Kontentə keç

Mündəricatı göstər

MƏSİHİ HƏYATI

Xidmətdə JW.ORG saytının əsas səhifəsindən istifadə edin

Xidmətdə JW.ORG saytının əsas səhifəsindən istifadə edin

Saytımızın əsas səhifəsində çıxan məqalələr və videolar səmimi qəlbli insanların ürəyinə yol tapmaq üçün nəzərdə tutulub (Hv 13:48). Burada adətən baş verən son hadisələr, yaxud insanları düşündürən və onlara maraqlı gələn mövzular yer alır.

Xidmətdə jw.org saytının əsas səhifəsindən necə istifadə edə bilərsiniz?

  • Sayta müntəzəm daxil olun. «Seçilmiş» başlığı altındakı məqalələrə nəzər salın və həmin məlumat vasitəsilə maraqlanan insana necə kömək edə biləcəyiniz barədə düşünün. (Əsas səhifədə çıxan digər son məqalələri tapmaq üçün «Digər məqalələr» düyməsinə basın.) Sayta müntəzəm daxil olmağın sayəsində xidmətiniz monoton yox, rəngarəng olacaq.

  • Söhbətə başlamaq üçün əsas səhifədəki məqalələrdən və videolardan istifadə edin. Bu vəsaitlər bizə ərazimizdəki insanların maraq dairəsinə uyğun mövzular tapmaq üçün ideya verə bilər.

  • İnsanlara saytın əsas səhifəsini göstərin. Konkret mövzuları sadalayın və saytda məlumatı necə tapa biləcəklərini göstərin.

  • Link göndərin. Bəzi insanlar bizimlə birbaşa söhbət aparmaq istəməsələr də, saytımıza daxil olmağa etiraz etmirlər. Buna görə də maraqlanan insanlara saytın əsas səhifəsinin, yaxud konkret məqalə və ya videonun linkini göndərə bilərsiniz.