Kontentə keç

Mündəricatı göstər

Oxucuların sualları

Oxucuların sualları

Vaiz 5:8 ayəsi təkcə insan hakimiyyətinə, yoxsa Yehovaya da aiddir?

Bu, maraqlı ayədir. Ayədə yazılıb: «Əgər görsən ki, yaşadığın vilayətdə məzluma zülm edilir, haqq-ədalət tapdalanır, təəccüb etmə. Hər mənsəb sahibinə ondan böyüyü nəzarət edir, onların da başında onlardan böyüklər var» (Vaiz 5:8).

İnsan nəzəri ilə baxanda bu ayədə hakimiyyət sahibi olan insanlardan danışılır. Amma daha geniş düşünəndə ayədən Yehova haqqında vacib bir şey öyrənirik və bu bizə təsəlli, arxayınlıq verir.

Vaiz 5:8 ayəsində deyilir ki, hakimiyyət sahibi məzluma zülm edir, haqq-ədaləti tapdalayır. O unudur ki, ondan yuxarı vəzifədə olan, ondan daha böyük səlahiyyətə sahib olan kimsə ona nəzarət edir. Hətta bu səlahiyyətli kəsdən də səlahiyyətli olanlar var. Təəssüf ki, insan hakimiyyətində bu səlahiyyətli şəxslərin hamısının ədalətsiz olması mümkündür və xalq onların hamısının haqsız rəftarından əziyyət çəkməli olur.

Vəziyyət nə qədər ümidsiz görünsə də, bütün mənsəb sahiblərindən böyük olan Yehovanın onlara nəzarət etməsi bizə təsəlli verir. Biz Allaha sığınıb, qayğı yükümüzü Ona verə bilərik (Zəb. 55:22; Filip. 4:6, 7). Bilirik ki, «Yehova bütün yer üzünü nəzərdən keçirir ki, sidqi-ürəkdən Ona bağlı olanların rifahı üçün gücünü göstərsin» (2 Saln. 16:9).

Deməli, Vaiz 5:8 ayəsində insan hakimiyyətləri ilə bağlı bir gerçəklik yazılıb: onlardan üstün hakimiyyətə sahib həmişə kimsə var. Ən əsası isə bu ayə bizə xatırladır ki, Yehova ən üstün, Ali Hakimdir. Hal-hazırda O, Padşahlığının Padşahı olan İsa Məsihin vasitəsilə idarə edir. Hər şeyə nəzarət edən Qadir Allah, eləcə də Oğlu İsa Məsih tamamilə ədalətlidir.