Kontentə keç

Mündəricatı göstər

MƏSİHİ HƏYATI

Allaha və insanlara qarşı məhəbbəti necə inkişaf etdirə bilərik?

Allaha və insanlara qarşı məhəbbəti necə inkişaf etdirə bilərik?

Bu gün biz məsihilər Musanın qanunu altında yaşamasaq da, Yehova hər birimizdən həmin qanuna daxil olan iki ən vacib əmrə tabe olmağı tələb edir. Həmin əmrlərdə deyilir ki, biz Allahı və insanları sevməliyik (Mt 22:37—39). Bu məhəbbət öz-özünə yaranmır, nə də irsən keçmir. Onu inkişaf etdirmək gərəkdir. Bunu necə etmək olar? Vacib addımlardan biri Müqəddəs Kitabı hər gün oxumaqdır. Kəlamı oxuduqca Allahın müxtəlif xüsusiyyətlərini, Onun hüsnünü görürük (Zb 27:4). Bunun sayəsində Ona məhəbbətimiz artır və Onun düşüncəsini əks etdirməyə başlayırıq. Bu da, öz növbəsində, bizi, insanları sevmək qanunu da daxil olmaqla, Yehovanın bütün qanunlarına tabe olmağa təşviq edəcək (Yh 13:34, 35; 1Yh 5:3). Müqəddəs Kitab mütaliəsini maraqlı etmək üçün üç təklif:

  • Təxəyyülünüzü işə salın. Oxuduğunuz parçanı təsəvvürünüzdə canlandırın. Nə görürsünüz? Hansı səsləri eşidirsiniz? Hansı qoxuları duyursunuz? Haqqında oxuduğunuz insanlar hansı hissləri keçirir?

  • Müxtəlif üsullarla oxuyun. Müqəddəs Kitabı pəsdən oxuya, yaxud audio yazısını dinləyərkən həmin parçanı kitabdan izləyə bilərsiniz. Yaxud fəsilləri ardıcıl olaraq oxumaq əvəzinə, müəyyən personaj, ya da hadisə barədə oxumaq olar. Misal üçün, Müqəddəs Kitabın A7 və B12 əlavələrində İsa Məsih haqqında oxuya bilərsiniz. Gündəlik ayənin götürüldüyü fəsli bütöv oxuyun. Həmçinin Müqəddəs Kitab bölmələrini xronoloji ardıcıllığına görə oxumaq da olar.

  • Oxuduğunuzu başa düşməyə çalışın. Oxumaq xatirinə hər gün bir neçə fəsil oxumaqdansa, cəmi bir fəsil oxuyub üzərində düşünmək yaxşı olardı. Vəziyyəti təsəvvür etməyə çalışın, xırdalıqlara diqqət yetirin, xəritələrdən və çarpaz istinadlardan istifadə edin. Başa düşmədiyiniz məqamlardan ən azı birini araşdırın. Oxumağa nə qədər vaxt ayırırsınızsa, çalışın oxuduqlarınızın üzərində düşünməyə də o qədər vaxt ayırın.