Kontentə keç

Mündəricatı göstər

İANƏLƏRİNİZ HARA XƏRCLƏNİR?

2020-ci ilin «Həmişə sevinin!» adlı regional toplantısının tərcüməsi

2020-ci ilin «Həmişə sevinin!» adlı regional toplantısının tərcüməsi

10 İYUL 2020

 2020-ci ilin iyul və avqust aylarında ilk dəfə olaraq bütün dünyadakı Yehovanın Şahidləri eyni toplantı proqramını eyni vaxtda izləyəcək. Bunun mümkün olması üçün proqramın videoyazısını 500-dən çox dilə tərcümə etmək lazım idi. Adətən bu böyüklükdə layihəni təşkil etmək, məruzə və videoları yazıya alıb, tərcümə etmək bir ildən artıq vaxt aparır. Lakin koronavirus pandemiyasının yaratdığı vəziyyət ucbatından 2020-ci ilin «Həmişə sevinin!» adlı regional toplantısının tərcüməsi üçün tərcüməçilərin dörd aydan az vaxtı var idi.

 Yehovanın Şahidlərinin ümumdünya baş idarəsinin Tərcümə xidmətləri şöbəsi və Ümumdünya alqı-satqı şöbəsi bu böyük layihənin həyata keçməsinə köməklik göstərdi. Tərcümə xidmətləri şöbəsi başa düşürdü ki, bu işi icra etmək üçün bir çox tərcümə qruplarına daha çox avadanlıq, xüsusən də yüksək keyfiyyətli mikrofonlar lazım gələcək. Ümumdünya alqı-satqı şöbəsi 1000 ədəd mikrofon aldı və onları təxminən 200 əraziyə göndərdi.

 Pula qənaət etmək üçün mikrofonlar topdan alındı, bir yerə gətirildi və oradan dünyanın müxtəlif yerlərində olan tərcüməçilərə göndərildi. Topdan almağın sayəsində bir mikrofon, göndərilmə də daxil olmaqla, orta hesabla 170 ABŞ dollarına başa gəldi. Bu isə pərakəndə qiymətdən 20 faiz ucuz oldu.

 Ümumdünya alqı-satqı şöbəsi mikrofonları 2020-ci ilin aprel və may aylarında alıb lazımi ünvanlara göndərməli idi. Bu dövrdə isə bir çox şirkətlərin işi pandemiya ucbatından məhdudlaşdırılmışdı. Buna baxmayaraq, artıq may ayının sonunda tərcümə ofislərinin, filialların və digər tərcümə qruplarının əksəriyyəti lazımi avadanlıqları almışdı.

 Ümumdünya alqı-satqı şöbəsinin nəzarətçisi Cey Sviney deyir: «Bu layihəni həyata keçirərkən Beytel şöbələri ilə şirkətlər arasında çox yaxşı əməkdaşlıq baş tutdu. Biz yalnız Yehovanın ruhu sayəsində bu işi belə tez bir zamanda həyata keçirə bildik və ianələrdən səmərəli şəkildə istifadə etdik».

 Tərcümə xidmətləri şöbəsi ilə əməkdaşlıq edən Nikolas Ahladis deyir: «Sərt karantin şəraitində olan tərcüməçilər bu avadanlığı alanda çox sevindilər. Onlar digər əməkdaşlarından təcrid olunsalar da, rahat əməkdaşlıq edib məruzələri, filmləri və mahnıları 500-dən çox dilə tərcümə edə bildilər».

 Bütün dünyadakı dindaşlarımız üçün 2020-ci ilin «Həmişə sevinin!» adlı regional toplantısını ərsəyə gətirməkdən ötrü çoxlu işlər görülmüşdür. Bu layihə də onlardan biridir. Sizin donate.pr418.com saytı vasitəsilə və digər üsullarla etdiyiniz ianələrin sayəsində bu avadanlıqları almaq mümkün olmuşdur.