. «İnsan Oğlu da ona görə gəlməyib ki, ona qulluq etsinlər, əksinə, o, xidmət etmək... üçün gəlib» (Mt 20:28). Bəs biz hansı məqsədlə xidmət edirik, insanlar arasında tanınmaq və ucalmaq üçün? Əgər Yehovanın gözündə ucalmaq istəyiriksə, onda biz də İsa Məsih kimi insanlara kömək etmək üçün əlimizdən gələni edəcəyik. Bu cür xeyirxahlıq, insanlar görməsə də, Yehovanın gözündən heç vaxt yayınmır (Mt 6:1—4). Yehovanın təvazökar xidmətçisi...

  • ibadət evinin təmizlik və təmir işində iştirak edir

  • həm yaşlı, həm də digər bacı-qardaşlara kömək etməyə həmişə hazırdır

  • Padşahlıq işinin irəli getməsi üçün ianə edir