Kontentə keç

Mündəricatı göstər

MƏSİHİ HƏYATI

Yehovanın xalqının rifahı üçün çalışan ağsaqqallar

Yehovanın xalqının rifahı üçün çalışan ağsaqqallar

İnsanların çoxu səlahiyyət sahibləri haqda mənfi düşüncədədir. Səbəb aydındır. Tarix boyu insanlar səlahiyyətlərindən öz mənfəətləri üçün istifadə ediblər (Mi 7:3). Nə yaxşı ki ağsaqqallar öz səlahiyyətlərindən Yehovanın xalqının rifahı üçün istifadə etməyə dair təlim alırlar (Əs 10:3; Mt 20:25, 26).

Bu dünya hökmdarlarından fərqli olaraq, ağsaqqallar Yehovaya və Onun xalqına məhəbbətdən irəli gələrək bu məsuliyyətə can atırlar (Yh 21:16; 1Bt 5:1—3). İsa Məsihin rəhbərliyi altında olan bu ağsaqqallar çalışırlar ki, hər bir təbliğçi özünü Yehovanın xidmətçilərindən ibarət ailədə doğma hiss etsin və Yehovaya bağlı qalsın. Onlar Yehovanın xalqına həm ruhani yardım göstərir, həm də təcili tibbi vəziyyət yarananda və ya fəlakət baş verəndə dərhal kömək əli uzadır. Əgər sizin də köməyə ehtiyacınız olsa, yığıncaqdakı ağsaqqalların birindən kömək istəməyə çəkinməyin (Yq 5:14).

«QAYĞIKEŞ AĞSAQQALLAR» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:

  • Ağsaqqalların köməyinin Marianaya hansı faydası oldu?

  • Ağsaqqalların köməyinin Eliasa hansı faydası oldu?

  • Bu videoya baxandan sonra ağsaqqalların gördüyü işlər barədə nə düşünürsünüz?