Kontentə keç

Mündəricatı göstər

Yadınızdadırmı?

Yadınızdadırmı?

«Gözətçi qülləsi»nin bu il çıxan saylarını diqqətlə oxumusunuz? Onda görün növbəti suallara cavab verə bilərsiniz?

Yaqub 5:11 ayəsində deyildiyi kimi, Yehovanın «mehriban və mərhəmətli» olması bizdə hansı əminliyi yaradır?

Biz bilirik ki, Yehova mərhəmətli olduğu üçün günahlarımızı bağışlayır. Yaqub 5:11 ayəsi bizdə həmçinin əminlik yaradır ki, Yehova çətinliklərimiz zamanı bizə kömək etməyə hazırdır. Biz Ondan nümunə götürməliyik (w21.01 s. 21).

Nəyə görə Yehova başçılıq quruluşunu təsis edib?

O, bunu sevgidən irəli gələrək edib. Bunun sayəsində Yehovanın ailəsində sülh və nizam-intizam hökm sürür. Başçılıq prinsipinə hörmət edən hər bir ailə bilir ki, son qərarı kim verəcək və bu qərarın icra olunmasına kim rəhbərlik edəcək (w21.02 s. 3).

Nəyə görə məsihilər elektron mesajlaşma tətbiqlərindən istifadə edərkən ehtiyatlı olmalıdır?

Bu kimi tətbiqlərdən istifadə etməyə qərar verən məsihi kiminlə ünsiyyət etdiyinə fikir verməlidir. Böyük messencer qruplarında buna nəzarət etmək daha çətindir (1 Tim. 5:13). Messencerlərin bir təhlükəsi də odur ki, insan sensasiya yaradan və doğruluğuna əmin olmadığı məlumatları yaya bilər və ya bacı-qardaşlardan maddi mənfəət üçün istifadə etmiş ola bilər (w21.03 s. 31).

Hansı səbəblərə görə Yehova əziz Oğlunun işgəncəli ölümünə izin verdi?

Birincisi, İsanın dirəkdən asılması yəhudilərin qarşısında lənətdən azad olmaq imkanı açdı (Qal. 3:10, 13). İkincisi, Yehova İsanı gələcək vəzifəsinə, Baş kahin vəzifəsinə hazırladı. Üçüncüsü, İsanın sadiq qalması sübut etdi ki, insanlar şiddətli sınaqlar qarşısında Allaha sadiq qala bilərlər (Əyy. 1:9—11) (w21.04 s. 16—17).

İnsanlara evlərində təbliğ edə bilmiriksə, hansı üsullardan istifadə edə bilərik?

İnsanların evdə olma ehtimalının yüksək olduğu vaxtlarda təbliğ edə bilərik. Həmçinin müxtəlif məkanlarda təbliğ etmək olar. Bundan əlavə, müxtəlif üsullardan istifadə edə bilərik, məsələn, məktub yaza bilərik (w21.05 s. 15—16).

Həvari Bulus «qanunun vasitəsilə qanun üçün öldüm» deyəndə nəyi nəzərdə tuturdu? (Qal. 2:19).

Musanın qanunu insanların günahlı olduğunu aydın şəkildə göstərirdi və İsrail xalqını Məsihə doğru aparırdı (Qal. 3:19, 24). Qanunu başa düşməsi sayəsində həvari Bulus Məsihi qəbul etdi. Beləcə, «qanun üçün öldü», artıq onun üzərində Musanın qanununun hökmü yox idi (w21.06 s. 31).

Yehova dözüm göstərməkdə bizə hansı nümunəni qoyub?

Yehova adına qara yaxılmasına, çoxlarının Onun hakimiyyətinə qarşı çıxmasına, yaratdığı övladlarının üsyanına, İblisin yalanlar yağdırmasına, əziz bəndələrinin əzabına, ölümün dəyərli dostlarını Ondan ayırmasına, insanların pislərin əlindən əzab çəkməsinə, bəşəriyyətin əxlaqi tənəzzülünə, insanların Yer kürəsini tələf etməsinə dözür (w21.07 s. 9—12).

Yusif səbir sahəsində hansı gözəl nümunəni qoyub?

Yusif qardaşlarının ona qarşı etdiyi böyük haqsızlığa dözdü. Daha sonra Misirdə yalan ittihamlara məruz qaldı və uzun illər zindanda oldu (w21.08 s. 12).

Həqqay 2:6—9, 20—22 ayələrində hansı məcazi silkələnmədən söz gedir?

Xalqlar Padşahlıq haqda müjdənin təbliğinə pis yanaşır, amma çox adam həqiqəti qəbul edir. Tezliklə xalqlar sonuncu dəfə silkələnəcək, onlar məhv olacaq (w21.09 s. 15—19).

Nəyə görə xidmətimizi təslim olmadan yerinə yetirməliyik?

Yehova bizim çəkdiyimiz zəhməti görür və bundan razı qalır. Əgər taqətdən düşməsək və yorulmasaq, əbədi həyat mükafatını alacağıq (w21.10 s. 25—26).

Lavililər 19-cu fəsildəki ayələr «hər bir işinizdə müqəddəs olun» məsləhətinə əməl etməyimizə necə kömək edə bilər? (1 But. 1:15).

Çox yəqin ki, bu ayə Lavililər 19:2 ayəsindən sitatdır. 19-cu fəsildə 1 Butrus 1:15 ayəsini gündəlik həyatımızda tətbiq etməyə kömək edəcək çoxlu vəziyyətlər vurğulanır (w21.12 s. 3—4).