Kontentə keç

Mündəricatı göstər

Mütaliə üçün tövsiyə

Mütaliə üçün tövsiyə

Nəğmələrimizi əzbərləyin

«Özümü dəyərsiz hiss edəndə Yehova JW televiziyasındakı nəğmələr vasitəsilə məni ruhlandırır» (Loreyn, ABŞ).

«Ruhani mahnılar» həmişə məsihi ibadətinin bir hissəsi olub (Kol. 3:16). Bu nəğmələri əzbərləsəniz, nəğmə kitabçanız və ya elektron cihazınız yanınızda olmayanda belə onların köməyini görəcəksiniz. Aşağıdakı məsləhətlər sizə onları əzbərləməyə kömək edəcək.

  • Nəğmənin sözlərini diqqətlə oxuyub mənasını başa düşün. İnsana başa düşdüyü şeyi yadda saxlamaq daha asan olur. jw.org saytında uşaqlar üçün olan mahnılar da daxil olmaqla, bütün nəğmələrimizin və mahnılarımızın sözləri yerləşir. «Kitabxana» başlığı altında «Musiqi» bölməsinə daxil olun.

  • Nəğmənin sözlərini vərəqə yazın. Bunun sayəsində sözləri yaddaşınıza həkk etmək daha asan olacaq (Qan. 17:18).

  • Ucadan məşq edin. Nəğməni dəfələrlə oxuyun.

  • Yaddaşınızı yoxlayın. Vərəqə baxmadan sözləri yadınıza salmağa çalışın. Sonra da yadınızda düz qalıb-qalmadığını yoxlayın.