BİOQRAFİYA
Yehovanın verdiyi heç bir təyinata «yox» demədik
TAYFUNDAN sonra çay çox palçıqlı idi. Elə gur axırdı ki, böyük daşları yuyub aparırdı. Sel körpünü dağıtdığından çayın o biri tərəfinə keçmək mümkün deyildi. Mən, yoldaşım Harvi və amidilli tərcüməçi çox qorxmuşduq, bilmirdik nə edək. Çayın o biri tərəfində qardaşlar narahat halda bizə baxırdı. Çayı keçməyə başladıq. Balaca maşınımızı bir az böyük yük maşınının yedəyinə dirədik. Sonra yük maşını çayı yavaş-yavaş keçməyə başladı. Nə kəndir, nə də zəncir olmadığı üçün maşınımızı ona heç nə ilə bərkitməmişdik. Çayı keçənə qədər ömrümdən ömür getdi. Yehovaya dua edə-edə çayı salamat keçdik. Bu, 1971-ci ildə baş vermişdi. Biz evimizdən minlərlə kilometr uzaqlıqda, Tayvanın şərqində idik. Gəlin sizə həyatımızdan danışım.
YEHOVANI SEVMƏYİ ÖYRƏNİRİK
Harvigil dörd qardaş idi. Onların ən böyüyü Harvi idi. Harvinin ailəsi Qərbi Avstraliyada yaşayırdı. Onlar 1930-cu illərdə, böyük iqtisadi tənəzzül olan dövrdə həqiqəti qəbul ediblər. Ona uşaqlıqdan Yehovaya sevgi aşılanmışdı. O, 14 yaşında vəftiz olundu. Çox keçməmiş Harvi Yehovanın təşkilatında aldığı təyinatlara «yox» deməməyi öyrəndi. Belə ki, təxminən həmin yaşlarda onu yığıncaqda «Gözətçi qülləsi»ni oxumağa təyin etmişdilər. O bunun öhdəsindən gəlməyəcəyini düşünərək razılaşmamışdı. Amma Harvi ilə danışan qardaş onu başa salıb demişdi: «Yehovanın təşkilatında kimsə sənə nəsə tapşırırsa, deməli, bunun öhdəsindən gələ biləcəyini düşünür» (2 Kor. 3:5).
Mən, böyük bacım və anam həqiqəti İngiltərədə öyrənmişik. Atam əvvəl-əvvəl bizə qarşı çıxsa da, sonralar həqiqəti qəbul etdi. Onun etirazlarına baxmayaraq, heç 10 yaşım yox idi ki, mən vəftiz olundum. Qarşıma öncül olmağı, sonra isə xüsusi təyinatlı müjdəçi olmağı məqsəd qoymuşdum. Amma atam 21 yaşım olmamış öncül olmağıma icazə vermirdi.
Mən o qədər gözləmək fikrində deyildim. Buna görə də 16 yaşım olanda atamın icazəsi ilə Avstraliyaya böyük bacımın yanına köçdüm. Nəhayət, 18 yaşım olanda öncül xidmətinə başladım.Avstraliyada Harvi ilə tanış oldum. İkimizin də məqsədi xüsusi təyinatlı müjdəçi olmaq idi. Biz 1951-ci ildə ailə qurduq. Bundan sonra birlikdə iki il öncül kimi xidmət etdik. Sonra rayon xidmətinə təyin olunduq. Ərazimiz qərbi Avstraliyanın böyük bir hissəsini əhatə edirdi. Buna görə də çox vaxt bir ərazidən o birinə getmək üçün uzaq və quraq sahələri qət etməli olurduq.
MƏQSƏDİMİZƏ ÇATIRIQ
1954-cü ildə Gilad məktəbinin 25-ci sinfinə dəvət aldıq. Nəhayət, xüsusi təyinatlı müjdəçi olmaq arzumuza çatacaqdıq! Biz Nyu-Yorka gəmi ilə gəldik və Müqəddəs Kitabın intensiv təliminə başladıq. Təlimin bir hissəsinə ispan dilini öyrənmək daxil idi. Amma Harvi üçün bu çətin idi. Çünki o, ispanca «r» hərfini tələffüz edə bilmirdi.
