Kontentə keç

Mündəricatı göstər

MÜTALİƏ ÜÇÜN TÖVSİYƏ

Fərdi mütaliə və ailəvi ibadət üçün təkliflər

Fərdi mütaliə və ailəvi ibadət üçün təkliflər

Biz Yehovaya təkcə yığıncaq görüşlərində və toplantılarda böyük qrup halında yox, həmçinin fərdi şəkildə və ailəlikcə ibadət edirik. Aşağıda fərdi mütaliə və ailəvi ibadət üçün təkliflər var.

  • Yığıncaq görüşlərinə hazırlaşın. Nəğmələri məşq etmək, ailənizin bütün üzvlərinə şərh hazırlamağa kömək etmək olar.

  • Müqəddəs Kitabdan hansısa hissəni oxuyun. Sonra isə oxuduğunuz hadisənin şəklini çəkin və ya öyrəndiyiniz fikirləri bir yerə yazın.

  • Müqəddəs Kitabda yazılan hansısa duanı araşdırın. Oradakı fikirlərin köməyi ilə öz dualarınızı yaxşılaşdırmaq üçün nə edə biləcəyinizi müzakirə edin.

  • jw.org saytından hansısa videoya baxın. Sonra isə videonu başqaları ilə müzakirə edin və ya xoşunuza gələn fikirləri yazın.

  • Təbliğə hazırlaşın. Məsələn, ailənizdən kiminləsə təbliği səhnələşdirə bilərsiniz.

  • Xilqəti seyr edin. Gördüklərinizdən Yehova haqda nə öyrəndiyiniz barədə düşünün və ya fikirlərinizi bir-birinizlə bölüşün a.

a «Gözətçi qülləsi»nin 2023-cü il mart sayında yerləşən «Xilqətə baxıb Yehovanı tanıyın» adlı məqaləyə baxın.