Kontentə keç

Mündəricatı göstər

Xoşbəxt gələcək qurmaq hər kəsin arzusudur

Xoşbəxt gələcək qurmaq hər kəsin arzusudur

Gələcəyinizi necə görmək istəyirsiniz? Əksər insanlar kimi, yəqin, siz də istəyirsiniz ki, ailəniz də, özünüz də xoşbəxt olasınız, səhhətiniz yaxşı olsun, əmin-amanlıq, firavanlıq içində yaşayasınız.

Ancaq çoxları əmin deyil ki, arzuladığı gələcəyə qovuşacaq. Çünki dünyada gözlənilmədən, qəfildən elə hadisələr baş verir ki, bütün cəmiyyəti silkələyir, iqtisadiyyatı çökdürür, insanların həyatını təhlükəyə atır. Məsələn, COVID-19 pandemiyası buna əyani nümunədir. Bu kimi səbəblərdən insanlar gələcəyə ümidsiz baxırlar.

Həyatdakı qeyri-müəyyənlik ucbatından insanlar özlərini ora-bura vurub gözəl gələcək qurmaq üçün yollar axtarırlar. Bəziləri bəxt və ya tale kimi gözəgörünməz qüvvələrə inanır. Bir çoxları ali təhsil almağa, var-dövlət qazanmağa can atır. Düşünürlər ki, istədiklərinə nail olmağın ən zəmanətli yolu budur. Başqalarının fikrincə isə, xoşbəxt olmaq üçün yaxşı insan olmaq kifayət edir.

Bu üsullardan hansısa biri sizə arzuladığınız gələcəyi verə bilər? Bunu bilmək üçün gəlin əvvəlcə aşağıdakı suallara cavab tapaq:

  • Gələcəyinizi nə müəyyən edir?

  • Təhsil və pul həyatınızın xoşbəxt olacağına zəmanət verə bilər?

  • Yaxşı insan olmaq gözəl gələcəyə zəmanətdir?

  • Xoşbəxt gələcəyə aparan yolu necə tapmaq olar?

Cavabları «Gözətçi qülləsi»nin bu sayından oxuya bilərsiniz.