Dərs zamanı müəllimlər elan etdi ki, Yaponiyaya təyin olunmaq istəyənlər adlarını yapon dili kursuna yazdıra bilər. Biz yazdırmadıq, çünki qərarlaşdırmışdıq ki, hara gedəcəyimizi Yehovanın təşkilatı seçsin. Bu elandan qısa müddət sonra Gilad müəllimlərindən biri Albert Şröder öyrəndi ki, biz adımızı yazdırmamışıq. O dedi: «Bu haqda bir az düşünün». Amma yenə də tərəddüd edirdik. Onda Şröder qardaş bizə dedi: «Digər müəllimlər və mən adınızı yazdıq. İndidən dilinizi yapon dilində danışmağa öyrəşdirin». Harvi üçün bu dili öyrənmək asan oldu.
Biz 1955-ci ildə Yaponiyaya gəldik. Həmin vaxt bu ölkədə cəmi 500 təbliğçi var idi. Harvi 26, mən isə 24 yaşında idim. Biz liman şəhəri olan Kobeyə təyin olunduq və orada dörd il xidmət etdik. Daha sonra biz Naqoya şəhərinin yaxınlığında səyyar xidmətə təyin olunduq. Buna görə çox sevindik. Bu təyinatımızda hər şey ürəyimizcə idi. Həm bacı qardaşlar, həm yeməklər, həm də oranın təbiəti. Amma çox keçməmiş Yehovaya «yox» deməmək üçün başqa bir imkan yarandı.
YENİ TƏYİNAT, YENİ ÇƏTİNLİKLƏR
Üç il səyyar xidmətində olandan sonra Yaponiya filialı bizə Tayvanda ami qəbiləsindən olan insanlara təbliğ etməyi təklif etdi. *. Qardaşların təklifini qəbul etmək çətin idi, çünki Yaponiyadakı xidmətimizi çox sevirdik. Amma Harvi öyrənmişdi ki, təyinata heç vaxt «yox» deməsin. Buna görə də razı olduq.
Orada dönüklük baş qaldırmışdı və buna görə də vəziyyəti ələ almaq üçün yapon dilində səlis danışan qardaşa ehtiyac var idiTayvana 1962-ci ilin noyabrında gəldik. Həmin vaxt orda 2271 təbliğçi var idi. Əksəriyyəti ami xalqından idi. Amma ilk öncə çin dilini öyrənməli idik. Bizim cəmi bir kitabımız var idi və ingilis dilini bilməyən müəllimimiz. Buna rəğmən, dili öyrəndik.
Tayvana gələndən qısa müddət sonra Harvi filial xidmətçisi təyin olundu. Filial balaca olduğu üçün Harvi həm filialdakı işlərini görə bilirdi, həm də haradasa ayda üç həftə ami xalqından olan qardaşlarla əməkdaşlıq edirdi. O həm də vaxtaşırı vilayət nəzarətçisi kimi xidmət edirdi. Vilayət nəzarətçisi kimi, o, böyük toplantılarda çıxışlar da etməli idi. Dövlət dini görüşlərin yalnız çin dilində keçirilməsinə icazə verirdi. Buna görə də Harvi yaxşı bilməsə də, çin dilində çıxış etməli olurdu, bir qardaş isə onu ami dilinə tərcümə edirdi. Halbuki o, yapon dilində çıxış edə bilərdi, hamı da onu rahat başa düşərdi.
Həmin vaxt Tayvan hərbi vəziyyət haqqında qanunun tabeliyində olduğundan qardaşlar toplantı keçirmək üçün icazə almalı idilər. İcazəni almaq asan deyildi və bəzən bu, uzun çəkirdi. Əgər toplantı həftəsinə qədər polis icazə vermirdisə, Harvi polis məntəqəsinə gedirdi və icazə alana qədər orada gözləyirdi. Bu üsul işə yarayırdı. Polis görəndə ki, bir əcnəbi məntəqədə oturub onları gözləyir, özlərini xəcalətli hiss edib, icazəni tez verirdilər.
