Kontentə keç

Mündəricatı göstər

Yadınızdadırmı?

Yadınızdadırmı?

«Gözətçi qülləsi»nin bu il çıxan saylarını diqqətlə oxumusunuz? Onda görün növbəti suallara cavab verə bilərsiniz?

Məsh olunmuşlara necə yanaşmalıyıq?

Biz onlara imanlarına görə dəyər veririk, amma lüzumundan artıq diqqət göstərmirik. Biz şəxsiyyətə pərəstiş etmirik. Onlara ümidləri ilə bağlı şəxsi suallar vermirik (w20.01 s. 28—29).

Yehovanın sizə nəzər saldığına necə əmin ola bilərsiniz?

Müqəddəs Kitabda deyilir ki, siz hələ dünyaya gəlməzdən öncə Yehova sizə nəzər salmışdı. Yehova sizin dualarınızı eşidir. O, fikirlərinizdən, hisslərinizdən agahdır. Davranışınız Yehovanı ya sevindirə, ya da kədərləndirə bilər (1 Saln. 28:9; Məs. 27:11). O özü sizi cəlb edib (w20.02 s. 12).

Nə vaxt danışmalıyıq və nə vaxt susmalıyıq?

Biz Yehova haqda sevə-sevə danışırıq. Kiminsə yanlış yola qədəm qoyduğunu görəndə onunla danışırıq. Ağsaqqallar lazım gələndə insana düzəliş verirlər. Fəaliyyətimizin qadağa altında olduğu ərazilərdə təbliğ işinin necə aparıldığına dair təfərrüatları soruşmuruq (və ya demirik). Məxfi məlumatları heç kimə danışmırıq (w20.03 s. 20—21).

Yuil 2-ci fəsildə Vəhy 9-cu fəsildə təsvir olunan çəyirtkələr arasında hansı mühüm fərqlər var?

Yuil 2:20—29 ayələrində deyilir ki, Yehova çəyirtkələri qovur və onların vurduğu ziyanı ödəyəcəyinə söz verir. Yalnız bundan sonra ruhunu tökür. Bütün bunlar Babilin İsrailə hücumu zamanı və bundan sonra yerinə yetdi. Vəhy 9:1—11 ayələrində təsvir olunan çəyirtkələr bizim dövrümüzdə bu şər dünyaya qarşı Yehovanın hökmlərini bəyan edən məsh olunmuş məsihiləri təmsil edir. Onların car çəkdikləri xəbər bu dünyaya məxsus olanlara qətiyyən xoş gəlmir (w20.04 s. 3—6).

Şimal padşahı bu gün kimdir?

Rusiya və onun müttəfiqləri. Onların Allahın xalqı üzərində əhəmiyyətli dərəcədə təsiri olub: Yehovanın Şahidlərinə nifrət etdiklərini göstərir və təbliğ işinə qadağa qoyurlar. Şimal padşahı cənub padşahı ilə çəkişir (w20.05 s. 12—13).

Ruhun bəhrəsinə yalnız Qalatiyalılara 5:22, 23 ayələrində sadalanan xüsusiyyətlər daxildir?

Xeyr. Müqəddəs ruhun köməyilə biz digər gözəl xüsusiyyətləri də təzahür etdiririk, məsələn, salehliyi (Efes. 5:8, 9) (w20.06 s. 17).

Özümüz haqqında məlumatları İnternetdə paylaşmağın təhlükələrindən biri hansıdır?

Paylaşdığımız şeylər elə təəssürat oyada bilər ki, özümüzlə öyünürük, təvazökar deyilik (w20.07 s. 6).

Müjdəçilər yaxşı balıqçıdan nə öyrənə bilər?

Yaxşı balıqçı balığın çox olduğu yerdə və vaxtda balıq tutur. Lazımi ləvazimatlardan istifadə etməyi bacarır. Qəfil dəyişən şəraitlər qarşısında cəsarətlidir. Eyni şeyi biz də xidmətimizə tətbiq edə bilərik (w20.09 s. 5).

Şagirdin Allaha məhəbbətini necə gücləndirə bilərik?

Biz onu Müqəddəs Kitabı hər gün mütaliə etməyə, oxuduqlarının dərinliyinə varmağa təşviq edə bilərik. Həmçinin dua etməyi öyrədə bilərik (w20.11 s. 4).

«Məsihin sayəsində... hamı həyata qovuşacaq» deyiləndə kimlər nəzərdə tutulur? (1 Kor. 15:22).

Həvari Bulus demirdi ki, hər kəs diriləcək. O bu sözləri «Allahın ayırdığı, Məsih İsa ilə vəhdətdə olan» məsh olunmuş məsihilərə ünvanlamışdı (1 Kor. 1:2; 15:18) (w20.12 s. 5—6).

Məsh olunmuşlar «bir göz qırpımında, axırıncı kərənay çalınanda» dəyişdikdən sonra nə edəcəklər? (1 Kor. 15:51—53).

Onlar Məsihlə birgə xalqlara «dəmir çomaqla çobanlıq edəcək» (Vəhy 2:26, 27) (w20.12 s. 12—13).