Kontentə keç

Mündəricatı göstər

Comstock Images/Stockbyte via Getty Images

OYAQ QALIN!

Hansı rəhbəri seçəcəksiniz? Müqəddəs Kitabda bu barədə nə deyilir?

Hansı rəhbəri seçəcəksiniz? Müqəddəs Kitabda bu barədə nə deyilir?

 İnsanlar mühüm qərar qarşısındadır: «Kimə səs verim?»

 Maraqlıdır, Müqəddəs Kitabda bu barədə nə deyilir?

İnsan rəhbərləri fani və gücsüzdür

 Müqəddəs Kitabda deyilir ki, insan rəhbərləri bir şeyin qarşısında acizdir.

  •    «Əsilzadələrə, qurtuluş verə bilməyən bəşər oğluna güvənməyin. Onun nəfəsi çıxır, özü torpağa qayıdır, düşüncələri həmin gündəcə yox olur» (Zəbur 146:3, 4, haşiyə).

 Hətta ən bacarıqlı liderlər də əvvəl-axır ölür. Bununla yanaşı, onlar zəmanət verə bilməzlər ki, başladıqları hansısa yaxşı işləri onlardan sonra hakimiyyətə gələcək adam davam etdirəcək (Vaiz 2:18, 19).

 Əslində Müqəddəs Kitabda deyilir ki, insan insan üzərində hakimiyyət sürmək üçün yaradılmayıb.

  •    «Addımlarını yönəltmək insanın ixtiyarında deyil» (Ərəmya 10:23).

 Bəs bu gün ideal rəhbər var?

Allahın seçdiyi rəhbər

 Müqəddəs Kitabda deyilir ki, Allah ən bacarıqlı, ən etibarlı rəhbər təyin edib. Bu, İsa Məsihdir (Zəbur 2:6). İsa Məsih Allahın Padşahlığının Padşahıdır. Bu Padşahlıq, yəni hökumət göydən idarə edir (Mətta 6:10).

 Bəs siz İsa Məsihi rəhbər kimi qəbul edəcəksiniz? Müqəddəs Kitabda bu məsələnin vacibliyi haqda deyilir:

  •    «Oğula [İsa Məsihə] ehtiram göstərin ki, Allah qəzəblənməsin, siz də getdiyiniz yolda məhv olmayasınız, çünki Onun qəzəbi qəfil alışar. Nə xoşbəxtdir Ona pənah gətirənlər!» (Zəbur 2:12).

 İndi seçim etmək vaxtıdır. Müqəddəs Kitaba əsasən, İsa Məsih 1914-cü ildən hakimiyyət sürməyə başlayıb. Tezliklə Allahın Padşahlığı bütün insan hökumətlərini əvəz edəcək (Dənyal 2:44).

 İsa Məsihin hakimiyyətini necə dəstəkləyə biləcəyinizlə bağlı ətraflı məlumatı «İndidən Allahın Padşahlığının tərəfini tutun!» adlı məqalədən oxuya bilərsiniz.