İLK DƏFƏ DAĞA QALXMAĞIM
Bacı-qardaşlarla əməkdaşlıq etdiyimiz həftələrdə biz bir saat və ondan da çox piyada yol getməli olurduq. Bu vaxt dağlar aşır, çaylar keçirdik. İlk dəfə dağa çıxmağım indiyə kimi yadımdadır. Biz səhər yeməyini tez yeyib, saat 05:30-da çıxan avtobusla ucqar kəndə getdik. Sonra geniş çay yatağını keçdik və dik dağa dırmaşdıq. Dağ o qədər dik idi ki, məndən qabaqda gedən qardaşın ayaqları mənim gözümlə eyni səviyyədə idi.
Həmin səhər Harvi qardaşlarla birlikdə xidmət edirdi. Mən isə yapon dilində danışan balaca kənddə tək xidmət edirdim. Haradasa günorta saat bir olardı. Neçə saat yemək yemədiyimə görə halsız idim. Nəhayət, Harvi ilə görüşdüm, o tək idi, qardaşlarla sağollaşıb ayrılmışdı. Harviyə payladığı jurnalların əvəzinə üç çiy yumurta vermişdilər. O mənə yumurtaları necə yeməyi göstərdi. Yumurtanın iki tərəfindən balaca deşik açıb, içindəkiləri sovurdu. Bu elə də dadlı görünməsə də, birini yedim. Bəs üçüncü yumurtanı kim yedi? Harvi onu da mənə verdi. Dedi ki, əgər acından huşumu itirsəm, məni qucağında dağdan düşürə bilməyəcək.
QEYRİ-ADİ ŞƏRAİTDƏ ÇİMİRƏM
Bir dəfə rayon toplantısında qeyri-adi vəziyyətlə üzləşdim. Biz ibadət evinin düz yaxınlığında
yaşayan bir qardaşın evində qalırdıq. Ami xalqı çimməyə ciddi yanaşdığı üçün rayon nəzarətçisinin arvadı bizim üçün hazırlıq gördü. Harvi məşğul idi. Ona görə dedi ki, birinci mən çimim. Adətən yuyunmaq üçün üç vedrə olurdu. Birində soyuq su olurdu, birində isti, o birisi isə boş olurdu. Amma gördüm ki, bacı vedrələri həyətdə qoyub. Özü də düz ibadət evi ilə üzbəüz. Orada da qardaşlar toplantıya hazırlıq görürdülər. Bacıdan xahiş etdim ki, pərdə kimi istifadə etməyə bir şey versin. O da mənə şəffaf sellofan gətirdi. Fikirləşdim ki, evin arxasına keçib çimərəm. Amma orada da çəpərdən qazlar başlarını çıxartmışdılar. Yaxınlaşmaq mümkün deyildi, az qala, adamı dişləyələr. Onda öz-özümə fikirləşdim: «Qardaşların başı işə qarışıb, məni görməzlər. Çimməsəm, ev yiyəsinin xətrinə dəyəcək. Qoy çimim». Belə də etdim.AMİ XALQI ÜÇÜN NƏŞRLƏR
Harvi başa düşdü ki, amidilli bacı-qardaşlar yazıb-oxumağı bilmədikləri üçün onlara ruhən inkişaf etmək çətindir. Üstəlik, onların dilində heç bir ədəbiyyat yox idi. Həmin ərəfədə latın əlifbası ilə ami yazı dili yaranmağa başlamışdı. Ona görə də qardaşlara öz dillərində oxumağı öyrətmək ağlabatan idi. Düzdür, bu, çox böyük zəhmət tələb etdi. Amma nəticədə bacı-qardaşlar özləri mütaliə etməyi bacardı. 1960-cı illərin axırları ami dilində nəşrlər çıxmağa başladı, 1968-ci ildə «Gözətçi qülləsi» nəşr olundu.
Amma dövlət çin dilində olmayan nəşrləri qadağan edirdi. Buna görə də problem yaranmasın deyə ami dilində «Gözətçi qülləsi» müxtəlif variantlarda dərc olunurdu. Məsələn, bir müddət «Gözətçi qülləsi» jurnalında iki dil oldu, mandarin və ami dili. Kimdəsə sual yaransa da, elə düşünə bilərdi ki, biz yerli əhaliyə çin dilini öyrədirik. O vaxtdan Yehovanın təşkilatı amidilli insanların Müqəddəs Kitabı öyrənməsi üçün çoxlu nəşrlər dərc edib (Həv. 10:34, 35).
