Kontentə keç

Mündəricatı göstər

MƏSİHİ HƏYATI

Valideynlər, övladınıza ilahi hikmət aşılayın

Valideynlər, övladınıza ilahi hikmət aşılayın

Valideyn övladına müxtəlif üsullarla ilahi hikmət aşılaya bilər. Onlardan biri uşağına ibadət görüşlərindən faydalanmağa kömək etməkdir. Uşaq yığıncaqda gördükləri, eşitdikləri və verdiyi şərhlərlə Yehova haqda öyrənir, həmçinin Onunla dostluq münasibətini möhkəmləndirir (Qn 31:12, 13). Əgər övladınız varsa, ona ibadət görüşlərindən daha çox faydalanmağa necə kömək edə bilərsiniz?

  • Görüşlərdə videokonfrans vasitəsilə yox, canlı iştirak etmək üçün səy göstərin (Zb 22:22)

  • İbadət evində olarkən görüşdən əvvəl və sonra ruhlandırıcı ünsiyyət etmək üçün vaxt ayırın (İb 10:25)

  • Çalışın yığıncaqda araşdırılan nəşrlər çap və ya elektron şəkildə ailənizin hər bir üzvündə olsun

  • Uşağınıza öz sözləri ilə şərh hazırlamağı öyrədin (Mt 21:15, 16)

  • Yığıncaq görüşləri, orada aldığınız göstərişlər barədə həmişə müsbət tonda danışın

  • İbadət evinin təmizliyində iştirak etməsi üçün uşaqlarınızı həvəsləndirin, onları təşviq edin ki, yaşlı bacı-qardaşlarla da ünsiyyət etsinlər

Uşağa Yehova ilə dostluq münasibəti qurmağa kömək etmək çoxlu zəhmət tələb edir və bu, valideyni əldən sala bilər. Amma Yehovanın köməyi ilə bunu bacara bilərsiniz (Əş 40:29).

«VALİDEYNLƏR, YEHOVAYA VƏ ONUN GÜCÜNƏ ARXALANIN» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:

  • Yorğunluq Zəklə Leaya necə təsir etmişdi?

  • Nəyə görə valideynlər Yehovadan güc istəməlidirlər?

  • Zək və Lea Yehovaya bel bağladıqlarını necə göstərdilər?