Kontentə keç

Mündəricatı göstər

Dünyanın sonu nə zaman gələcək?

Dünyanın sonu nə zaman gələcək?

Əvvəlki məqalədə öyrəndik ki, Müqəddəs Kitabda dünyanın sonu deyildikdə Yer kürəsinin və ya bəşəriyyətin sonu nəzərdə tutulmur. Əksinə, bu gün mövcud olan, daxildən çürümüş quruluşun və bu quruluşu dəstəkləyən insanların sonu nəzərdə tutulur. Bəs bu şər dünyanın sonu nə zaman gələcək? Müqəddəs Kitabda bu barədə nəsə deyilir?

MÜQƏDDƏS KİTABDA DÜNYANIN SONU BARƏDƏ İKİ MƏQAMA DİQQƏT YETİRİN:

«Buna görə də oyaq qalın, çünki o günü və o saatı bilmirsiniz» (MƏTTA 25:13).

«Diqqətli olun, oyaq qalın, çünki təyin edilmiş vaxtı bilmirsiniz» (MARK 13:33).

Deməli, yer üzündə heç kim dünyanın sonunun nə zaman gələcəyini dəqiq bilmir. Amma Allah dünyanın sonu üçün konkret vaxt, konkret gün və saat təyin edib (Mətta 24:36). Bəs bu o deməkdir ki, sonun yaxın olub-olmadığını heç cür bilə bilmərik? Xeyr, bu o demək deyil. Peyğəmbərlərimizdən biri demişdi ki, müəyyən hadisələri görəndə sonun yaxın olduğunu başa düşə bilərik.

DÜNYANIN SONUNA ƏLAMƏT

Müqəddəs Kitabda yazılan hadisələr «dövrün yekununa əlamət»dir. Orada yazılıb: «Millət millətə qarşı, dövlət dövlətə qarşı qalxacaq. Gah burada, gah orada qıtlıq, zəlzələlər olacaq» (Mətta 24:3, 7). Orada həmçinin yazılıb ki, xəstəliklər, yaxud epidemiyalar olacaq (Luka 21:11; haşiyə). Sizcə, bütün bunlar bu gün yerinə yetmir?

Yaşadığımız zəmanədə dağıdıcı müharibələr, aclıq, zəlzələlər, həmçinin amansız xəstəliklər dünyanı viran qoyub. Məsələn, 2004-cü ildə Hind okeanında baş verən güclü zəlzələ sunamiyə səbəb olmuşdu. Bunun nəticəsində isə 225 000 adam həyatını itirmişdi. Üç ildir ki, COVID-19 pandemiyası bütün dünyanı cənginə alıb. O, təxminən 6,9 milyon insanın ölümünə səbəb olub. Müqəddəs Kitaba əsasən, bu kimi hadisələr dünyanın sonunun yaxın olduğunu göstərir.

AXIRZAMAN

Dünyanın sonundan qabaqkı dövr Müqəddəs Kitabda «axırzaman» adlanır (2 Butrus 3:3, 4). 2 Timutiyə 3:1—5 ayələrinə əsasən, axırzamanda əxlaq dəyərləri tənəzzülə uğramalı idi. (« Dünyanın sonunun astanasında» adlı çərçivəyə baxın.) Sizcə, bu gün insanlar xudbin, tamahkar, zalım deyillər? İnsanlarda bir-birinə məhəbbət soyumayıb? Bu, dünyanın sonuna lap az qaldığını göstərən digər sübutdur.

Bəs axırzaman nə qədər davam edəcək? Müqəddəs Kitaba əsasən, çox az. Sonra Allah «yeri tələf edənləri tələf» edəcək (Vəhy 11:15—18; 12:12).

CƏNNƏT YAXINDIR!

Allah bu şər dünyanın sonunun gününü və saatını artıq təyin edib (Mətta 24:36). Ancaq bir şad xəbər də var: Allah «heç kəsin məhv olmasını istəmir» (2 Butrus 3:9). O, insanların qarşısında imkan açır ki, Onun qayda-qanunlarını öyrənib əməl etsinlər. Çünki Allah istəyir ki, biz bu şər dünyanın sonundan sağ çıxıb, yeni dünyada, cənnətə çevrilmiş Yer kürəsində əbədiyyən yaşayaq.

Allahın iradəsi ilə bütün dünyada maarifləndirmə işi həyata keçirilir. Beləcə, bu gün hər kəs öyrənə bilər ki, Allahın Padşahlığının hakimiyyəti altında yaşamaq üçün nə etməlidir. Allahın Kəlamında yazılıb ki, Allahın Padşahlığı haqqında müjdə «bütün yer üzündə təbliğ ediləcək» (Mətta 24:14). Bütün dünyada Yehovanın Şahidləri müjdəni təbliğ etməyə, insanlara Allah haqda öyrətməyə milyardlarla saat sərf edir. Müqəddəs Kitaba əsasən, dünyanın sonu gəlməzdən əvvəl təbliğ işi bütün dünyada həyata keçirilməlidir.

İnsan hakimiyyətinin sonu çatıb. Şad xəbər ondan ibarətdir ki, siz dünyanın sonunda xilas olub, yer üzündəki cənnətdə yaşaya bilərsiniz. Növbəti məqalədən öyrənəcəksiniz ki, yeni dünyada yaşamaq üçün nə etmək lazımdır.

Müqəddəs Kitabda axırzamanla bağlı deyilənlər gələcəyə ümidlə baxmağa kömək edir