Kontentə keç

Mündəricatı göstər

2 | Müqəddəs Kitab təsəlli verir

2 | Müqəddəs Kitab təsəlli verir

MÜQƏDDƏS KİTABDA DEYİLİR: «Əvvəlcədən yazılanların hamısı bizə nəsihət olaraq yazılıb ki, dözüm sayəsində və Müqəddəs Yazılardan aldığımız təsəlli sayəsində ümidimiz olsun» (ROMALILARA 15:4).

Mənası

Müqəddəs Kitabda insana təsəlli verən ayələr çoxdur. Onları oxuduqca insan özündə güc tapıb mənfi düşüncələrlə mübarizə apara bilir. Orada həmçinin ümidverici bir xəbər də var: çox tezliklə bizə əzab verən hisslərdən birdəfəlik qurtulacağıq.

Necə tətbiq edə bilərik?

Bəzən hər birimizin kədərli olduğu, narahatlıq keçirdiyi anlar olur, lakin depressiyada olan, yaxud tez-tez narahatlıq keçirən insanlar bu hisslərlə həmişə mübarizə aparırlar. Müqəddəs Kitab necə kömək edə bilər?

  • Müqəddəs Kitabda mənfi fikirləri qovmağa kömək edən çoxlu müsbət fikirlər var (Filippililərə 4:8). Allahın Kəlamının sayəsində düşüncəmizi bizə təsəlli verən, bizi ovudan fikirlərlə qidalandıra bilərik. Nəticədə, hisslərimizi idarə etmək daha asan olacaq (Zəbur 94:18, 19).

  • Müqəddəs Kitab dəyərsizlik hissindən qurtulmağa bizə kömək edə bilər (Luka 12:6, 7).

  • Müqəddəs Kitabın bir çox ayələrində deyilir ki, biz tək deyilik və Allah keçirdiyimiz hissləri çox yaxşı başa düşür (Zəbur 34:18; 1 Yəhya 3:19, 20).

  • Allah Müqəddəs Kitabda vəd edir ki, əzablı xatirələrin izi-tozu belə qalmayacaq (Əşiya 65:17; Vəhy 21:4). Mənfi emosiyalar, fikirlər bizə əzab verəndə bu vəd dözmək üçün güc verəcək.