Kontentə keç

Mündəricatı göstər

Saytla bağlı tövsiyə

Saytla bağlı tövsiyə

Ön səhifədəki məqalələr

Bir çox bacı-qardaşımız jw.org saytının ön səhifəsində yerləşdirilən məqalələrin xidmətdə çox faydalı olduğunu deyir. Onları elektron formatda kiməsə göndərmək çox asandır. Bacı-qardaşlar cari hadisələrdən istifadə edərək Müqəddəs Kitabdakı peyğəmbərliklərin necə yerinə yetdiyini izah edirlər. Bir qardaş saytın ön səhifəsindəki məqalələrlə bağlı belə deyir: «Bu məqalələr xidmətdə əlimizdən çox tutur».

Ön səhifədəki məqalələr vaxtaşırı yeniləndiyi üçün oradakı köhnə məqalələri necə tapmaq olar?

  • jw.org saytında ön səhifənin yuxarı hissəsində «Digər məqalələr» yazılan linkin üstünə basın. «Ön səhifədə çıxan son məqalələr» adlı səhifə açılacaq. Orada ən son çıxan məqalələri görə bilərsiniz.

  • «JW Library®» tətbiqində və ya jw.org saytında «Kitabxana» bölməsinə, sonra «Silsilə məqalələr», sonra da «Əlavə mövzular» bölməsinə daxil olun. Orada ön səhifədə işıqlandırılan çoxlu mövzular var.