Kontentə keç

Mündəricatı göstər

Allah mükəmməl psixoloji sağlamlıq vəd edir

Allah mükəmməl psixoloji sağlamlıq vəd edir

Allah Müqəddəs Kitab vasitəsilə psixoloji problemlərin öhdəsindən gəlmək üçün məsləhət və təsəlli verir.

Bundan savayı, O vəd edir ki, psixi pozuntuların səbəblərini birdəfəlik aradan qaldıracaq.

Allah bu vədini yerinə yetirəndə artıq bizə ağrı verən hisslər, psixoloji narahatlıqlar və acı xatirələr «yada düşməyəcək, daha xatırlanmayacaq» (Əşiya 65:17).

Yehovanın Şahidləri böyük məmnuniyyətlə sizə Allahın bu ürəkaçan vədini necə və nə zaman yerinə yetirəcəyi barədə danışa bilərlər.