TƏMİZLƏNMƏ DÖVRÜ
Uzun illər ami xalqından olan bir çox bacı-qardaş Allahın normalarına uyğun yaşamırdı. Müqəddəs Kitab prinsiplərini tam başa
düşmədiklərinə görə onların bəzisi əxlaqsız həyat tərzi sürür, sərxoşluq edir, tütün çəkir, betel qozu çeynəyirdilər. Harvi yığıncaqlara baş çəkir, Yehovanın bu məsələlərə necə yanaşdığını başa salmağa çalışırdı. Bu səyahətlərin birində lap əvvəldə danışdığım hadisə baş vermişdi.Təvazökar olanlar lazımi dəyişikliklər etdi. Amma əfsuslar olsun ki, çoxu etmədi. Nəticədə, 20 il ərzində Tayvanda təbliğçilərin sayı təxminən 2450-dən 900-ə düşdü. Bu vəziyyəti görmək ağır idi. Amma bilirdik ki, Yehova heç vaxt natəmiz təşkilatı mübarək qılmaz (2 Kor. 7:1). Yavaş-yavaş günahlı əməllərə son qoyuldu və Yehovanın verdiyi bərəkət sayəsində hal-hazırda Tayvanda təbliğçilərin sayı 11 000-i ötüb.
1980-ci illərdən etibarən gözümüzün qabağında amidilli yığıncaqlar ruhani cəhətdən inkişaf etməyə başladı. Harvinin çindilli bacı-qardaşlara daha çox vaxt ayırmaq imkanı yarandı. O, bir çox bacının həyat yoldaşının həqiqətə gəlməsinə kömək etdi. Bu kişilərdən birinin ilk dəfə Yehovaya dua etməyə başladığını deyəndə Harvinin necə sevindiyi gözümün qabağından heç vaxt getməz. Mən də xoşbəxtəm ki, səmimi-qəlbli insanlara Yehovaya yaxınlaşmağa kömək edə bilmişəm. Hətta mən dərs keçdiyim bir qadının oğlu və qızı ilə birlikdə Tayvan filialında xidmət etmişəm. Bu mənə böyük sevinc gətirirdi.
AĞIR İTKİ
Amma indi mən ömür-gün yoldaşsız qalmışam. 59 illik həyat yoldaşım Harvi 2010-cu il yanvarın 1-i xərçəngdən vəfat etdi. O, ömrünün təxminən 60 ilini tamvaxtlı xidmətdə keçirib. Ondan ötrü burnumun ucu göynəyir. Çox xoşbəxtəm ki, iki möhtəşəm ölkədə təbliğ işinin başladığı illərdə Harviyə dəstək olmaq imkanım olub. Biz iki çətin Asiya dilində danışmağı öyrəndik. Harvi isə hətta yazmağı da öyrəndi.
Bundan bir neçə il sonra Rəhbərlik Şurası yaşa dolduğum üçün Avstraliyaya qayıtmağımı məsləhət bildi. Tayvanı qoyub getmək istəmirdim. Amma Harvi mənə Yehovanın təşkilatına heç vaxt «yox» deməməyi öyrədib. Buna görə də «yox» deməyi ağlıma belə gətirmədim. Bir qədər sonra bu qərarın nə qədər hikmətli olduğunu başa düşdüm.
Hal-hazırda həftəiçi Avstralaziya filialında xidmət edirəm. Həftəsonları isə yığıncaqla təbliğdə əməkdaşlıq edirəm. Yapon və çin dilini bildiyim üçün Beyteldə sevə-sevə bu dillərdə ekskursiyalar keçirirəm. Yehovanın vəd etdiyi dirilməni səbirsizliklə gözləyirəm. Əminəm ki, Yehovadan gələn təyinatlara heç vaxt «yox» deməyən Harvi Onun yaddaşındadır (Yəh. 5:28, 29).
^ abz. 14 Bu gün Tayvanda rəsmi dil çin dili olsa da, on illiklər ərzində rəsmi dil yapon dili olmuşdu. Buna görə də Tayvanda bir çox qəbilə yapon dilini də bilirdi.